Ağ Ev Trampın koronavirusun zərərsiz olduğu barədə sözlərini dəstəkləyib07 İyul 2020, 09:26 (GMT +4) Bakı, 7 iyul, SalamNews. Ağ Ev, Prezident Donald Trampın COVID-19-a yoluxma hadisələrinin 99 faizinin "tamamilə zərərsiz olduğuna" dair sözlərini dəstəkləyib.
SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Trampın sözçüsü Keyli Makinani bildirib.
"Bu, elmə əsaslanan bəyanat idi, ölkəmizdə ölüm faizinin çox aşağı olduğunu göstərir.
Prezident koronavirusa yoluxacaq amerikalıların böyük əksəriyyətinin bundan müalicə edilərək sağalacağı faktını vurğulayıb", Makinani deyib.
O, ABŞ-da koronavirusdan ölüm hallarının Fransa, İngiltərə və İtaliyaya nisbətən daha aşağı olduğunu göstərən qrafik nümayiş etdirib.
|