İraqda tanınmış ekspertin terror edilməsi ölkədə siyasi vəziyyəti daha da gərginləşdirib (VİDEO)07 İyul 2020, 08:44 (GMT +4) Bakı, 7 iyul, SalamNews, B.Samid. İraqda tanınmış siyasi ekspert Hişam əl-Haşimi ötən gün axşam naməlum silahlılar tərəfindən qətlə yetirilib. Bir sıra ölkələr ekspertin ailəsi və yaxınlarına başsağlığı verib.
SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, ötən gün naməlum silahlılar Bağdadda Hişam əl-Haşimini terror ediblər.
Terror hadisəsi kameralara düşüb.
Baş nazir hadisəyə münasibət bildirərək, səbəbkarların təqib ediləcəyini bildirib.
Bir sıra dövlətlər o cümlədən İran, ABŞ, Avropa Birliyi, eləcə də ölkə daxilində olan siyasi partiya və qurumlar o cümlədən Haşd-Şabi Hişam əl-Haşimiyə qarşı sui-qəsdi pisləyib və onun yaxınlarına başsağlığı veriblər.
Bəzi KİV-lər bildirir ki, hücumu İŞİD üzərinə götürüb. ABŞ və Səudiyyə Ərəbistanı mediası sui-qəsdin Haşd-Şabi tərkibində olan birləşmələr tərəfindən həyata keçirilməsi senarisi üzərində intensiv olaraq açıqlamalar yayımlayırlar.
|