Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

I sinfə qəbulu üçün məktəb seçiminə start verilir

06 İyul 2020, 17:26 (GMT +4)

Bakı, 6 iyul, SalamNews.Ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçiminə iyulun 8-i saat 11:00-dan start veriləcək.

SalamNews-un məlumatına görə, valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

Bakı şəhərində yerləşən bir sıra məktəblərində birinci sinfə onlayn qeydiyyat zamanı süni şagird sıxlığının qarşısını almaq məqsədi ilə ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan uşaqların üstünlük hüquqları təmin olunur. 2020-2021-ci tədris ili üçün I sinfə qəbul prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan bir sıra məktəblərdə boş yerlər yarandığı halda, sorğu yerləşdirilməsi üçün valideynlər növbəyə yazıla bilərlər.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat sisteminin tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil Nazirliyi işə qəbul üçün hazırlanan suallar ilə bağlı iddialara cavab verib

Təhsil Nazirliyi yeni təkliflər planı hazırlayacaq

Təhsil Nazirliyi və Aİ-nın birgə təşkilatçılığı konfrans keçirilib

Təhsil Nazirliyi 34 gənci xaricdə doktorantura təhsilinə göndərir

Təhsil Nazirliyi işçi axtarır

Təhsil Nazirliyi: Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib

Təhsil Nazirliyi yay imtahan sessiyasının ləğvi ilə bağlı rəsmi açıqlama yayıb

Təhsil Nazirliyinin tabeliyində 5 yeni lisey yaradılıb

Təhsil Nazirliyi məktəblilərlə bağlı daha bir dəyişiklik edib

Təhsil Nazirliyi: Valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçə bilər

Təhsil Nazirliyinin tabeliyindəki liseylərə müsabiqələrin vaxtı açıqlanıb

Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” platforması vasitəsilə aparılacaq

Ötən ay Təhsil Nazirliyinə 863 zəng daxil olub

Təhsil Nazirliyi ehtiyacı olan 210 ailəyə ərzaq yardımı edib

Təhsil Nazirliyi: Əcnəbi tələbələrin çoxu ölkəsinə qayıdıb

Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb

Təhsil Nazirliyi: Yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq

Təhsil Nazirliyi: Orta ixtisas üzrə yeni təsnifata 141 ixtisas salınıb

Təhsil Nazirliyi qanvermə aksiyasına qoşulub

05 Avqust 2020, 11:16 (GMT +4)
Ərdoğan Livan prezidentinə başsağlığı verib

05 Avqust 2020, 10:49 (GMT +4)
Dünya dövlət başçıları Livana başsağlığı veriblər

05 Avqust 2020, 10:44 (GMT +4)
Makron Livana yardım göndərildiyini bəyan edib

05 Avqust 2020, 10:28 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

05 Avqust 2020, 10:23 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı yüzü keçib

05 Avqust 2020, 10:14 (GMT +4)
Zaxarova Belarusda rusiyalıların saxlanmasını tamaşa adlandırıb

05 Avqust 2020, 10:07 (GMT +4)
XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur

05 Avqust 2020, 09:48 (GMT +4)
"Isaias" fırtınası ABŞ-da 2.7 milyondan çox istehlakçını elektrik enerjisiz qoyub

05 Avqust 2020, 09:46 (GMT +4)
Livan paytaxtının yarısı dağılıb və xəsarət alıb - Beyrutun qubernatoru

05 Avqust 2020, 09:34 (GMT +4)
Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlər cərimələnib

05 Avqust 2020, 09:14 (GMT +4)
Dünyada son sutkada koronavirusdan ölənlərin sayı 700 mini keçib

05 Avqust 2020, 09:02 (GMT +4)
Beyrut partlayışında ölən və yaralananların ilkin sayı açıqlanıb

05 Avqust 2020, 09:01 (GMT +4)
Masallı və Cəlilabadda maska taxmayanlar cərimələnib

05 Avqust 2020, 06:30 (GMT +4)
Bu gün müsəlmanların 10-cu imamı həzrət Әliyyən-Nəqinin (ə) mövlud günüdür

04 Avqust 2020, 21:39 (GMT +4)
Livan paytaxtında misli görünməmiş şiddətli partlayış baş verib, yüzdən çox ölü və yaralı var (VİDEO)

04 Avqust 2020, 18:00 (GMT +4)
İİTKM-də bir neçə departamentə rəhbər təyin olunub

04 Avqust 2020, 17:47 (GMT +4)
AK: AB ölkələri koronavirusa görə daxili sərhədləri bağlamaqdan çəkinməlidirlər 

04 Avqust 2020, 17:38 (GMT +4)
Ərəb qəbilələri Fəratın şərqində kürd bölmələrinə qarşı üsyan qaldırıb (VİDEO)

04 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər vəfat edib

04 Avqust 2020, 17:30 (GMT +4)
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

04 Avqust 2020, 17:20 (GMT +4)
Tramp: ABŞ tarixindəki ən böyük səhv Yaxın Şərqə qoşun göndərməkdir

04 Avqust 2020, 17:06 (GMT +4)
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

04 Avqust 2020, 16:50 (GMT +4)
Tehranda Taliban hərəkatını dəstəkləyən qrupun 19 üzvü saxlanılıb

04 Avqust 2020, 16:50 (GMT +4)
ABŞ-da son sutkada 45 mindən çox insanda koronavirus aşkar edilib

04 Avqust 2020, 16:30 (GMT +4)
Los-Ancelesdə atışma baş verib, yaralılar var

04 Avqust 2020, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

04 Avqust 2020, 16:20 (GMT +4)
Qazaxda Mehdi Hüseyn adına məktəb-liseyin binası sökülüb yenidən tikiləcək

04 Avqust 2020, 16:04 (GMT +4)
"Daily Mail" qəzeti Corc Floydun həbsinin yeni video görüntüsünü yayımlayıb - VİDEO

04 Avqust 2020, 15:51 (GMT +4)
İranda son sutkada 212 nəfər koronavirusdan vəfat edib

04 Avqust 2020, 15:40 (GMT +4)
Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66