Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

“Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi elan edilib

07 İyul 2020, 15:44 (GMT +4)

Bakı, 7 iyul, SalamNews."SOCAR AQŞ" 22 iyul – Milli Mətbuat Günü münasibətilə COVID-19 pandemiyası ilə bağlı medianın ictimaiyyəti məlumatlandırma işinə dəstək olmaq məqsədi ilə jurnalistlər üçün müsabiqə elan edir.

Şirkətdən SalamNews-a verilən məlumata görə, “Milli mətbuat koronavirusa qarşı” adlı layihə "SOCAR AQŞ" kollektivinin şirkət daxilində yaratdığı “Koronavirusla mübarizə üçün ianə fondu”nun təşəbbüsü və maliyyəsi, “INPRESS PR Solution” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Jurnalistlər 1 iyun-16 iyul tarixləri ərzində mediada yayımlanmış və ya yayımlanacaq koronavirusla bağlı maarifləndirmə mövzusunda materiallarını təqdim edərək müsabiqəyə qatıla bilər. Ənənəvi media və yeni media nümayəndələrinin iştirak edə biləcəyi müsabiqənin şərtləri aşağıdakı kimidir:

Materiallar 1) Pandemiya dövründə səhiyyə və sağlamlıq, 2) Pandemiya dövründə iqtisadiyyatın inkişafı, 3) Pandemiya dövründə təhsil, 4) Pandemiya dövründə xidmət göstərən peşə sahələri, 5) Pandemiya dövründə həyat tərzi, 6) Koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığın rolu və 7) Koronavirus barədə saxta məlumatların ifşası adlı kateqoriyalarının hər hansı birinə aid olmalıdır.

Materiallar mütləq ictimaiyyətin məlumatlandırmasına və maarifləndirməsinə xidmət etməlidir.

Materialda qeyd olunan məlumatların mənbələri göstərilməlidir. Əsassız, sübutu olmayan mülahizələrə söykənilməməlidir.

Multimedia (video, fotoslayder, infoqrafika, test (özünü yoxla) elementlərin istifadə olunduğu materiallara üstünlük veriləcək.

Materiallar internet resurslara yüklənərək e-mail vasitəsilə təqdim olunmalıdır. Çap mediası (qəzet və jurnallar) öz materialını malik olduğu internet resurslarında (sayt, Youtube kanalı, sosial media hesabları və s.) yerləşdirə bilər.

Müsabiqəyə qatılmaq istəyən jurnalist materialın 1 iyun 2020 – 16 iyul 2020 tarixləri ərzində mediada yayımlandığını onu təqdim edərkən isbat etməlidir.

Bir jurnalist yalnız 1 material təqdim edə bilər.

Layihənin icra edilməsində “INPRESS PR Solution” şirkəti "SOCAR AQŞ" əməkdaşlarına dəstək göstərəcək. Müsabiqənin müvafiq qaydalara uyğun şəffaf keçirilməsinə, seçim prosesinin təşkilinə, münsiflər heyətinin formalaşdırılmasına və qaliblərin seçilərək elan olunmasına birbaşa “INPRESS PR Soulutions” məsuliyyət daşıyır.Karantin qaydalarına uyğun olaraq, materiallar onlayn formada qəbul olunacaq. Müsabiqədə iştirak etmək istəyən media mənsubları hazırlayacaqları materialların linklərini info@inpress.az email ünvanına başlıqda “Milli mətbuat koronavirusa qarşı” və elektron məktubda 7 kateqoriya adından uyğun olan birini qeyd edərək göndərməlidirlər. 16 iyul saat 23:59-dək təqdim olunan materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqları araşdırılıb təsdiq olunduqdan sonra 5 nəfərdən ibarət münsiflər heyətinə təqdim olunacaq. Obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək jüri üzvləri açıqlanmayacaq. Onlar özləri də digər münsif həmkarlarının kimliyi barədə xəbərsiz olacaq. Hər bir jüri üzvi materiallara fərdi qiymət verəcək və 5 jüri üzvinin qiymətlədirməsi toplanaraq ümumi nəticə çıxarılacaq.

Münsiflərin qiymətləndirməsi ilə ən çox bal toplayan 30 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi ərəfəsində “INPRESS PR Solution” şirkəti tərəfindən elan ediləcək. Materialı seçilən jurnaistlərin hər birinə "SOCAR AQŞ"nin “Koronavirusla mübarizə üçün ianə fondu” tərəfindən dəyərli hədiyyələr bağışlanacaq.

Müsabiqə ilə bağlı suallar üçün “INPRESS PR Solutions” şirkəti ilə email (info@inpress.az) və telefon : (+994 50 310 42 40) vasitəsilə əlaqə saxlanıla bilər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

Nazirlik: Koronavirusa yoluxmuş məhbusların hamısı sağalıb

İranda koronavirusdan ölənlərin sayı 18 mini keçib

Braziliyada koronavirusdan ölənlərin sayı 100 minə yaxınlaşıb

Prezident: Koronavirusu bundan sonra da nəzarət altında saxlayacağıq

Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxub, 435 nəfər sağalıb

Dünya miqyasında koronavirusa yoluxanların sayı 19 milyonu ötüb

İranda koronavirusa yoluxan 320 min nəfərdən 277 mini sağalıb

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlərlə bağlı müşavirə keçirib

Azərbaycanda koronavirusa yoluxanların sayı 200-dən aşağı düşüb

İranda son sutkada koronavirusdan 185 nəfərin ölümü qeydə alınıb

Dünyada koronavirusdan ölənlərin sayı 700 mini keçib

AK: AB ölkələri koronavirusa görə daxili sərhədləri bağlamaqdan çəkinməlidirlər 

Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər vəfat edib

ABŞ-da son sutkada 45 mindən çox insanda koronavirus aşkar edilib

İranda son sutkada 212 nəfər koronavirusdan vəfat edib

Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxub, 647 nəfər sağalıb

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66