Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:30 (GMT +4)

Bakı, 4 iyul, SalamNews. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə təşkil olunmuş iki saatlıq Online Round Table çərçivəsində sahibkarların COVİD-19 pandemiyası dövründə vəkillərin fəaliyyəti, məhkəmə sistemində keçirilən islahatlar, şirkətlərin hüquqi marifləndirilməsi istiqamətində həyata keçirilən layihələr və sahibkarlara hüquq xidmətlərin göstərilməsinin yeni üsulları müzakirə olunub.

Bu barədə SalamNews-a Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakıçılarını salamlayaraq, son illər Azərbaycan vəkilliyinin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş fərman və sərəncamların tarixi əhəmiyyəti, sahibkarlarının maraqlarının məhkəmə müdafiəsi işində vəkillərin rolu, bu istiqamətdə vəkillərin ixtisaslaşmasının aparılmasının zəruriliyi, məhkəmə hakimiyyəti sahəsində aparılan islahatlar və islahatların azad sahibkarlığa təsiri, xüsusilə mediasiya institutunun kommersiya mübahisələrinin həllində yeri barədə məlumat vermiş, pandemiya şəraitində hüquqi xidmətlərin distant formada göstərilməsi və bunun üçün zəruri texniki bazanın mövcudluğunun bu günün ehtiyacı olduğunu qeyd etmişdir.
Görüşə moderatorluğ edən Vəkillər Kollegiyasının üzvü, Caspian European Club-un hüquq, ədliyyə və məhkəmə işləri üzrə alt komitəsinin rəhbəri Şaiq Mirzəyev “ Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Sədri Anar Bağırovun iştirakı ilə Caspian European Club çərəivəsində ilk dəfə keçirilən görüş olduqca faydalı və maraqlı oldu. İllər boyu yığılıb qalan problemləri sahibkarlar gündəmə gətirdi və verilən suallara dair Anar müəllim tərəfindən dolğun cavabları ala bildirdilər. Eyni zamanda, sahibkarları maraqlandıran digər məsələlər də müzakirə olundu. Yerində bəzi təkliflər öz həllini tapdı. Əminəm ki, bu görüşlər ümumən bir çox sahibkarların fəaliyyətinə müsbət təsir eməklə yanaşı, biznes inkişaf edir və ölkə iqtisadiyyatı güclənir. Vəkil institutu güclü olmaqla, məhkəmə qərarları da ədalətli və qanuni olur. Belə görüşlərin sayı çoxaldıqca sahibkarların problemləri də vaxtında və operativ şəkildə daha tez həllini tapacaqdır” deyə bildirib.

Çıxışının sonunda Anar Bağırov Caspian European Club-un üzv şirkətlərinin rəhbər və nümayəndələrinin suallarını cavablandırıb və təkliflərini dinləyib.

Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından Anar Bağırova minnətdarlığını bildirib. Həmçinin Caspian European Club və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında birgə ictimai nəzarət şurasının yaradılması təklifi üçün təşekkür edib.
Görüşdə Vəkillər Kollegiyasının aparatının rəhbəri Fərhad Nəcəfov, apparat rəhbərinin müavini Anar Əsədov, aparatın beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Sayad Qılıcov və Kollegiyanın Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı da iştirak etmişdir.

İlk dəfə keçirilən Online Round Table – konkret sahə və sahəarası təkliflərin və problemlərin müzakirəsi üçün Azərbaycan, Gürcüstan və Qazaxıstanda Caspian European Club tərəfindən hər həftə keçirilir.
Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirakdan ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian European Club mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour və s. kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislərlə vebinarlar, treninq və seminarlar keçirilir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un, həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, eyni zamanda dünyanın bir sıra ölkələrində səlahiyyətli nümayəndələri var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Caspian European Club” rebrendinq keçirir

Caspian European Club Anar Cəbrayıllının iştirakı ilə Online Round Table keçirib

Caspian European Club Zakir Fərəcovun iştirakı ilə B2G Online forumu keçirib

Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

Caspian European Club növbəti onlayn B2G forum keçirib

Caspian European Clubun yeni strukturunun təqdimatı keçirilib

Caspian European Club Vüsal Hüseynovun iştirakı ilə online B2G forum keçirib

Caspian European Club Elmir Vəlizadənin iştirakı ilə B2B Transport forum təşkil edib

Caspian European Club onlayn B2B FMCG forum təşkil edib

"Caspian European Club"un üzvü olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Caspian European Club iki tematik Onlayn B2B Forum təşkil edib

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

Caspian European Club-un ilk ümumi onlayn iclası keçirilib

“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

Caspian European Club müvəqqəti onlayn rejimdə fəaliyyət göstərəcək

Caspian European Club B2B Forum təşkil edib

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

“Caspian European Club” Gürcüstan-Azərbaycan biznes forumunda iştirak edib

Telman Əliyev Caspian European Club-un yeni sədri seçilib

Caspian European Club biznes-tur təşkil edib

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66