İraqda ikisi İŞİD komandiri olmaqla 6 terrorçu ələ keçib04 İyul 2020, 11:08 (GMT +4) Bakı, 4 iyul, SalamNews, B.Samid. İraqın əl-Ənbar əyalətində İŞİD terror təşkilatının 6 üzvü ələ keçib.
SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın əl-Ənbar əyalətində Kəşfiyyat İdarəsinin rəhbəri Əhməd Faris açıqlama verib.
Bildirilib ki, əyalətdə Kəşfiyyat İdarəsi və Terrora qarşı mübarizə idarəsinin birgə əməliyyatı nəticəsində terror təşkilatının 6 üzvü ələ keçib. Onların arasında İŞİD-in Əbu-İslam və Əbu-Useyd ləqəbli iki komandiri də var.
Qeyd edək ki, İŞİD terror təşkilatı İraqda koronavirusla bağlı icra edilən karantin rejimi dönəmində aktivləşib. Terror təşkilatı daha çox Kərkük, əl-Ənbar, Səlahəddin, Nineva və Diyala əyalətlərində fəaldır.
|