Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DİM: I-IV, V ixtisas qrupları və kolleclərə qəbul imtahanları keçiriləcək

06 İyul 2020, 14:35 (GMT +4)

Bakı, 6 iyul, SalamNews. Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-da karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, həmçinin V ixtisas qrupu və 11 illik bazada kolleclərə qəbul imtahanı keçiriləcək.

SalamNews xəbər verir ki, imtahanlar sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan 41 şəhər və rayonda – Ağdaş, Göyçay, Qazax, Qobustan, Qusar, Ağstafa, Ağsu, Kürdəmir, Qəbələ, Şabran, Ağdam, Beyləqan, Gədəbəy, Hacıqabul, Lerik, Sabirabad, Salyan, Tovuz, Astara, Biləsuvar, Füzuli, İmişli, Neftçala, Şəmkir, Tərtər, Yardımlı, İsmayıllı, Qax, Ucar, Xızı, Zaqatala, Balakən, Oğuz, Quba, Şamaxı, Zərdab, Ağcabədi, Daşkəsən, Şirvan, Naftalan, Saatlıda olacaq.

İmtahanda yalnız ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış (qəbul) imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) da iyulun 10-da imtahan verəcəklər.

Bundan əlavə, 10 iyulda imtahan keçirilən şəhər və rayonlarda ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan da (Azərbaycan və ya rus dili) keçiriləcək.

“İmtahana buraxılış vərəqəsi” sabah gün ərzində Mərkəzin saytında yerləşdiriləcək.

Xatırladaq ki, həmişə olduğu kimi, əvvəlki illərin məzunları şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Cari ilin məzunları isə bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

Digər şəhər və rayonlar üzrə keçiriləcək buraxılış (qəbul) imtahanlarının tarixləri barədə məlumat veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Makron Livana yardım göndərildiyini bəyan edib

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

DİM abituriyentlərə müraciət edib

Kremldə COVID-19 testinin pozitiv çıxacağı təqdirdə Safronova tibbi yardım göstəriləcəyinə ümid edirlər

DİM: Kolleclərə ərizə verməyən 9-cu sinif şagirdləri buraxılış imtahanını sentyabrda verəcəklər

Təhsil naziri kollektivə təqdim olunub

Gömrük Akademiyası onlayn kompozisiya təqdim edib

Cənub Qaz Dəhlizi haqqında kitab təqdim olunub

Azərbaycanda qəzetlərə 300 min, teleradiolara 3 milyon manat maliyyə yardımı ayrılıb

Anar Kərimov Mədəniyyət Nazirliyinin kollektivinə təqdim edilib

İranda lazerlə idarə olunan raket sisteminin təqdimatı keçirilib

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

Adil Əliyev: Ermənistan öz işğalçı siyasətindən bir addım da geri çəkilmir

Deputat Neftçaladakı yardım aksiyasına görə həmkarlarına təşəkkür edib

Nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin kollektivinə təqdim olunub

DİM növbəti buraxılış və qəbul imtahanının vaxtını açıqlayıb

Azərbaycanda ilk dəfə eko SİM kartlar təqdim edilib

İlham Əliyev: Mən Xarici İşlər nazirini tapa bilmədim (VİDEO)

DİM: İmtahan heyəti üzvlərindən koronavirusa yoluxan olmayıb

DİM: İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər 

05 Avqust 2020, 12:00 (GMT +4)
Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır

05 Avqust 2020, 11:44 (GMT +4)
Tramp Livandakı partlayışı dəhşətli hücum adlandırıb

05 Avqust 2020, 11:29 (GMT +4)
İran Beyrut partlayışının səbəblərinin araşdırılması və nəticənin tezliklə açıqlanmasını istəyib

05 Avqust 2020, 11:20 (GMT +4)
Milli Məclisin növbədənkənar iclası keçirilir

05 Avqust 2020, 11:16 (GMT +4)
Ərdoğan Livan prezidentinə başsağlığı verib

05 Avqust 2020, 10:49 (GMT +4)
Dünya dövlət başçıları Livana başsağlığı veriblər

05 Avqust 2020, 10:44 (GMT +4)
Makron Livana yardım göndərildiyini bəyan edib

05 Avqust 2020, 10:28 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

05 Avqust 2020, 10:23 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı yüzü keçib

05 Avqust 2020, 10:14 (GMT +4)
Zaxarova Belarusda rusiyalıların saxlanmasını tamaşa adlandırıb

05 Avqust 2020, 10:07 (GMT +4)
XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur

05 Avqust 2020, 09:48 (GMT +4)
"Isaias" fırtınası ABŞ-da 2.7 milyondan çox istehlakçını elektrik enerjisiz qoyub

05 Avqust 2020, 09:46 (GMT +4)
Livan paytaxtının yarısı dağılıb və xəsarət alıb - Beyrutun qubernatoru

05 Avqust 2020, 09:34 (GMT +4)
Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlər cərimələnib

05 Avqust 2020, 09:14 (GMT +4)
Dünyada son sutkada koronavirusdan ölənlərin sayı 700 mini keçib

05 Avqust 2020, 09:02 (GMT +4)
Beyrut partlayışında ölən və yaralananların ilkin sayı açıqlanıb

05 Avqust 2020, 09:01 (GMT +4)
Masallı və Cəlilabadda maska taxmayanlar cərimələnib

05 Avqust 2020, 06:30 (GMT +4)
Bu gün müsəlmanların 10-cu imamı həzrət Әliyyən-Nəqinin (ə) mövlud günüdür

04 Avqust 2020, 21:39 (GMT +4)
Livan paytaxtında misli görünməmiş şiddətli partlayış baş verib, yüzdən çox ölü və yaralı var (VİDEO)

04 Avqust 2020, 18:00 (GMT +4)
İİTKM-də bir neçə departamentə rəhbər təyin olunub

04 Avqust 2020, 17:47 (GMT +4)
AK: AB ölkələri koronavirusa görə daxili sərhədləri bağlamaqdan çəkinməlidirlər 

04 Avqust 2020, 17:38 (GMT +4)
Ərəb qəbilələri Fəratın şərqində kürd bölmələrinə qarşı üsyan qaldırıb (VİDEO)

04 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər vəfat edib

04 Avqust 2020, 17:30 (GMT +4)
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

04 Avqust 2020, 17:20 (GMT +4)
Tramp: ABŞ tarixindəki ən böyük səhv Yaxın Şərqə qoşun göndərməkdir

04 Avqust 2020, 17:06 (GMT +4)
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

04 Avqust 2020, 16:50 (GMT +4)
Tehranda Taliban hərəkatını dəstəkləyən qrupun 19 üzvü saxlanılıb

04 Avqust 2020, 16:50 (GMT +4)
ABŞ-da son sutkada 45 mindən çox insanda koronavirus aşkar edilib

04 Avqust 2020, 16:30 (GMT +4)
Los-Ancelesdə atışma baş verib, yaralılar var

04 Avqust 2020, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66