Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

QMİ-də din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

04 İyul 2020, 10:30 (GMT +4)

Bakı, 4 iyul, SalamNews.İyulun 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib.

QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və ölkəmizdəki dini konfessiyaların rəhbərlərinin qatıldığı videogörüşdə İdarənin paytaxt və bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri də iştirak ediblər.

Şeyxülislam Allahşükür Paşazadə dini mənsubiyyətindən asılı olmayaraq heç bir fərq qoymadan hər bir insanı təhdid edən COVID-19 bəlası ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladıb. QMİ sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü genişmiqyaslı işlərdən bəhs edib. Azərbaycan Prezidentinin ölkə daxilində həyata keçirdiyi ardıcıl tədbirlərin əhəmiyyətindən danışan A.Paşazadə, həmçinin dövlətimizin 30-dan çox ölkəyə humanitar yardım göstərməsini, dövlət rəhbərimizin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olaraq qlobal nümunələr nümayiş etdirdiyini təqdirlə vurğulayıb. Dövlətimizin başçısının BMT-nin Baş Assambleyasının pandemiyanın qarşısının alınması məqsədilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsinin bəşəri təhlükə ilə mübarizədə qlobal həmrəyliyin təmininə xidmət edən beynəlxalq əməkdaşlıq nümunəsi olduğunu bildirən QMİ sədri bunu olduqca əhəmiyyətli, dəyərli addım kimi qiymətləndirib.

A.Paşazadə Nazirlər Kabineti yanında təsis edilən Operativ Qərargahın fəaliyyətini təqdir edərək, QMİ-nin bu qurumla fəal əməkdaşlıq etdiyini, dini səciyyəli məsələlərə dair tövsiyə və qərarları birgə müzakirə etdiklərini diqqətə çatdırıb. Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin geniş beynəlxalq əlaqələrinin pandemiya dövründə də davam etdirildiyini söyləyib.

Amansız xəstəlik dövründə mücadilənin ön cəbhəsində mübarizə aparan həkimlərin, polislərin zəhmətini yüksək dəyərləndirən QMİ sədri din xadimlərimizin də bu istiqamətdə fədakar xidmətini xüsusi qeyd edib. O bildirib ki, din xadimlərinin mənəvi dəstəyi, müqəddəs dinimizin aşıladığı yüksək dəyərləri insanlara təlqin etməsi, ən çətin anlarında insanların yanında olması, xəstəlik riskini göz önünə alaraq dini vacibatları yerinə yetirməsi minnətdarlıqla qarşılanır. Buna görə din xadimlərinə təşəkkürünü bildirən QMİ sədri koronavirus səbəbindən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib, onların əzizlərinə başsağlıgı verib, xəstələrə şəfa diləyib.

Pandemiyanın gedişatından, yaratdığı reallıqlardan, fəsadlardan ətraflı bəhs edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu bəlanın dəf olunması üçün zəruri olan məqamları din xadimləri ilə bölüşüb. QMİ-də pandemiyanın başlanğıc dövründə keçirilmiş toplantıda bütün zəruri tövsiyələrin açıqlandığını bildirən M.Qurbanlı bunun öz müsbət nəticəsini verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, martın 28-də Bakıda müasir standartlara cavab verən “Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi, modul tipli xəstəxanaların tikilməsi infeksiya ilə mübarizədə böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Heydər Əliyev Fondunun göstərdiyi fəallıq da mütləq qeyd olunmalıdır. Fond pandemiyaya qarşı mübarizəyə dəstək verərək böyük sosial layihə həyata keçirdi. “Biz birlikdə güclüyük!” aksiyası çərçivəsində aztəminatlı və digər həssas təbəqədən olan 100 mindən çox ailəyə yardım paylanıldı. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışı ilə əlaqədar olaraq bütün ölkə ərazisində qanvermə aksiyaları təşkil olundu.

Hər hansı bir ölkənin təkbaşına COVID-19-la mübarizəsinin qeyri-mümkünlüyünü vurğulayan Komitə sədri dövlətimizin qlobal müstəvidə bütün dünya dövlətlərinin səylərinin birləşdirilməsi yönündə atdığı addımları, xüsusən, BMT-nin Baş Assambleyasının pandemiyanın qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü nəzərə çatdırdı.

Dövlət tərəfindən bütün lazımi addımların atıldığını vurğulayan M.Qurbanlı din xadimlərinin bu işə dəstək göstərmələrini qeyd edərək, virusun çox təhlükəli olduğunu və bundan qorunma tədbirlərini təbliğ edən moizə və çıxışlarının böyük önəm kəsb etdiyini xüsusi vurğulayıb. Bu əsnada, din xadimlərimizin müxtəlif internet platformalarında, sosial şəbəkələrdə yayımlanan moizələrini dinləyərkən onların səviyyəsindən razı qaldığını dilə gətirən Komitə sədri məscidlərin vəfat etmiş insanlar qarşısında dini-mənəvi borclarını yerinə yetirmələrini yüksək dəyərləndirib.

Videogörüşdə çıxış edən dini konfessiya rəhbərləri - Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete və Alban-udi icmasının başçısı Robert Mobili din xadimləri olaraq dünyanın tezliklə virus təhlükəsindən qurtulmağı, bəşərin xilası və Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü işlərin uğuru üçün dualar ediblər. Bildiriblər ki, xəstəliklə mübarizə üçün dinindən asılı olmayaraq cəmiyyətin bütün zümrələri səfərbər olmalı, lazımi davranış qaydalarına əməl etməli, dövlətimizə dəstək olmalıdırlar.

QMİ sədrinin birinci müavini Salman Musayev pandemiya dövründə məscidlərin kütləvi ibadətlərə bağlı olması şəraitində din xadimlərinin ehtiyacı olan insanlara, yaşlılara, əlillərə yardımlar təşkil etdiyini, dəfn mərasimlərinin dinimizin qaydalarına uyğun keçirilməsini təmin etmələrini, yayımlanan moizələri ilə insanlara mənəvi dayaq olmalarını diqqətə çatdırıb. Müfti məscidlərin bağlı qalması səbəbindən televiziya kanallarında din xadimlərinin insanların mənəvi ehtiyac duyduğu çıxışlarına imkan və şərait yaradılması məsələsinə dövlət komitəsinin yardımçı olmasını zəruri hesab etdiyini qeyd edib.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin moderatorluğu ilə davam edən videoiclasda Naxçıvan Muxtar Respublikası üzrə qazı Sahib Məmmədov, Xəzər rayonu üzrə qazı Soltan Əlizadə, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd məscidinin imamı Elman Piriyev, Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndə Şahin Həsənli, Quba bölgəsi üzrə qazı Naib Səttarov, Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndə Tahir Abbasov, Cənub bölgəsi üzrə qazı Qəni Axundzadə, Balakən rayonu üzrə qazı İbrahim İbrahimov, Təzəpir məscidinin imamı Mircəfər Əyyubov, Sumqayıt şəhəri üzrə qazı Rauf Sərdarov, Qəbələ bölgəsi üzrə qazı Ceyhun Rüstəmov, Şamaxı rayonu üzrə səlahiyyətli nümayəndə Mirəhməd Mustafayev, İçərişəhər üzrə səlahiyyətli nümayəndə Surxay Məmmədov, Qazax bölgəsi üzrə qazı İlham Süleymanov, İmişli rayonu üzrə səlahiyyətli nümayəndə Adığözəl Bəşirov çıxış ediblər.

Çıxışlarda din xadimləri öz fəaliyyətlərini QMİ-nin tövsiyələrinə və direktivlərinə uyğun olaraq həyata keçirdiklərini və dövlətimizin pandemiyanın qarşısının alınmasına yönəlik addımlarını dəstəklədiklərini bildiriblər. Din xadimləri Uca Allahın köməyi və dövlətimizin gördüyü tədbirlər sayəsində tezliklə virus təhlükəsinin sovuşacağına ümidvar olduqlarını söyləyiblər.

Görüşdə təkliflərini səsləndirən din xadimləri onları ən çox narahat edən məqamlar sırasında sosial şəbəkələrdə dövlət və din xadimlərinin ünvanına yönəlik təhqir və qarayaxma kampaniyaları olduğunu birmənalı şəkildə vurğulayıblar. Din xadimləri xarici xüsusi xidmət orqanları tərəfindən yönləndirilən simasız şəxslərin belə üzdəniraq, haqsız çıxışlarının dindar insanların heysiyyətinə toxunduğunu və bu abırsız şəxslərin öz əməllərinə görə qanun qarşısında cəzalandırılmasını tələb etdiklərini diqqətə çatdırıblar.

Videogörüşün sonunda QMİ sədri din xadimlərinin bütün təkliflərinin nəzərdən keçiriləcəyini vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

QMİ sədri II Qareginin Xankəndiyə səfərini pisləyən bəyanat verib

QMİ məscidlərdə ibadətlərlə bağlı qaydaları açıqlayıb

QMİ sədri: Ermənistan soyqırım siyasətini ört-basdır etmək üçün Azərbaycana qarşı yalan ittihamlar irəli sürür

QMİ-nin internet televiziyası fəaliyyətə başlayıb

QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib

QMİ sədri Allahşükür Paşazadə və dini konfessiya rəhbərlərinin Bərdə və Ağdama səfəri başlayıb

QMİ sədri patriarxı Qarabağdakı məscidləri və kilsələri birlikdə ziyarətə dəvət edib

QMİ Ramazan ayı ilə bağlı toplantı keçirəcək

QMİ: Azərbaycanda Ramazan ayının başlama tarixi məlum olub

QMİ sədri: Bir əlində xaç, bir əlində avtomat işğalçı müharibə təbliğatı aparmaq din xadimlərinə yaraşmaz

QMİ sədri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

QMİ 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib

QMİ sədri: Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir

QMİ sədri: Ölkə dindarları dövlət rəhbərimizin qətiyyətli addımlarını dəstəkləyirlər 

QMİ koronavirusla bağlı videokonfrans formatında görüş keçirib

QMİ: Məscid və ziyarətgahlarda məhərrəmlik mərasimləri keçirilməyəcək

QMİ: Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin qaytarılması yekunlaşır

QMİ: Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək zəruridir

QMİ sədri Allahşükür Paşazadə beynəlxalq təşkilatlara müraciət edib

Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatı QMİ-yə təqdim olunub

24 İyun 2021, 18:02 (GMT +4)
Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlanıb (VİDEO)

24 İyun 2021, 17:56 (GMT +4)
Hərbçilər “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib

24 İyun 2021, 17:51 (GMT +4)
Keniyada helikopter qəzasında 10 hərbçi ölüb 

24 İyun 2021, 17:43 (GMT +4)
Ermənistan Nazirlər Kabineti türk mallarının idxalına qoyulan qadağanı altı ay uzadıb

24 İyun 2021, 17:35 (GMT +4)
TƏBİB Azərbaycanda koronavirusun “Hindistan ştammı”nın qeydə alınıb-alınmadığına aydınlıq gətirib

24 İyun 2021, 17:24 (GMT +4)
Suriya ilə bağlı Astana görüşünün yeni tarixi açıqlanıb

24 İyun 2021, 17:20 (GMT +4)
Blinken Merkeli "Şimal Axını-2"nin yaratdığı riskləri azaltmağa çağırıb 

24 İyun 2021, 17:11 (GMT +4)
Silahlı Qüvvələrin hərbçiləri “İgidliyə görə” medalı ilə təltif edilib 

24 İyun 2021, 17:01 (GMT +4)
Prezident bir qrup hərbçini “Vətən uğrunda” medalı ilə təltif edib

24 İyun 2021, 16:50 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

24 İyun 2021, 16:47 (GMT +4)
Əfqanıstan Ordusu Talibana endirilən hava zərbələrinin görüntülərini yayımlayıb (VİDEO)

24 İyun 2021, 16:39 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

24 İyun 2021, 16:31 (GMT +4)
Dünyanın beş ölkəsində "Delta Plus" koronavirus suşu aşkar edilib

24 İyun 2021, 16:25 (GMT +4)
Azərbaycan Prezidenti hərbçilərin təltif edilməsi haqqında Sərəncam imzalayıb

24 İyun 2021, 16:13 (GMT +4)
Bakıda daha 10 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

24 İyun 2021, 16:02 (GMT +4)
Braziliyada COVID-19-a gündəlik yoluxmada rekord göstərici qeydə alınıb 

24 İyun 2021, 15:52 (GMT +4)
İranda son sutkada koronavirusdan 144 nəfərin ölümü qeydə alınıb

24 İyun 2021, 15:51 (GMT +4)
Bakıda iki avtobus toqquşub, 7 nəfər xəsarət alıb

24 İyun 2021, 15:40 (GMT +4)
Gömrük Akademiyasının ilk magistr tələbələri məzun olub

24 İyun 2021, 15:30 (GMT +4)
Azərbaycanda şirkət direktoru həbs edilib

24 İyun 2021, 15:20 (GMT +4)
Ankarada Kabil hava limanı ilə bağlı Türkiyə və ABŞ heyətləri arasında danışıqlar başlayıb

24 İyun 2021, 15:14 (GMT +4)
Prezident sabiq nazir Fərhad Əliyevin oğlunu da təltif edib

24 İyun 2021, 15:03 (GMT +4)
İlham Əliyev “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

24 İyun 2021, 15:00 (GMT +4)
"Neftçi" daha bir futbolçusu ilə yolları ayırıb

24 İyun 2021, 14:52 (GMT +4)
Əfqanıstanda Talibanın 130 silahlısı təslim olub

24 İyun 2021, 14:46 (GMT +4)
Çex Respublikasında leysan yağışları səbəbindən 45 min ailə işıqsız qalıb

24 İyun 2021, 14:38 (GMT +4)
Faydalı qazıntı yataqlarının istifadəsinə dair növbəti hərrac keçirilib

24 İyun 2021, 14:26 (GMT +4)
Hulusi Akar: Yunanıstan razılaşmaya hörmət etmir

24 İyun 2021, 14:23 (GMT +4)
Türkiyə Kabil hava limanının təhlükəsizliyi üçün əlavə hərbi qüvvə göndərməyəcəyini bildirib

24 İyun 2021, 14:23 (GMT +4)
Prezident hərbçiləri “Laçının azad olunmasına görə” medalı ilə təltif edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66