Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ÜST və tərəfdaşları Azərbaycanda REACT-C19 layihəsini yekunlaşdırıblar

03 İyul 2020, 16:10 (GMT +4)

Bakı, 3 iyul, SalamNews. Azərbaycanda COVID-19-a qarşı hazırlıq və mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqları sürətlə artırmaq məqsədilə həyata keçirilən REACT-C19 layihəsi 3 aylıq marafondan sonra Bakıda və regionlardakı seçilmiş xəstəxanalarda işini yekunlaşdırıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən SalamNews-a bildirilib ki, hər biri 2 həftə davam edən 4 mərhələdə həyata keçirilən layihə, 5 bölgədə - Bakı, Gəncə, Şəmkir, Ağdaş və Goranboy - 12 xəstəxananı əhatə edib. Layihə çərçivəsində COVID-19 laboratoriya nəticələrinin təfsiri, COVID-19-lu ağır xəstələrin idarə edilməsi daxil olmaqla, müxtəlif mövzularda keçirilən təlimlərdə iştirak sayı 1185 olub. 5 xəstəxanada infeksiyaya nəzarət komitələrinin yaradılmasına dəstək göstərilib, digər xəstəxanaların eyni təcrübədən istifadə etməsi üçün nümunə yaradılıb.

Xəstəxanaların monitorinqi və qiymətləndirilməsinin tərkib hissəsi kimi tətbiq olunan ÜST-nin Xəstəxana Hazırlıq Siyahısı nəticəsində layihənin həyata keçirildiyi əksər xəstəxanalarda infeksiyanın qarşısının alınması və nəzarət tədbirlərinin gücləndirilməsi, xəstələrin idarə olunması, nəzarət və hadisələrin idarə edilməsində əhəmiyyətli irəliləyişlər əldə olunub. Çətinliklər və təkmilləşdirmə yolundakı maneələr tövsiyələrlə birlikdə rəsmi qurumlara təqdim edilib.

12 xəstəxanada COVID-19-a qarşı hazırlığı dəstəkləməklə yanaşı, Yeni Klinikanın daxilində Təlim Mərkəzi də yaradılıb. İyunun 12-dən 30-na 119 tibb işçisi bu mərkəzdə “COVID-19-dan qorunmağın üsulları” mövzusunda təlimlərdə iştirak edib.

REACT-C19 layihəsi nəticəsində ÜST, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi ilə yanaşı, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu kimi digər qurumlar arasında əməkdaşlıq gücləndirilib, məqsədyönlü təlimlər vasitəsilə insan resursları potensialı artırılıb.

Layihə yekunlaşsa da, orada iştirak edən konsultant-həkimlərin bir çoxu ölkəyə dəstəyi davam etdirmək üçün bir müddət daha Azərbaycanda qalmaq qərarına gəlib.

REACT-C19 layihəsi Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, USAID, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Koreya Respublikası ilə birgə əməkdaşlıq çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda COVID-19-a qarşı xəstəxanalarda əsas bacarıqları artırmaq məqsədilə həyata keçirilib. Türkiyədə yoluxucu xəstəliklər, pulmonologiya, anesteziologiya və reanimasiya, daxili orqanların xəstəlikləri üzrə işləyən 19 həkim REACT-C19 heyətində təmsil olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

REACT-C19 layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb

12 Avqust 2020, 19:47 (GMT +4)
KİV: Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında, həbslər gözlənilir

12 Avqust 2020, 18:00 (GMT +4)
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

12 Avqust 2020, 17:30 (GMT +4)
İsmayıllıda tarixi abidə tapılıb

12 Avqust 2020, 17:15 (GMT +4)
Hindistanda peyğəmbərin təhqir edilməsindən sonra şiddətli qarşıdurma baş verib (VİDEO)

12 Avqust 2020, 17:05 (GMT +4)
Azərbaycanda daha 202 nəfər COVID-19-dan sağalıb, 93 nəfər yoluxub

12 Avqust 2020, 16:56 (GMT +4)
ARPA onlayn keçiriləcək “Peşəkar Mühasib” təlim kurslarına qeydiyyat elan edir

12 Avqust 2020, 16:25 (GMT +4)
Şotlandiyada qatar relsdən çıxaraq aşıb, onlarla yaralı var

12 Avqust 2020, 16:15 (GMT +4)
İlham Zəkiyev AMADA-da komissiyanın sədri olub (FOTO)

12 Avqust 2020, 16:05 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 5 nəfər ölüb

12 Avqust 2020, 15:51 (GMT +4)
Ruhani İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı xəbərdarlıq edib

12 Avqust 2020, 15:50 (GMT +4)
Azərbaycan Texniki Universiteti Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edəcək

12 Avqust 2020, 15:35 (GMT +4)
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub

12 Avqust 2020, 15:20 (GMT +4)
PA rəsmisi Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib

12 Avqust 2020, 15:00 (GMT +4)
Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov işindən ayrılıb

12 Avqust 2020, 14:54 (GMT +4)
Əfqanıstanın Nəngərhar həbsxanasından 300 məhbus qaçıb

12 Avqust 2020, 14:50 (GMT +4)
AAYDA: Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir

12 Avqust 2020, 14:30 (GMT +4)
Xızıda narkotik becərən şəxs saxlanılıb

12 Avqust 2020, 14:20 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

12 Avqust 2020, 14:01 (GMT +4)
Azərbaycanda orta aylıq əməkhaqqı 23% artıb

12 Avqust 2020, 13:43 (GMT +4)
“ABAD”a yeni sözçü təyin olunub

12 Avqust 2020, 13:34 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

12 Avqust 2020, 13:21 (GMT +4)
İsrail bir aya 429 fələstinlini həbs edib

12 Avqust 2020, 13:00 (GMT +4)
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir

12 Avqust 2020, 12:50 (GMT +4)
DİM: Sabah 19197 abituriyent qəbul imtahanı verəcək

12 Avqust 2020, 12:30 (GMT +4)
İcra başçısı Mirhəsən Seyidov Tovuzda yaralanan zabiti ziyarət edib

12 Avqust 2020, 12:11 (GMT +4)
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb

12 Avqust 2020, 11:57 (GMT +4)
Beynəlxalq Gənclər Gününə həsr olunmuş Onlayn Konfrans keçirilib (FOTO)

12 Avqust 2020, 11:52 (GMT +4)
Kərbəla ziyarətgahı məhərrəm ayına hazırlaşır (FOTO)

12 Avqust 2020, 11:45 (GMT +4)
Təhsil naziri Türkiyə səfiri ilə görüşüb

12 Avqust 2020, 11:30 (GMT +4)
"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66