Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gömrük Akademiyasının məzunu: İndi ən düzgün seçimi etmiş olduğumu bilirəm

03 İyul 2020, 14:34 (GMT +4)

Bakı, 3 iyul, SalamNews. Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisaslarının 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işlərinin onlayn müdafiəsi başa çatıb. Bu tədris ilində Gömrük Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə 21, “İqtisadiyyat” ixtisası üzrə 19 tələbəsi təhsilini başa vurur. Tələbə-məzunlar Akademiya haqqında xoş ürək sözlərini sosial şəbəkələrdə paylaşıblar.

Dövlət Gömrük Komitəsinin Akademiyasını “Hüquqşünaslıq” ixtisası üzrə bitirən Həsən Həsənzadə bildirib ki, həyatda qazandığım bütün uğurlarımda valideynlərim və müəllimlərimin əvəzsiz rolu olub:

"Dörd il geriyə baxıram və nələrin dəyişdiyini fikirləşirəm. Hər şeydən əvvəl özümün – düşüncələrimin, həyata baxışımın, cəmiyyətə münasibətimin dəyişdiyinin fərqinə varıram. Bəlkə də 4 ildəki ən böyük uğurum elə budur. Bu illərdə saysız-hesabsız dostluqlar, yoldaşlıqlar qazandım, neçə yadlarla doğmalaşdım, insanları daha yaxşı tanımağa başladım. Hələ dörd il əvvəl ixtisas və təhsil müəssisəsi seçimi edəndə çox tərəddüdlü idim. Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunduğum haqda bildirişi alanda sevinc və məyusluq daxilimdə mübarizə aparırdı. Çünki prioritet seçimim başqa təhsil müəssisəsi idi. Amma indi ən düzgün seçimi etmiş olduğumu bilirəm. Burada yalnız təhsil deyil, eyni zamanda, həyat fəlsəfəmi, həyatdakı missiyamı kəşf etdim. Tələbələrin say etibarı ilə az olması hər bir tələbəyə xüsusi yanaşma imkanını təmin edir, onların təhsili, şəxsi inkişafları daha yaxından izlənilir. Bu isə, tələbələrin özlərini daha özəl, daim diqqətdə olduqlarını hiss etmələrinə imkan verir. Ən əsası, tələbələrin yüksək keyfiyyətli təhsil almaları, akademik və sosial inkişafı naminə vacib addımlar atılır.
Təbii ki, bütün bunlar xüsusi təşəbbüs və zəhmət olmadan mümkün ola bilməzdi. Bu baxımdan Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev başda olmaqla, Komitə rəhbərliyinin Akademiya tələbələrinin inkişafına göstərilən xüsusi diqqət və marağını, eyni zamanda, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi hörmətli Qulu Novruzov başda olmaqla, Akademiya rəhbərliyinin və əməkdaşlarının biz tələbələrin inkişafına olan xüsusi yanaşmasını, diqqətini və böyük dəstəyini özəlliklə qeyd etmək lazımdır.

Həyatda qazandığım bütün uğurlarımda valideynlərim və müəllimlərimin əvəzsiz rolu olmuşdur və onlara olan borcumu heç bir zaman qaytara bilməyəcəyimi zamanla daha yaxşı dərk edirəm. Buna görə mənim üçün həyatda ən böyük dəyərlərdən olan, müqəddəs varlıqlara, böyük şəxsiyyətlərə - müəllimlərimə sonsuz təşəkkürümü bildirirəm."

“Hüquqşünaslıq” ixtisası üzrə məzun Zeynəb Babayeva isə qeyd edib:

"Bütün peşələr gözəldir. Bağbanlıqdan tutmuş ta mühəndis və yaxud digər peşələr. Amma müəllim olmaq çox fərqlidir! Bəlkə də ən yaxşı bağban elə müəllimdir! Bağçasındakı güllərinə sevgi ilə baxan, onların gözəl yetişməsi üçün əlindən gələni edəndir. Hərdən o güllərə sadəcə lazım olan saatlarda deyil, bütün gününü ayıraraq, uzun müddətli ətir saçmalarına çalışan dəyərli şəxsdir.

Mənim bu məsləyin adını daşıyan və layiqincə bacaran böyüklərimə dərin minnətdarlıq hissimin olduğunu söyləməliyəm. Siz olmasaydınız, biz də olmazdıq! Təhsil yolumun ilkin başlanğıcından bu günə kimi həyat yolunun çevrəsini siz müəllimlərin sayəsində öyrənmişik. Bəlkə də bu məsləyi mənə ilk sevdirən 41 ilini məktəbə həsr edən şəxs babam olub.Çox heyif ki, bu günlərimdə yanımda ola bilmədin. Həmişəki kimi, alnımızdan öpüb xeyir-duanı verə bilmədin. Məkanın nurla dolsun, babam!

Əziz müəllimlər, siz həmişə dəyərlisiniz! Bu gün məzun adını qazandıq, amma sizin sayənizdə. Sizin səyləriniz və əziyyətiniz qarşılığında biz bu adı qazandıq. Məzun adımız mübarək!"


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

DGKA tələbələrinin məruzələri beynəlxalq konfransın proqramına daxil edilib

DGKA tələbələri üçün maliyyə savadlılığı ilə bağlı seminar keçirilib

DGKA-da xidmətə hazırlıq təlimlərinin qiymətləndirmə mərhələsi keçirilib

DGKA-nın fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılır

DGKA-da yeni qəbul olunmuş əməkdaşlar üçün hazırlıq kursları başlayıb

DGKA-nın tələbəsi: Gömrük orqanlarında xidmət etmək şərəfdir (MÜSAHİBƏ)

06 May 2021, 04:49 (GMT +4)
Ramazanın 23-cü gününün duası – iftar və imsak vaxtı

05 May 2021, 19:52 (GMT +4)
Şəhidlər təkcə bir millətə deyil, ümmətə məxsusdurlar (MƏQALƏ)

05 May 2021, 18:02 (GMT +4)
Myanmada etnik qruplarla qarşıdurmada 8 hərbçi öldürülüb

05 May 2021, 17:50 (GMT +4)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb

05 May 2021, 17:42 (GMT +4)
TƏBİB 20-yə yaxın tibb işçisinin vəzifədən azad edilməsinə münasibət bildirib

05 May 2021, 17:37 (GMT +4)
Prezident Fikrət Qocanın vəfatı ilə bağlı nekroloq imzalayıb

05 May 2021, 17:32 (GMT +4)
İsrailin Suriyaya hava zərbələrində çoxlu sayda heyvan tələf olub (VİDEO)

05 May 2021, 17:24 (GMT +4)
Vergi Xidmətində gəlir və xərclərin düzgün rəsmiləşdirilməsi müzakirə edilib

05 May 2021, 17:15 (GMT +4)
Bakıda inşaat işlərinin 89%-ni özəl tikinti müəssisələri yerinə yetirib

05 May 2021, 17:09 (GMT +4)
Bakıda evlərdən 40 min manatlıq oğurluq edilib (VİDEO)

05 May 2021, 16:59 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda peyvəndləmə aparılır

05 May 2021, 16:49 (GMT +4)
Şəkidə qadın tanışı tərəfindən şantaj edilib

05 May 2021, 16:35 (GMT +4)
Azərbaycanda daha 1 080 nəfər koronavirusa yoluxub, 20 nəfər vəfat edib

05 May 2021, 16:33 (GMT +4)
Ermənistan parlamentinin sədri Moskvaya səfər edəcək

05 May 2021, 16:24 (GMT +4)
Bakıda Azərbaycan və Gürcüstan XİN başçılarının təkbətək görüşü başlayıb

05 May 2021, 16:12 (GMT +4)
Xalq şairi Fikrət Qoca I Fəxri xiyabanda dəfn olunub

05 May 2021, 16:12 (GMT +4)
Ərdoğan onu təhqir edən CHP-li millət vəkilinə qarşı 250 minlik təzminat davası açıb

05 May 2021, 16:04 (GMT +4)
Talibanın Əfqanıstanın şimal-şərqində həyata keçirdiyi hücumda 8 hərbçi həlak olub

05 May 2021, 15:57 (GMT +4)
Bakı sakinini silahla hədələyən dəstə üzvləri tutulub

05 May 2021, 15:44 (GMT +4)
Guardian: AB-nin miqrasiya tədbirləri səbəbiylə 2 mindən çox insan həyatını itirib

05 May 2021, 15:38 (GMT +4)
Qarabağda döyüşən livanlı muzdlu terrorçunun cinayət işi məhkəməyə göndərilib (Rəsmi)

05 May 2021, 15:27 (GMT +4)
Kolumbiyada etiraz aksiyaları zamanı 80-dən çox insan itkin düşüb

05 May 2021, 15:20 (GMT +4)
Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib

05 May 2021, 15:09 (GMT +4)
Qırğızıstan prezidenti yeni Konstitusiyanı imzalayıb

05 May 2021, 15:07 (GMT +4)
ETSN: Axşam saatlarında küləyin tədricən zəifləyəcəyi gözlənilir

05 May 2021, 14:45 (GMT +4)
Prezident Ərdoğan və Kral Salman ikitərəfli münasibətləri müzakirə edib

05 May 2021, 14:45 (GMT +4)
Suriyanın cənubunda vaxtilə qruplaşmaların olduğu bölgədə silah anbarı aşkarlanıb (FOTO)

05 May 2021, 14:42 (GMT +4)
Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib

05 May 2021, 14:32 (GMT +4)
Azərbaycanda xarici diplomlar yeni qaydalarla tanınacaq

05 May 2021, 14:30 (GMT +4)
Çempionlar Liqasında İngiltərə rekordu qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66