Belarus MSK-ya Lukaşenkonun namizəd kimi qeydə alınması üçün sənədlər daxil olub02 İyul 2020, 17:50 (GMT +4) Bakı, 2 iyul, SalamNews. Belarusiya Mərkəzi Seçki Komissiyasına hazırki lider Aleksandr Lukaşenkonun prezidentliyə namizəd kimi qeydə alınması üçün sənədlər daxil olub.
SalamNews xəbər verir ki, bu barədə "TASS" Belarus MSK-ya istinadən məlumat yayıb.
"Bu gün Mərkəzi Seçki Komissiyasına növbəti seçkidə Aleksandr Lukaşenkonun prezidentliyə namizəd kimi qeydə alınması üçün sənədlər daxil olub", məlumatda deyilir.
Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib ki, hazırkı prezident seçki kampaniyası ölkə tarixində ən çətinidir.
|