Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Prezident Kitabxanasının “Nəriman Nərimanov” elektron layihəsi istifadəyə verilib

03 İyul 2020, 16:50 (GMT +4)

Bakı, 3 iyul, SalamNews.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli yazıçı, dövlət və ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibətilə hazırlanan “Nəriman Nərimanov” adlı elektron layihə istifadəyə verilib.

Prezident Kitabxanasından SalamNews-a bildirilib ki, əməkdaşların Azərbaycan və rus dillərində hazırladıqları bu elektron layihə görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 fevral tarixli Sərəncamına əsasən hazırlanan tədbirlər planı çərçivəsində ərsəyə gətirilib.

Yeddi bölmədən ibarət elektron layihənin “Bioqrafiya” adlanan birinci bölməsində Nəriman Nərimanovun pedaqoq, həkim, yazıçı, dramaturq, publisist, maarifçi və dövlət xadimi kimi ömür yolu işıqlandırılır.

Elektron layihənin “Xronologiya” bölməsində Nəriman Nərimanovun həyat və fəaliyyətinin, onun ailə üzvlərinin, xüsusilə oğlu Nəcəf Nərimanovun həyatlarının mühüm məqamları xronoloji ardıcıllıqla əks etdirilir. Bu bölmədə, həmçinin Nəriman Nərimanovun adının əbədiləşdirilməsi sahəsində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər oxucuların diqqətinə çatdırılır.

“Xatirəsinin əbədiləşdirilməsi” bölməsində Nəriman Nərimanovun adını daşıyan müəssisələr, yaşayış məntəqələri, inzibati vahidlər, küçə və meydanlar, mədəniyyət ocaqları, ucaldılan abidələr, ev-muzeyləri, haqqında çəkilən filmlər, yubileylərinin keçirilməsinə dair sərəncamlar haqqında məlumatlar istifadəçilərə xronoloji ardıcıllıqla təqdim edilir.

Elektron layihənin “E-Kitablar” bölməsində Azərbaycan, rus və türk dillərində Nəriman Nərimanovun öz əsərlərinin və haqqında yazılan kitabların elektron versiyaları yerləşdirilib. 50-yə yaxın kitabın elektron versiyasını əks etdirən bu bölmə Nəriman Nərimanov haqqında tədqiqat aparan şəxslər, xüsusən də gənc tədqiqatçılar üçün rahat əlçatan bir bazadır.

“Biblioqrafiya” adlı bölmənin “Əsərləri” adlanan yarımbölməsində Prezident Kitabxanasının fonduna daxil olan Nəriman Nərimanovun Azərbaycan və rus dillərində əsərlərinin biblioqrafik təsviri verilib. Bu bölmənin “Haqqında” adlanan yarımbölməsi də özlüyündə “Kitablar” və “Məqalələr” adlanan altbölmələrə bölünür. “Kitablar” altbölməsində Nəriman Nərimanovun həyat və fəaliyyətindən bəhs edən Azərbaycan, rus, ingilis və digər dillərdə 120-yə yaxın kitabların biblioqrafik təsvirləri öz əksini tapır. “Məqalələr” altbölməsində isə Azərbaycan və rus dillərində 350-yə yaxın, rus dilində isə 40-a yaxın məqalənin biblioqrafik təsviri verilir.

Elektron layihənin “Fotoalbom” adlı sonuncu bölməsində Nəriman Nərimanovun və onun ailə üzvlərinin müxtəlif zamanlarda çəkilmiş fotoları, şəxsi sənədlərinin fotosurətləri, abidələrinin və ev-muzeylərindəki eksponatların fotoları xronoloji ardıcıllıqla yerləşdirilib.

Tədqiqatçıların və geniş oxucu kütləsinin istifadəsi üçün hazırlanan “Nəriman Nərimanov” elektron layihəsi http://narimannarimanov.preslib.az subdomenində yerələşdirilib və müntəzəm yenilənilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəçilərə təqdim edilib

Prezident Kitabxanasında "Əsrin faciəsi" sənədli filmin təqdimatı keçirilib 

Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı olacaq

04 Avqust 2020, 21:39 (GMT +4)
Livan paytaxtında misli görünməmiş şiddətli partlayış baş verib, yüzdən çox ölü və yaralı var (VİDEO)

04 Avqust 2020, 18:00 (GMT +4)
İİTKM-də bir neçə departamentə rəhbər təyin olunub

04 Avqust 2020, 17:47 (GMT +4)
AK: AB ölkələri koronavirusa görə daxili sərhədləri bağlamaqdan çəkinməlidirlər 

04 Avqust 2020, 17:38 (GMT +4)
Ərəb qəbilələri Fəratın şərqində kürd bölmələrinə qarşı üsyan qaldırıb (VİDEO)

04 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər vəfat edib

04 Avqust 2020, 17:30 (GMT +4)
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

04 Avqust 2020, 17:20 (GMT +4)
Tramp: ABŞ tarixindəki ən böyük səhv Yaxın Şərqə qoşun göndərməkdir

04 Avqust 2020, 17:06 (GMT +4)
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

04 Avqust 2020, 16:50 (GMT +4)
Tehranda Taliban hərəkatını dəstəkləyən qrupun 19 üzvü saxlanılıb

04 Avqust 2020, 16:50 (GMT +4)
ABŞ-da son sutkada 45 mindən çox insanda koronavirus aşkar edilib

04 Avqust 2020, 16:30 (GMT +4)
Los-Ancelesdə atışma baş verib, yaralılar var

04 Avqust 2020, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

04 Avqust 2020, 16:20 (GMT +4)
Qazaxda Mehdi Hüseyn adına məktəb-liseyin binası sökülüb yenidən tikiləcək

04 Avqust 2020, 16:04 (GMT +4)
"Daily Mail" qəzeti Corc Floydun həbsinin yeni video görüntüsünü yayımlayıb - VİDEO

04 Avqust 2020, 15:51 (GMT +4)
İranda son sutkada 212 nəfər koronavirusdan vəfat edib

04 Avqust 2020, 15:40 (GMT +4)
Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

04 Avqust 2020, 15:23 (GMT +4)
Lukaşenko Rusiyanın Belarusu itirmək qorxusu olduğunu açıqlayıb

04 Avqust 2020, 15:18 (GMT +4)
Neft Fondu iyulda valyuta hərraclarında 515,5 milyon dollar satıb

04 Avqust 2020, 15:10 (GMT +4)
AQTA iaşə müəssisələrinə müraciət edib

04 Avqust 2020, 14:57 (GMT +4)
AB Honkonq rəhbərliyini seçkilərin bir illiyə təxirə salınması qərarına yenidən baxmağa çağırır

04 Avqust 2020, 14:47 (GMT +4)
Kürd bölmələri Fəratın şərqində aksiya keçirən etirazçılara atəş açıblar, yaralananlar var

04 Avqust 2020, 14:33 (GMT +4)
Lukaşenko: Rusiya həmişə Belarusun ən yaxın müttəfiqi olacaq

04 Avqust 2020, 14:25 (GMT +4)
Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

04 Avqust 2020, 13:50 (GMT +4)
Hacı Sabir Həsənli Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib

04 Avqust 2020, 13:43 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 860 mini keçib

04 Avqust 2020, 13:42 (GMT +4)
İraqda İŞİD-in 9 üzvü ələ keçib

04 Avqust 2020, 13:28 (GMT +4)
Çili plastik torbaların istifadəsindən tamamilə imtina edib

04 Avqust 2020, 13:22 (GMT +4)
Azərbaycana tibbi maska istehsal edən avadanlıqlar gətirilib

04 Avqust 2020, 13:01 (GMT +4)
Monteneqro rusların ölkəyə girişinə icazə verib

04 Avqust 2020, 12:53 (GMT +4)
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66