Pompeo Türkiyəni Ayasofyanı muzey olaraq saxlamağa çağırıb02 İyul 2020, 13:24 (GMT +4) Bakı, 2 iyul, SalamNews. ABŞ dövlət katibi Mayk Pompeo Türkiyə hökumətini Ayasofyanın statusunu dəyişməməyə və bu binanı muzey olaraq saxlamağa çağırıb.
"Türkiyə hökumətini Ayasofyanı muzey olaraq saxlamağa çağırırıq. Bu, Türkiyənin dinlə əlaqəli ənənələrə və türk dövlətinin müxtəlif dövrlərdəki tarixinə hörmət etməyə hazır olduğunu nümayiş etdirir. Katedralə hər kəsin girə bilməsi vacibdir", açıqlamada deyilir.
SalamNews xəbər verir ki, Pompeonun sözlərinə görə, katedral muzey kimi qalaraq dünyanın hər yerindən insanların onu seyr etməsinə imkan yaradıb. Dövlət Departamenti rəhbərinin fikrincə belə bir muzey müxtəlif adət və mədəniyyətlər arasında “körpü” nümunəsidir.
"Biz ortaq maraq kəsb edən məsələlərdə, o cümlədən dini və mədəni məkanların qorunması məsələlərində Türkiyə hökuməti ilə işləmək niyyətindəyik", o deyib.
|