Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycan Polisi Günü münasibətilə aksiya keçirilib (FOTOLAR)

02 İyul 2020, 13:08 (GMT +4)

Bakı, 2 iyul, SalamNews.Bu gün Azərbaycan polisinin yaranmasının 102 ili tamam olur.

SalamNews xəbər verir ki, hər il olduğu kimi bu il də “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Avtosfer.az saytının dəstəyi ilə 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə aksiya keçirilib.

Bu dəfə keçirilən aksiya daha fərqli və geniş şəkildə qeyd olunub.

Belə ki, əvvəlki illərdən fərqli olaraq, bu il yol polisi ilə yanaşı karantin postlarında xidmət edən Post Patrul Xidməti, o cümlədən Daxili Qoşunların əməkdaşları da "Təşəkkürnamə" ilə təltif olunublar.

Bu barədə məlumat verən İctimai Birliyin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, aksiyanın geniş şəkildə qeyd olunması pandemiya dövründə polisin fəaliyyətinə ictimai dəstəyin ifadə olunması ilə bağlıdır:

“Karantin postlarında, küçə və prospektlərdə xidmət aparan polislər diqqətə layiqdir və onların əməyi simvolik mükafatla da olsa qiymətləndirilməlidir. Bu da ictimaiyyətin fəal nümayəndləri qarşında duran məsələlərdən biridir. Biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin tövsiyyələri ilə pandemiya dövründə ictimai fəallığın artırılması, gücləndirilməsi eləcə də, bu prosesdə əziyyəti keçən həkimlərin, polislərin, hərbi qulluqçuların və digər sahələrin əməkdaşlarına qiymət verilməsi məqsədi ilə budəfəki aksiyanı daha geniş şəkildə qeyd etdik. 1-2 iyul tarixlərini əhatə edən aksiya müddətində Bakının giriş və çıxış nöqtələrində qurulmuş 3 karantin postunda, paytaxtın müxtəlif rayonlarında, eləcə də Sumqayıt şəhərində, həmçinin Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin xidməti ərazisində xidmət aparan yol patrul və post patrul xidməti əmdaşlarının, eləcə də Daxili Qoşunların hərbi qulluqçularının "Təşəkkürnamə" ilə təltif edilməsi həyata keçirilib. Eyni zamanda "Sirab" şirkətinin hədiyyələri onlara təqdim edilib. Aksiya maraqla qarşılanıb və polislərdə xoş təəsürat yaradıb”.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov belə bir tədbirin ərsəyə gəlməsində “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinə həmçinin Avtosfer.az saytına təşəkkürünü bildirib.

Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib:

“Dövlət nümayəndəsi olaraq polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ təzahürlərə qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki, hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş buna da əmindir ki, onun müraciəti - şikayət, ərizə və təklif diqqətlə öyrənilir, zəruri tədbirlər görülür”.

Avtosfer.az saytının redaktoru Orxan Əli də çıxışında yol polisi əməkdaşlarını təbrik edib:

“Azərbaycanın polis əməkdaşları sıralarında xeyli sayda Milli Qəhrəman adına layiq görülənlər, habelə orden və medallarla təltif olunanlar var. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, həm də beynəlxalq standartlara uyğunlaşdırılır. Vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanları bu peşə bayramını da böyük ruh yüksəkliyi, mübariz əzmkarlıq və yüksək inam hissi ilə, həmçinin xidmətdə əldə etdikləri müsbət nəticələrlə qarşılayırlar."

Sonda polis əməkdaşları göstərilən diqqətə və verilən dəyərə görə təşəkkürlərini bildiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 May 2021, 16:02 (GMT +4)
AzTV maliyyə yoxlamaları ilə bağlı açıqlama yayıb

17 May 2021, 15:51 (GMT +4)
Almaniyada son sutkada 5 mindən çox koronavirusa yoluxma aşkar edilib

17 May 2021, 15:41 (GMT +4)
"Nar" komandası "Breyn Rinq" yarışının yarımfinalına yüksəlib

17 May 2021, 15:30 (GMT +4)
Üzgüçümüz Avropa çempionu olub

17 May 2021, 15:20 (GMT +4)
Türkiyə heyəti peyvənd tədarükünü müzakirə etmək üçün Rusiyaya yola düşüb

17 May 2021, 15:09 (GMT +4)
Naxçıvanda orta aylıq əməkhaqqı 3 %-dən çox artıb

17 May 2021, 14:59 (GMT +4)
Gürcüstanda daha 504 nəfərdə koronavirusa yoluxma aşkar edilib

17 May 2021, 14:50 (GMT +4)
Fələstinli hərəkatlar İsrailin bir hərbi gəmisini raketlə hədəfə alıblar

17 May 2021, 14:49 (GMT +4)
FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət edib (VİDEO)

17 May 2021, 14:39 (GMT +4)
Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Ailə həftəsi” layihəsi baş tutub

17 May 2021, 14:36 (GMT +4)
Çavuşoğlu ingilis həmkarı ilə Fələstindəki vəziyyəti müzakirə edib

17 May 2021, 14:25 (GMT +4)
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib

17 May 2021, 14:12 (GMT +4)
Səfər Mehdiyev gömrükdə yeni texnologiyaların tətbiqinə dair seminarda iştirak edib

17 May 2021, 14:00 (GMT +4)
Sabahdan Azərbaycanda "Sputnik V" peyvəndinin tətbiqinə başlanılır

17 May 2021, 13:55 (GMT +4)
Azərbaycan kubokunda finalın başlama saatı açıqlanıb

17 May 2021, 13:47 (GMT +4)
Türkiyə Prezidenti və Roma Papası İsrailin Fələstinə hücumlarını müzakirə edib

17 May 2021, 13:40 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

17 May 2021, 13:29 (GMT +4)
Fələstin Muxtariyyəti bütün fələstinliləri ayağa qalxmağa çağırıb

17 May 2021, 13:24 (GMT +4)
MN: Azərbaycan Ordusu təlimlərin növbəti mərhələsini icra edir (VİDEO)

17 May 2021, 13:21 (GMT +4)
"Liverpul" klubu səfərdə "Vest Bromviç"i məğlub edib - (VİDEO)

17 May 2021, 13:18 (GMT +4)
Rusiyada son sutkada 9 328 koronavirusa yoluxma aşkarlanıb 

17 May 2021, 13:12 (GMT +4)
Xəbərdarlıq: Sabah güclü külək olacaq

17 May 2021, 13:00 (GMT +4)
"Azərişıq” Ağdamın Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib

17 May 2021, 12:53 (GMT +4)
ABŞ-da atışma zamanı iki nəfər ölüb

17 May 2021, 12:45 (GMT +4)
FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

17 May 2021, 12:37 (GMT +4)
İtaliya çempionatı: “Milan” büdrəyib, “Napoli” qələbə qazanıb

17 May 2021, 12:30 (GMT +4)
Biləsuvarda sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlər cərimələnib

17 May 2021, 12:15 (GMT +4)
Caspian Energy Club “Caspian Energy Italy”-da pay iştirakını satışa çıxarıb

17 May 2021, 12:13 (GMT +4)
İranın tanınmış din alimi Roma Papasını Fələstinlə bağlı hərəkətə keçməyə çağırıb

17 May 2021, 12:10 (GMT +4)
Çex səfiri Moskvadan səfirliyin fəaliyyəti ilə bağlı məlumat tələb edib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66