Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazirlik: Koronavirusla əlaqədar həkimlərə onlayn təlimlər keçirilir

02 İyul 2020, 17:30 (GMT +4)

Bakı, 2 iyul, SalamNews.Səhiyyə Nazirliyinin xüsusi göstərişi ilə ölkədə infeksiyanın yayılması ilə bağlı hazırkı vəziyyəti nəzərə alaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) COVİD-19 infeksiyası ilə mübarizə mövzusunda həkim və orta tibb işçiləri üçün xüsusi onlayn təlimlər həyata keçirilir.

Bu barədə SalamNews-a nazirlikdən məlumat verilib.

Təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox təhlükə altında olan həkim və orta tibb işçilərindən ibarət olan maksimal geniş auditoriyanı virus və ondan qorunma yolları haqqında məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır.

ADHTİ-da keçirilən bu aktual mövzuda onlayn kursların ilkin mərhələsində Bakı şəhərində yerləşən 79 poliklinikada çalışan 2100 nəfər həkim və orta tibb işçisi həmin təlimlərə cəlb olunub. Artıq bir neçə gün ərzində davam edən qısa müddətli onlayn kurslarda koronavirus infeksiyasına yoluxmuş xəstələrlə daim təmas edən tibbi heyətə COVİD-19 xəstəliyi, onun hal-hazırda mövcud olan müalicə sxemləri haqqında ən aktual məlumat təqdim olunur, qarşıya çıxan problemlərin həlli yolları açıqlanıb. Ümumi kurslarla yanaşı, xüsusi olaraq, kiçik tibb işçiləri üçün əksepidemik və biomühafizə tədbirləri və pandemiya şəraitində tətbiq edilən karantin rejiminin qaydalarına həsr olunmuş təlimlər də təşkil olunub. Artıq 800 nəfər tibb işçisi bu onlayn kursları dinləyib, təlimlərdə iştirak ediblər.

Qeyd edək ki, onlayn şəkildə keçirilən kurs və təlimlər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Yoluxucu xəstəliklər, Mikrobiologiya və Epidemiologiya, Terapiya və Pediatriya kafedralarının aparıcı əməkdaşlarının iştirakı ilə istirahət günləri daxil olmaqla, hal-hazırda davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 2 milyon manat ayırıb

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur kənarlaşdırılıb

Səhiyyə Nazirliyində koronavirus təhlükəsi ilə bağlı geniş müşavirə keçirilib

İranda koronovirusdan ölümün olduğu iddia edilib, Səhiyyə Nazirliyi təkzib edib

Səhiyyə Nazirliyi: Azərbaycanda onkoloji xəstələrin sayı artır

Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib

Səhiyyə Nazirliyinin bir sıra səlahiyyətləri TƏBİB-in tabeliyinə verilib

Səhiyyə Nazirliyi “EuroHome”-da baş verən yanğınla bağlı əlavə məlumat yayıb

Səudiyyənin müharibə və mühasirəsinə görə Yəməndə ilə yüz min uşaq ölür - Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi binada baş verən yanğında tüstüdən boğulan şəxslərin durumu ilə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardonun bıçaqlanması barədə məlumat yayıb

Səhiyyə Nazirliyi: “Binə” ticarət mərkəzində baş verən yanğında 4 nəfər tüstüdən boğulub"

Səhiyyə Nazirliyi “Sədərək”dəki yanğında xəsarət alanların son durumunu açıqlayıb

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son durumunu açıqlayıb

Səhiyyə Nazirliyi Şəki Xan Sarayında xəsarət alanların son vəziyyətini açıqlayıb

Səhiyyə Nazirliyi hemofiliya xəstələrinin sayını açıqlayıb

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 6,8 milyon manat ayrıb

Səhiyyə Nazirliyi: Yanğın zamanı xəsarət alanların vəziyyəti stabildir

Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı 160 min doz peyvənd alınmasını sifariş verib

14 Avqust 2020, 09:40 (GMT +4)
DİM: Bu gün növbəti qəbul imtahanları keçiriləcək

14 Avqust 2020, 09:32 (GMT +4)
İran ABŞ tərəfindən dörd neft tankerinin saxlanılmasını təkzib edib

14 Avqust 2020, 09:15 (GMT +4)
Bu gündən müəllimlərin işə qəbulu başlayır

14 Avqust 2020, 09:10 (GMT +4)
“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da olub

14 Avqust 2020, 09:08 (GMT +4)
İsrail və Birləşmiş Ərəb Əmirliyi diplomatik əlaqələrin qurulması ilə bağlı saziş imzalayıblar

14 Avqust 2020, 09:06 (GMT +4)
Lukaşenko Belarusdakı kütləvi həbsləri araşdırmağı tapşırıb

13 Avqust 2020, 18:00 (GMT +4)
DTX: Səfir Eldar Həsənov tutulub

13 Avqust 2020, 17:50 (GMT +4)
Zaxarova: Belarusda vəziyyətin sabitləşməsində maraqlıyıq

13 Avqust 2020, 17:45 (GMT +4)
Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub

13 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

13 Avqust 2020, 17:25 (GMT +4)
ABŞ-da dərslərin bərpası üçün məktəblərə 125 milyon maska ​​paylanacaq

13 Avqust 2020, 17:15 (GMT +4)
AÇG üzrə əməliyyat xərcləri azalıb

13 Avqust 2020, 17:14 (GMT +4)
Beyrutda fövqəladə vəziyyət elan edilib

13 Avqust 2020, 16:58 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirini qəbul edib

13 Avqust 2020, 16:47 (GMT +4)
Hulusi Akar: Təcavüzkar Ermənistana qarşı Azərbaycanın yanındayıq

13 Avqust 2020, 16:32 (GMT +4)
İranla enerji əməkdaşlığı müzakirə edilib

13 Avqust 2020, 16:25 (GMT +4)
İranın xarici işlər naziri Cavad Zərif Beyruta gedir

13 Avqust 2020, 16:23 (GMT +4)
Los Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarışa verib

13 Avqust 2020, 16:16 (GMT +4)
Cüdoçumuz dopinqə görə cəzalanıb

13 Avqust 2020, 16:01 (GMT +4)
Azərbaycanda payızlıq və yazlıq biçinin statistikası açıqlanıb

13 Avqust 2020, 15:58 (GMT +4)
"Yandex"in Minskdəki ofisinə silahlı basqın təşkil edilib

13 Avqust 2020, 15:50 (GMT +4)
Gənclər Günü münasibətilə “Daha yaxşı dünya üçün” Beynəlxalq Gənclər konfransı baş tutub (FOTO)

13 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

13 Avqust 2020, 15:31 (GMT +4)
Təhsil Nazirliyi: Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsinə başlanılıb

13 Avqust 2020, 15:31 (GMT +4)
İdlibə endirilən aviazərbədə Əl-Qaidənin özbəkistanlı lideri öldürülüb

13 Avqust 2020, 15:24 (GMT +4)
Lukaşenkonun açıqlamasından sonra Belarus səfiri Çex Respublikası XİN-ə çağrılıb

13 Avqust 2020, 15:15 (GMT +4)
Yasamal rayonunda 7 km uzunluğunda küçə və yol yenidən qurulur

13 Avqust 2020, 15:01 (GMT +4)
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb

13 Avqust 2020, 14:51 (GMT +4)
Belarus DİN: Ölkədəki iğtişaşlar artıq kütləvi xarakter daşımır

13 Avqust 2020, 14:45 (GMT +4)
Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66