İranın Nətənz nüvə obyekti ərazisində yanğın baş verib02 İyul 2020, 11:13 (GMT +4) Bakı, 2 iyul, SalamNews, B.Samid. İranın İsfahan əyalətində yerləşən Nətənz nüvə obyektinin ərazisində olan anbarların birində hadisənin baş verdiyi bu hadisə nəticəsində canlı itkinin olmadığı bildirilib.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sözçsü Behruz Kamalvəndi deyib.
İran rəsmisi bildirib ki, bu gün Nətənz nüvə obyektinin ərazisindəki bir anbarda hadisə baş verib. O nüvə obyektində qeyd edilən hissənin işlək olmadığından burada hər hansı bir nüvə çirklənməsinin baş verə biləcəyini istisna edib.
Onun sözlərinə görə hadisənin səbəbləri araşdırılır. Hadisə nəticəsində heç bir canlı itki olmayıb və obyektin işinə də xələl gəlməyib.
Bəzi KiV-lər hadisənin bir yanğından ibarət olduğunu iddia ediblər.
|