Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Vilayət Eyvazov: Sosial şəbəkələrdə vahimə yaradan yalan məlumatlarla hər gün rastlaşırıq

02 İyul 2020, 12:11 (GMT +4)

Bakı, 2 iyul, SalamNews."Vətəndaşlarımız adi və sərt karantin rejimləri üçün müəyyən edilmiş qaydalara bütövlükdə riayət edirlər. Əhalinin mütləq əksəriyyəti sosial izolyasiyanın saxlanılması, məhdudiyyətlərə və sanitar-gigiyenik şərtlərə əməl edilməsi, lüzum olmadan yaşayış yerinin tərk edilməməsi və bu kimi digər tələblərə əməl edir. Lakin onu da vurğulayım ki, vətəndaşlarımızın bir qismində şəxsi səhlənkarlıq, məsuliyyətsizlik hallarına rast gəlindi və tətbiq edilən inzibati cərimələr bu cür münasibətdən ortaya çıxan, eyni zamanda, ailələrinin, ətraflarının xəstəliyə yoluxmasına şərait yaradan acı həqiqətin nəticəsidir. Mən bu istiqamətdə də möhtərəm Prezident İlham Əliyevin və xanım Mehriban Əliyevanın davamlı çağırışlarını, şəxsi nümunələrini xüsusilə əhəmiyyətli sayıram. Bu örnəklər ictimaiyyətdə ciddi profilaktik təsir yaratdı, böyük maarifçilik dalğasına çevrildi".

SalamNews-un məlumatına görə, bu sözləri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəsmi mətbuata müsahibəsində deyib.

Nazir deyib: "Sərt karantin rejimi nə deməkdir? İnsanlar pandemiyaya yoluxmamaq üçün evində qalsın, ətraf mühitdən təcrid olunsun və beləliklə də, sağlamlığını təmin etsin. Əlbəttə ki, karantin ən effektiv mübarizə üsulu deyil, ancaq dünyada bundan daha yaxşı qoruyucu metod da tapılmayıb. Cərimələr də əslində, insanları bu qaydaları pozmaqdan çəkindirən səmərəli vasitədir. Yəni, cəriməyə məruz qalmamaq düşüncəsi tək bir insanı deyil, həm də onun yoluxdura biləcəyi digərlərini xilas edir.

Bu həqiqəti daxili işlər orqanlarının əməkdaşları aylardır ki, əhaliyə çatdırırlar. Bizim əsas işimiz cərimə yazmaq deyil və xatırladım ki, qaydaları ilk dəfə pozanların əksəriyyətinə heç cərimə də yazılmayıb, onlara xəbərdarlıq edilib.

Müxtəlif istiqamətlər üzrə monitorinqlər də aparırıq. Təsəvvürünüzə gətirin, ictimai nəqliyyatda hərəkət edən sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir. İaşə obyektlərində, açıq və qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmur. Son günlər yoluxmaya məruz qalan insanların sayının artması da məhz belə səhlənkarlıqların nəticəsi kimi meydana çıxır. Yaxud icazəsi olmadığına görə şəhəri tərk etmələrinə imkan verilməyən, ancaq postlardan yayınıb, ara torpaq yollarla avtomobillərdə hərəkət etməyə cəhd edən yüzlərlə şəxsi hamı gördü.

Sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində əhali arasında xof, vahimə yaradan yalan məlumatlarla da hər gün rastlaşırıq. Daxili işlər orqanları bu kimi halları, - əslində o həm də cinayət faktlarıdır, - müəyyən edən müasir texnikaya malikdir və qeyd etdiyim faktlar dərhal müəyyənləşdirilərək lazımi hüquqi tədbirlər görülür.

Son günlər ölkə ictimaiyyəti, deputatlar, ziyalılar açıqlamalarında karantin rejiminin tələblərinin pozulmasına, maska taxmamağa görə polisin daha sərt tədbirlər görməsini istəyirlər. Bu fikirlər, əlbəttə, təbii qarşılanır və polis bu işin öhdəsindən gəlir. Ancaq daxili işlər orqanlarının əməkdaşları hər bir məkanda, hər bir məhəllədə sutkalıq nəzarət həyata keçirə də bilməz... Bu nəzarət Prezidentimizin dediyi kimi, ümumxalq işinə çevrilməlidir.

Daxili İşlər naziri olaraq ictimaiyyətə müraciət edib bir daha bildirmək istərdim ki, bu cür neqativ hallara qarşı mübarizə yalnız rəsmi çərçivədə və polis müdaxiləsi ilə aparılmamalıdır. Biz bu ürək ağrıdan prosesdə ictimai qınağın, məzəmmətin və nəzarətin artırılmasını çox vacib sayırıq. Əgər vətəndaşlarımız öncə özləri qaydalara əməl edib, sonra da ətrafdakıların bu tələblərə riayət etməsinə çalışsalar, həmçinin tələblərə zidd davranışları müəyyənləşdirib çəkinmədən məlumat versələr bu prosesdə müsbətə doğru dönüş yaranar. Faktlar sübut edir ki, ictimai nəzarət bəzən elə rəsmi nəzarət qədər təsirli olur.

Ümumilikdə sərtləşdirilmiş karantin rejimində vətəndaşlarla polis əməkdaşları arasında əsasən səmimi, qarşılıqlı etimada əsaslanan, təəssübkeşlik ovqatlı münasibətlər mövcuddur və davam edir. Bu həmrəyliyi, işbirliyini yüksək qiymətləndirirəm və əminəm ki, əlaqələrimiz daha da möhkəmlənəcək".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vilayət Eyvazov iki mayoru yüksək vəzifəyə təyin edib

Vilayət Eyvazov Sadiq Gözəlovu təltif edib

Vilayət Eyvazov Suraxanının polis rəisini yüksək vəzifəyə təyin edib

Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib

Nazir Vilayət Eyvazov sıra baxışı keçirib

Vilayət Eyvazov: Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub

Vilayət Eyvazov yeni inzibati binaların açılışında iştirak edib

Vilayət Eyvazov Almaniya səfiri ilə görüşüb

Vilayət Eyvazov Şirvanda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazovun iştirakı ilə keçirilən müşavirələrdə Vaqif Əsədov ön sıralarda yer alıb (FOTO)

Vilayət Eyvazov Daxili Qoşunlara tapşırıqlar verib

Vilayət Eyvazov: Qarşıya qoyulan bütün tapşırıqlar bundan sonra da əzmlə yerinə yetiriləcək

Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə görüşüb

Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim edib

Vilayət Eyvazov Fransa səfirini qəbul edib

Vilayət Eyvazov Türkiyənin Daxili İşlər nazirinin müavinini qəbul edib

Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsini qəbul edib

Vilayət Eyvazov “N” saylı hərbi hissədə olub (FOTO)

Vilayət Eyvazov vətəndaşları qəbul edəcək

17 May 2021, 16:57 (GMT +4)
Türkiyədə 4.94 milyondan çox insan COVID-19-dan müalicə alaraq sağalıb

17 May 2021, 16:52 (GMT +4)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (VİDEO)

17 May 2021, 16:45 (GMT +4)
Son bir həftədə azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

17 May 2021, 16:40 (GMT +4)
La Liqanı tərk edəcək ilk klub məlum olub

17 May 2021, 16:36 (GMT +4)
Cavad Zərifin Vyanaya səfərinin ləğvinin detalları açıqlanıb

17 May 2021, 16:35 (GMT +4)
Azərbaycanda daha 426 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb

17 May 2021, 16:30 (GMT +4)
Lavrov: Rusiya sərhəd delimitasiyası məsələsində Ermənistana və Azərbaycana kömək etməyə hazırdır

17 May 2021, 16:24 (GMT +4)
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib

17 May 2021, 16:12 (GMT +4)
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

17 May 2021, 16:07 (GMT +4)
Almaniya Futbol İttifaqının prezidenti istefa verib

17 May 2021, 16:02 (GMT +4)
AzTV maliyyə yoxlamaları ilə bağlı açıqlama yayıb

17 May 2021, 15:51 (GMT +4)
Almaniyada son sutkada 5 mindən çox koronavirusa yoluxma aşkar edilib

17 May 2021, 15:41 (GMT +4)
"Nar" komandası "Breyn Rinq" yarışının yarımfinalına yüksəlib

17 May 2021, 15:30 (GMT +4)
Üzgüçümüz Avropa çempionu olub

17 May 2021, 15:20 (GMT +4)
Türkiyə heyəti peyvənd tədarükünü müzakirə etmək üçün Rusiyaya yola düşüb

17 May 2021, 15:09 (GMT +4)
Naxçıvanda orta aylıq əməkhaqqı 3 %-dən çox artıb

17 May 2021, 14:59 (GMT +4)
Gürcüstanda daha 504 nəfərdə koronavirusa yoluxma aşkar edilib

17 May 2021, 14:50 (GMT +4)
Fələstinli hərəkatlar İsrailin bir hərbi gəmisini raketlə hədəfə alıblar

17 May 2021, 14:49 (GMT +4)
FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət edib (VİDEO)

17 May 2021, 14:39 (GMT +4)
Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Ailə həftəsi” layihəsi baş tutub

17 May 2021, 14:36 (GMT +4)
Çavuşoğlu ingilis həmkarı ilə Fələstindəki vəziyyəti müzakirə edib

17 May 2021, 14:30 (GMT +4)
AFFA Samir Abasovun məsələsinə yenidən baxıb

17 May 2021, 14:25 (GMT +4)
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib

17 May 2021, 14:12 (GMT +4)
Səfər Mehdiyev gömrükdə yeni texnologiyaların tətbiqinə dair seminarda iştirak edib

17 May 2021, 14:00 (GMT +4)
Sabahdan Azərbaycanda "Sputnik V" peyvəndinin tətbiqinə başlanılır

17 May 2021, 13:55 (GMT +4)
Azərbaycan kubokunda finalın başlama saatı açıqlanıb

17 May 2021, 13:47 (GMT +4)
Türkiyə Prezidenti və Roma Papası İsrailin Fələstinə hücumlarını müzakirə edib

17 May 2021, 13:40 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

17 May 2021, 13:29 (GMT +4)
Fələstin Muxtariyyəti bütün fələstinliləri ayağa qalxmağa çağırıb

17 May 2021, 13:24 (GMT +4)
MN: Azərbaycan Ordusu təlimlərin növbəti mərhələsini icra edir (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66