Koronavirus yayıldıqca Trampın Çinə qarşı olan qəzəbi artıb01 İyul 2020, 12:13 (GMT +4) Bakı, 1 iyul, SalamNews. ABŞ prezidenti Donald Tramp özünün “Twitter” hesabında bildirib ki, koronavirus pandemiyası dünyaya yayıldıqca onun Çinə qarşı olan qəzəbi daha da artır. SalamNews bu barədə İnterfaks-a istinadən xəbər verir.
“ABŞ-a vurulmuş böyük ziyan da daxil olmaqla, pis pandemiyanın dünyaya daha çox yayıldığını gördükcə, Çinə daha çox qəzəblənirəm”, - deyə Tramp öz hesabında yazıb.
ABŞ prezidenti dəfələrlə COVID-19 pandemiyasına görə məsuliyyəti Çinin üzərinə atıb və Pekinə qarşı sanksiyaları istisna etməyib.
|