Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

ADA Universitetində məzunların təbrik edilməsi onlayn formatda keçirilib

01 İyul 2020, 16:50 (GMT +4)

Bakı, 1 iyul, SalamNews. ADA Universitetinin 465 tələbəsi və ADA Məktəbinin 36 şagirdi məzun olaraq, bu ali təhsil müəssisəsinin elmi-pedaqoji kollektivi tərəfindən təbrik edilib.

ADA Universitetindən SalamNews-a bildirilib ki, yerli tələbələrlə yanaşı, Maldiv Respublikası, Meksika, Moldova, Nigeriya, Vyetnam, Rusiya, Türkmənistan, Özbəkistan, Gürcüstan, Yəmən və İran da daxil olmaqla 11 ölkəni təmsil edən əcnəbi tələbələr məzun olublar.

Universitetin kampusundan birbaşa yayımlanan tədbirdə dekanların, xarici müəllimlərin, tələbələrin və ADA əməkdaşlarının da təbrik videoları yayımlanıb, ali təhsil müəssisəsində tələbə həyatını əks etdirən videogörüntülər nümayiş etdirilib. Yayım zamanı, tələbələr universitetin “Facebook” səhifəsində keçirilən və ADA-da ən xoş xatirələri ilə bağlı olan fotokampaniyada iştirak ediblər. Bir neçə tələbə ilə canlı telefon bağlantısı yaradılıb.

Rektor Hafiz Paşayev 2020-ci il məzunlarını təbrik edərək, onları gələcəkdə də universitetin fəaliyyətində yaxından iştirak etməyə səsləyib. Universitetin kampusunda tələbələrlə mütəmadi görüşlərini məmnunluqla xatırlayan rektor, pandemiya dövründə təhsillərini uğurla davam etdirən məzunlara, habelə təlim-tədrisin davamlılığını təmin edən və fədakarlıq göstərən professor-müəllim heyətinə minnətdarlığını bildirib. Ev şəraitində təhsil alan tələbələrə dəstəyini əsirgəməyən valideynlərə də xüsusi təşəkkür edən Hafiz Paşayev, övladlarının məzun olması münasibətilə onları təbrik edib.

“Bilik və bacarıq qazanmaq mümkündür, lakin öz prinsipləri əsasında həyatını davam etdirməyən şəxslərin gələcəkdə uğur qazanması mümkünsüzdür”, - deyən Hafiz Paşayev, məzunlara təhsil müddəti ərzində aşılanan prinsiplərə sadiq qalmalarını, harada və hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, onları vətənpərvər və müstəqil Azərbaycanın gələcəyinin təminatçıları sırasında görmək istədiyini bildirib.

Tədris işləri üzrə prorektor Vəfa Kazdal ADA Universitetinin hər zaman məzunları ilə qürur duyduğunu vurğulayıb. ADA Məktəbinin məzunlarını da təbrik edən prorektor bu ilin onlar üçün xüsusilə çətin keçdiyini, yeni təhsil mühitinə, onlayn təhsilə keçid etmələrinə baxmayaraq, öz missiyalarını uğurla tamamladıqlarını qeyd edib.

ADA Universitetinin tələbələri Günay Bədəlova və Ceyran Cəfərova musiqi ifaları ilə çıxış ediblər.

Qeyd edək ki, ADA Universiteti tədris ili ərzində Rusiyanın MGIMO, ABŞ-ın Corc Vaşinqton, Fransanın CEFAM universitetləri ilə ikili diplom proqramlarına dair tərəfdaşlıq razılaşmaları imzalayıb. Almaniyanın Halle-Vittenberq Universiteti ilə birgə doktorantura proqramı, İtaliyanın Luiss Universiteti ilə tələbə mübadilə proqramı təsis edilib. Bununla yanaşı, ADA Universiteti, müasir təhsilin tələblərinə cavab vermək məqsədilə Təlim və tədrisin təşkili və metodikası üzrə magistr proqramını təqdim edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ADA Universitetində ulu öndərin ildönümü münasibətilə onlayn müzakirələr keçirilib

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

ADA Universitetində Lütfi Zadənin irsinə həsr edilən konfrans keçiriləcək

ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub

ADA Universitetinin müəllim və tələbələri şərəf andı içiblər

ADA Universitetinin məzunları assosiasiya yaradırlar

ADA Universitetində “Məzun günü 2019” keçirilib

“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

“Qala Sığorta” və “Qala Həyat” ADA Universiteti tələbələrinin sosial layihəsinə dəstək olub

ADA Universitetində ADRA-nın Təcrübə Proqramının təqdimatı baş tutub

Bakcell ADA Universitetində keçirilmiş karyera yarmarkasına qatılıb

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

Kapital Bank-ın dəstəyi ilə ADA Universitetində karyera günləri keçirilib

EHİM ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Hafiz Paşayev: ADA Universitetində yeni binalar inşa olunur

ADA Universiteti Bakı Fond Birjasının "Listinq Məsləhət Proqramı"na qoşulub

“Nar” ADA Universitetinin Təqaüd Proqramına dəstək verir

ADA Universitetində tibbi aksiya keçiriləcək

13 Avqust 2020, 18:00 (GMT +4)
DTX: Səfir Eldar Həsənov tutulub

13 Avqust 2020, 17:50 (GMT +4)
Zaxarova: Belarusda vəziyyətin sabitləşməsində maraqlıyıq

13 Avqust 2020, 17:45 (GMT +4)
Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub

13 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

13 Avqust 2020, 17:25 (GMT +4)
ABŞ-da dərslərin bərpası üçün məktəblərə 125 milyon maska ​​paylanacaq

13 Avqust 2020, 17:15 (GMT +4)
AÇG üzrə əməliyyat xərcləri azalıb

13 Avqust 2020, 17:14 (GMT +4)
Beyrutda fövqəladə vəziyyət elan edilib

13 Avqust 2020, 16:58 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirini qəbul edib

13 Avqust 2020, 16:47 (GMT +4)
Hulusi Akar: Təcavüzkar Ermənistana qarşı Azərbaycanın yanındayıq

13 Avqust 2020, 16:32 (GMT +4)
İranla enerji əməkdaşlığı müzakirə edilib

13 Avqust 2020, 16:25 (GMT +4)
İranın xarici işlər naziri Cavad Zərif Beyruta gedir

13 Avqust 2020, 16:23 (GMT +4)
Los Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarışa verib

13 Avqust 2020, 16:16 (GMT +4)
Cüdoçumuz dopinqə görə cəzalanıb

13 Avqust 2020, 16:01 (GMT +4)
Azərbaycanda payızlıq və yazlıq biçinin statistikası açıqlanıb

13 Avqust 2020, 15:58 (GMT +4)
"Yandex"in Minskdəki ofisinə silahlı basqın təşkil edilib

13 Avqust 2020, 15:50 (GMT +4)
Gənclər Günü münasibətilə “Daha yaxşı dünya üçün” Beynəlxalq Gənclər konfransı baş tutub (FOTO)

13 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

13 Avqust 2020, 15:31 (GMT +4)
Təhsil Nazirliyi: Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsinə başlanılıb

13 Avqust 2020, 15:31 (GMT +4)
İdlibə endirilən aviazərbədə Əl-Qaidənin özbəkistanlı lideri öldürülüb

13 Avqust 2020, 15:24 (GMT +4)
Lukaşenkonun açıqlamasından sonra Belarus səfiri Çex Respublikası XİN-ə çağrılıb

13 Avqust 2020, 15:15 (GMT +4)
Yasamal rayonunda 7 km uzunluğunda küçə və yol yenidən qurulur

13 Avqust 2020, 15:01 (GMT +4)
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb

13 Avqust 2020, 14:51 (GMT +4)
Belarus DİN: Ölkədəki iğtişaşlar artıq kütləvi xarakter daşımır

13 Avqust 2020, 14:45 (GMT +4)
Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

13 Avqust 2020, 14:17 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

13 Avqust 2020, 14:16 (GMT +4)
Bakı Metropoliteni işçi qəbulu elan edib

13 Avqust 2020, 14:16 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 907 mini keçib

13 Avqust 2020, 14:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 19 mini ötüb

13 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil naziri müəllim, şagird və valideynlərlə onlayn görüş keçirib

13 Avqust 2020, 13:54 (GMT +4)
Belarus DİN 700 nəfərin saxlanıldığnı açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66