Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev nazirliklə bağlı fərman imzalayıb

30 İyun 2020, 15:30 (GMT +4)

Bakı, 30 iyun, SalamNews.Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 24 iyun tarixli 976 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

SalamNews xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanın 1.2-ci, 1.4-cü bəndlər, 5-ci və 6-1-ci hissələr ləğv edilib.

Sənədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının işçilərinin say həddi 350 ştat vahidi (hazırda 309-dur), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin say həddi 110 ştat vahidi (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə) və regional bölmələrinin işçilərinin say həddi 260 ştat vahidi müəyyən edilib.

Fərmanla həmçinin aşağıdakı dəyişikliklər edilib.

1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu”nun 3-cü, 4-1-ci və 4-2-ci hissələri ləğv edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.4.1. 3.1.28-1-ci və 3.1.37-1-ci yarımbəndlərdə “Nazirlik yanında” sözləri “Nazirliyin tabeliyində” sözləri ilə əvəz edilsin;

1.4.2. 5.1-ci bənddə “və onun strukturuna daxil olan qurumlar (regional orqanlar, ikili tabelikdə olan yerli bölmələr və s.),” sözləri “, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan” sözləri ilə, “və Naxçıvan” sözləri “, habelə Naxçıvan” sözləri ilə əvəz edilsin;

1.4.3. 5.5.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların (əsasnamələri (nizamnamələri) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (əsasnamələrini) təsdiq edir;”;

1.4.4. aşağıdakı məzmunda 5.5.3-1-ci yarımbənd əlavə edilsin:

“5.5.3-1. bu Əsasnamənin 5.5.3-cü yarımbəndinə uyğun olaraq, Nazirliyin strukturuna daxil olan qurumların, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini (əsasnamələrini) təsdiq üçün təqdim edir;”;

1.4.5. 5.5.5-ci yarımbənddə “yerli və digər qurumlarının” sözləri “strukturuna daxil olan qurumların (strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bu Əsasnamənin 5.5.5-1-ci yarımbəndi nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;

1.4.6. aşağıdakı məzmunda 5.5.5-1-ci yarımbənd əlavə edilsin:

“müəyyən edilmiş struktur, işçilərin say həddi və əməkhaqları daxilində tabeliyində olan publik hüquqi şəxslərin (Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) ştat cədvəlinin və ayrılmış büdcə təxsisatı çərçivəsində xərclər smetasının təsdiq edilməsinə razılıq verir;”;

1.4.7. 5.5.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.6. Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;”;

1.4.8. aşağıdakı məzmunda 5.5.6-1-ci yarımbənd əlavə edilsin:

“5.5.6-1. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir;”.

2. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1072; 2017, № 5, maddə 829; 2018, № 3, maddə 434; 2019, № 2, maddə 245) 2-ci hissəsi ləğv edilsin.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İlham Əliyev Belarus prezidentini təbrik edib  

Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTOLAR)

Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Prezident İlham Əliyev avqust ayında da 190 manatın ödənilməsi ilə bağlı göstəriş verib

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlərlə bağlı müşavirə keçirib

Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

İlham Əliyev İran prezidenti ilə telefonla danışıb

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

Prezident İlham Əliyev Əmirvan-Vəndam avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Balakən rayonuna səfərə gəlib

Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib

Prezident İlham Əliyevin Qobustan rayonuna səfəri başlayıb

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Emin Əmrullayevi videoformatda qəbul edib

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təşəkkür edib

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə dair videoformatda müşavirə keçirilib

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

11 Avqust 2020, 11:01 (GMT +4)
Gömrük Akademiyasının məzunlarına diplomları təqdim olunub

11 Avqust 2020, 10:30 (GMT +4)
Azərbaycan-Türkiyə təlimləri Quru Qoşunlarının iştirakı ilə davam edir (FOTO)

11 Avqust 2020, 10:24 (GMT +4)
ABŞ-da bir məhkəmə Səudiyyə vəliəhdini məsuliyyətə cəlb edib

11 Avqust 2020, 10:20 (GMT +4)
“Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlanıb

11 Avqust 2020, 10:10 (GMT +4)
Azərbaycanda yoxlama oyunları qapalı keçiriləcək

11 Avqust 2020, 10:00 (GMT +4)
Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə gedib

11 Avqust 2020, 09:45 (GMT +4)
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub (FOTO)

11 Avqust 2020, 09:36 (GMT +4)
Tramp Ağ Ev ətrafında güllə səsinə görə mətbuat konfransını tərk edib (VİDEO)

11 Avqust 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub

11 Avqust 2020, 09:16 (GMT +4)
Livanın istefa verən hökumət başçısı ölkənin gələcəyilə bağlı xəbərdarlıq edib

11 Avqust 2020, 09:11 (GMT +4)
Buraxılış imtahanlarının nəticələri elan olunub

11 Avqust 2020, 09:00 (GMT +4)
Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq

10 Avqust 2020, 18:00 (GMT +4)
İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək

10 Avqust 2020, 17:36 (GMT +4)
Livanın baş naziri istefa verib - KİV

10 Avqust 2020, 17:17 (GMT +4)
Neftçalada içməli su problemi aradan qaldırılır

10 Avqust 2020, 17:12 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 79-ə qədər azalıb, 278 nəfər isə sağalıb

10 Avqust 2020, 17:02 (GMT +4)
Prezident: “Qarabağ yatağı müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur"

10 Avqust 2020, 16:59 (GMT +4)
Bağdadın cənubunda İŞİD tərəfindən planlanmış partlayışın qarşısı alınıb

10 Avqust 2020, 16:46 (GMT +4)
Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

10 Avqust 2020, 16:30 (GMT +4)
AFFA klublara toplar təqdim edib

10 Avqust 2020, 16:15 (GMT +4)
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin edilib

10 Avqust 2020, 16:04 (GMT +4)
İranda son sutkada koronavirusdan 189 nəfərin ölümü qeydə alınıb

10 Avqust 2020, 16:00 (GMT +4)
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

10 Avqust 2020, 15:50 (GMT +4)
Azərbaycanda bu il 1253 məhbus vaxtından əvvəl azadlığa buraxılıb

10 Avqust 2020, 15:35 (GMT +4)
DYP: 244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Avqust 2020, 15:00 (GMT +4)
Qayda pozuntusuna görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib

10 Avqust 2020, 14:45 (GMT +4)
Havanı çirkləndirən sexin sahibi cəzalanıb

10 Avqust 2020, 14:43 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 200-ü keçib

10 Avqust 2020, 14:32 (GMT +4)
Bərdədə daha 60 evə qaz verilib

10 Avqust 2020, 14:20 (GMT +4)
İlham Əliyev Belarus prezidentini təbrik edib  

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66