Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Allahşükür Paşazadə Türkmənistan prezidentinə zəng edib

30 İyun 2020, 13:37 (GMT +4)

Bakı, 30 iyun, SalamNews. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB Müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Türkmənistan Prezidenti Qurbanqulı Berdimühəmmədova zəng edib.

Bu barədə SalamNews-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan, Qafqaz və MDB müsəlmanları adından qardaş türkmən xalqının liderini anadan olmasının 63-cü ildönümü münasibətilə təbrik edən Şeyxülislam A. Paşazadə İslam aləmində Peyğəmbər Mühəmməd Salavatullahın yaşı olaraq xüsusi önəm kəsb edən ildönüm günündə ona Uca Allahdan ən xoş arzularını dilə gətirib, ona uzun ömür, ölkəsi və xalqı naminə gələcək fəaliyyətində uğurlar diləyib.

Şeyxülislam A. Paşazadəni islam dünyasının tanınmış dini lideri, dinlərarası əməkdaşlıq müstəvisinin nüfuzlu şəxsiyyəti, sülhpərvər fəaliyyət sahibi kimi yüksək dəyərləndirdiyini bildirən Türkmənistan Prezidenti Qurbanqulı Berdimühəmmədov postsovet məkanında ənənəvi mənəvi əlaqələrin və xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsinə Allahşükür Paşazadənin əvəzsiz rolu və xidmətlərinin olduğunu xüsusi vurğulayıb. Türkmənistan dövlətində dini-mənəvi irsin, İslam dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərə toxunan türkmən lideri həyatında önəmli olan bir gündə Şeyxülislamın təbriklərini eşitməkdən şərəf duyduğunu bildirib.

Q. Berdimühəmmədov Türkmənistanda açılışı nəzərdə tutulan məscid kompleksində Şeyxülislam A. Paşazadəni fəxri qonaq kimi görməkdən məmnun olacaqlarını ifadə etdi.

Dəvətdən məmnun olduğunu bildirən QMİ sədri iki qardaş dövlət - Azərbaycan və Türkmənistanın liderləri İlham Əliyev və Qurbanqulı Berdimühəmmədovun dövlətlərimizin bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlər sahəsində, ortaq tarixi irsimiz və dini dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi yönündə fəaliyyətlərini yüksək qiymətləndirdiyini və bu işlərə Uca Allahdan xeyir-dualar dilədiyini ifadə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Allahşükür Paşazadə: Bu, çox böyük qələbədir

Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

Allahşükür Paşazadə İranın yeni səfiri ilə görüşüb (FOTOLAR)

Allahşükür Paşazadə Nobel mükafatına namizəd olub

QMİ sədri Allahşükür Paşazadə beynəlxalq təşkilatlara müraciət edib

Allahşükür Paşazadə: Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır (FOTO)

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Allahşükür Paşazadə İrana qarşı sanksiyaların dayandırılması üçün Trampa müraciət edib

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

Allahşükür Paşazadə Naxçıvana səfər edəcək

Vladimir Putin Allahşükür Paşazadəni təbrik edib

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib

Allahşükür Paşazadə İran prezidenti ilə görüşüb (FOTOLAR)

Allahşükür Paşazadə Prezident İlham Əliyevə məktub ünvanlayıb

Allahşükür Paşazadə Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak edib 

QMİ sədri Allahşükür Paşazadə Səudiyyə kralı ilə görüşüb (FOTO)

Allahşükür Paşazadə Həcc və Ümrə nazirliyində görüş keçirib

Şeyx Allahşükür Paşazadə Kəbə evinin örtüyünün hazırlandığı sexə baş çəkib (FOTO)

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedib

Azərbaycan Prezidenti Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib

05 Dekabr 2020, 17:03 (GMT +4)
"Bakı Telefon Rabitəsi" xalis mənfəətini 2 dəfə artırıb

05 Dekabr 2020, 16:52 (GMT +4)
Vəkillər Kollegiyası erməni vandalizmi ilə bağlı 230 beynəlxalq təşkilata müraciət edib

05 Dekabr 2020, 16:48 (GMT +4)
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılıb

05 Dekabr 2020, 16:40 (GMT +4)
Zərdabda koronavirus xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 16:35 (GMT +4)
Bakıda elektronik əşyalarının satıldığı mağazalardan oğurluqlar edən şəxs saxlanılıb (VIDEO)

05 Dekabr 2020, 16:19 (GMT +4)
AFFA Beynəlxalq Könüllülər Günü ilə bağlı konfrans keçirib

05 Dekabr 2020, 16:04 (GMT +4)
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

05 Dekabr 2020, 15:56 (GMT +4)
İranda Covid-19 virusundan ölənlərin sayı 50 mini ötüb

05 Dekabr 2020, 15:48 (GMT +4)
Müdafiə Nazirliyi: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir

05 Dekabr 2020, 15:39 (GMT +4)
Lənkəran sakini qohumunun evindən oğurluq edib

05 Dekabr 2020, 15:20 (GMT +4)
Baş Prokurorluq: Daha 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 15:08 (GMT +4)
“Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxub

05 Dekabr 2020, 14:57 (GMT +4)
“ABB-İnvest İnvestisiya Şirkəti” aktiv fəaliyyətə keçib

05 Dekabr 2020, 14:40 (GMT +4)
Səfir Hulusi Kılıç: Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir

05 Dekabr 2020, 14:36 (GMT +4)
Hizbuallah hərəkatı İsrailin hərbi qərargahlarını PUA-larla çəkərək yayımlayıb (VİDEO)

05 Dekabr 2020, 14:26 (GMT +4)
“Suqovuşan” elektrik stansiyalarından görüntülər yayımlanıb (VİDEO)

05 Dekabr 2020, 14:17 (GMT +4)
Bakıda sexdən 30 min manatlıq oğurluq edilib

05 Dekabr 2020, 14:03 (GMT +4)
Ötən həftə Azərbaycanda COVID-19-dan 10 min 427 nəfər sağalıb

05 Dekabr 2020, 13:59 (GMT +4)
“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlanıb

05 Dekabr 2020, 13:44 (GMT +4)
Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir

05 Dekabr 2020, 13:25 (GMT +4)
AB və İngiltərə "Brexit"lə bağlı razılığa gələ bilməyib

05 Dekabr 2020, 13:22 (GMT +4)
Əfqanıstanda gözlənilən tarixi toplantı baş tutub

05 Dekabr 2020, 13:09 (GMT +4)
Bakıda mənzildən meyit tapılıb

05 Dekabr 2020, 13:00 (GMT +4)
Suqovuşanda elektrik stansiyaları gələn il istismara veriləcək 

05 Dekabr 2020, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

05 Dekabr 2020, 12:43 (GMT +4)
Gürcüstanda daha 5450 nəfər koronavirusa yoluxub, 37 xəstə ölüb

05 Dekabr 2020, 12:39 (GMT +4)
Küveytdə Parlament seçkiləri keçirilir

05 Dekabr 2020, 12:30 (GMT +4)
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb

05 Dekabr 2020, 12:15 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 12:11 (GMT +4)
ABŞ qoşunları Somalini tərk edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66