Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Allahşükür Paşazadə: Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır (FOTO)

30 İyun 2020, 11:21 (GMT +4)

Bakı, 30 iyun, SalamNews. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Sülhlə işğala qarşı” mövzusunda videokonfransın işində iştirak edib.

QMİ-nin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, Fələstin dövləti Baş Qazının Divanının təşkilatçılığı, Fələstinin baş qazısı Mahmud Sidqi Əl-Həbbaşın sədrliyi ilə baş tutan konfransda Şeyxülislam A. Paşazadə iştirak edib.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən Türkiyə, İndoneziya, Misir, İraq, Sudan, Malaziya, Rusiya və digər ölkələrin nazirləri, tanınmış din xadimləri və nüfuzlu ictimaiyyət nümayəndələrinin iştirak etdiyi videokonfransda Fələstin xalqının hüquqlarının müdafiəsi, BMT müstəvisində Fələstin dövlətinə hüquqi, humanitar yardımın daha da artırılmasına dair məsələlər, habelə Qüdsün taleyinə dair narahatlıq gündəmdə oldu.

Videokonfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının və dövlətinin hər zaman Fələstin xalqının və dövlətinin yanında olduğunu, bu yöndə önəmli əməli addımlar atdığını vurğuladı. Dövlət rəhbərimiz Zati-aliləri Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət nümayiş etdirdiyini videokonfans iştirakçılarının nəzərinə çatdıran Şeyxülislam A. Paşazadə Azərbaycanın bütün sahələrdə Fələstinin dövlətçilik, sülh, sabitlik və davamlı inkişafla bağlı səylərini tam dəstəklədiyini xatırlatdı.

Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgahımız olan Qüds ətrafında baş verənlərin, təbii ki, hər bir mömin, inanclı insan üçün həssasiyyət kəsb etdiyini bildirən QMİ sədri Qüdsün Uca Yaradanın hökmünə və iradəsinə uyğun olaraq, müsəlmanlar və əhli-Kitab üçün özəl məqam olaraq qorunub saxlanılmasının, sülh, barış məkanı olmasının zəruri olduğunu ifadə etdi. O bildirdi ki, Ulu Yaradanın müqəddəs qərar verdiyi, müsəlman və qeyri-müsəlmanlar üçün müqəddəs sayılan yerlərə sahib olan Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır.

Şeyxülislam A. Paşazadə beynəlxalq hüququn işləməməsi, beynəlxalq ictimaiyyətin mövqeyinin nəzərə alınmamasının təhlükəli meyl olduğunu xüsusi vurğuladı. O birmənalı şəkildə bildirdi ki, Qüdsün İsrailin bölünməz paytaxtı elan edilməsi haqqında təktərəfli qaydada verilmiş qərar və ümumən siyasi məqsəd, niyyətlər naminə Qüdslə bağlı qərar verilməsi qeyri-məqbuldur. Bu, nəinki müsəlmanların, qeyri-müsəlmanların da hüquqlarının pozulması deməkdir.

QMİ sədri öz çıxışında bildirdi ki, illərdir separatçılıqdan, bölücülükdən əziyyət çəkən xalq, əzəli torpaqları, beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edən, Xocalı şəhərində törədilmiş soyqırım cinayəti də ikili yanaşmalar səbəbindən zamanında hüquqi-siyasi qiymətini almamış cinayətlər sırasında yer alan Azərbaycan Fələstinlə bağlı ədalətsiz qərarlara qarşıdır.

Fələstin probleminin sülh yolu ilə ədalətli həll olunmasının zəruriliyini vurğulayan QMİ sədri Şeyxülislam A. Paşazadə Yaxın Şərqin bu həssas bölgəsində sülh və əmniyyətin bərqərar olması üçün BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və sülh yolu ilə həllinin vacib olduğunu xüsusi vurğuladı.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

Allahşükür Paşazadə İranın yeni səfiri ilə görüşüb (FOTOLAR)

Allahşükür Paşazadə Nobel mükafatına namizəd olub

QMİ sədri Allahşükür Paşazadə beynəlxalq təşkilatlara müraciət edib

Allahşükür Paşazadə Türkmənistan prezidentinə zəng edib

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Allahşükür Paşazadə İrana qarşı sanksiyaların dayandırılması üçün Trampa müraciət edib

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

Allahşükür Paşazadə Naxçıvana səfər edəcək

Vladimir Putin Allahşükür Paşazadəni təbrik edib

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib

Allahşükür Paşazadə İran prezidenti ilə görüşüb (FOTOLAR)

Allahşükür Paşazadə Prezident İlham Əliyevə məktub ünvanlayıb

Allahşükür Paşazadə Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak edib 

QMİ sədri Allahşükür Paşazadə Səudiyyə kralı ilə görüşüb (FOTO)

Allahşükür Paşazadə Həcc və Ümrə nazirliyində görüş keçirib

Şeyx Allahşükür Paşazadə Kəbə evinin örtüyünün hazırlandığı sexə baş çəkib (FOTO)

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə gedib

Azərbaycan Prezidenti Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib

Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illik yubileyidir

27 Oktyabr 2020, 18:15 (GMT +4)
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub

27 Oktyabr 2020, 18:11 (GMT +4)
Ermənilərin atdığı raket Bərdədə yaşayış məntəqəsinə düşüb, ölən və yaralananlar var

27 Oktyabr 2020, 18:03 (GMT +4)
Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

27 Oktyabr 2020, 17:58 (GMT +4)
Hikmət Hacıyev: Minsk formatını ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur 

27 Oktyabr 2020, 17:44 (GMT +4)
Azərbaycan XİN Pakistana başsağlığı verib

27 Oktyabr 2020, 17:40 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərməyə davam edir (FOTO)

27 Oktyabr 2020, 17:36 (GMT +4)
İran Qarabağ münaqişəsində vasitəçi addımlara başladığını bildirib

27 Oktyabr 2020, 17:31 (GMT +4)
MN: Goranboy, Tərtər və Bərdə rayonları atəşə tutulur

27 Oktyabr 2020, 17:22 (GMT +4)
Hikmət Hacıyev: Ermənistan atəşkəslə bağlı vədlərinə sadiq qalmayıb

27 Oktyabr 2020, 17:10 (GMT +4)
Separatçıların “müdafiə naziri”nin məhv edilməsi ehtimal olunan görüntülər yayılıb

27 Oktyabr 2020, 16:56 (GMT +4)
Millimizin Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib

27 Oktyabr 2020, 16:45 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir

27 Oktyabr 2020, 16:33 (GMT +4)
Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

27 Oktyabr 2020, 16:25 (GMT +4)
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib

27 Oktyabr 2020, 16:12 (GMT +4)
İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

27 Oktyabr 2020, 15:57 (GMT +4)
Ölkəmizdə koronavirusa yoluxma hallarının 55,7 faizi paytaxtın payına düşür

27 Oktyabr 2020, 15:48 (GMT +4)
Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

27 Oktyabr 2020, 15:35 (GMT +4)
Hesablama Palatası xarici həmkarlarını erməni vandalizmi barədə məlumatlandırıb

27 Oktyabr 2020, 15:20 (GMT +4)
Kanadada son sutkada 2531 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

27 Oktyabr 2020, 15:07 (GMT +4)
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub

27 Oktyabr 2020, 14:58 (GMT +4)
Əfqanıstanda terror hücumu nəticəsində 5 nəfər ölüb

27 Oktyabr 2020, 14:44 (GMT +4)
İran Fransa prezidenti Emanuel Makronun islamofob bəyanatını tənqid edib

27 Oktyabr 2020, 14:37 (GMT +4)
DSK: Metrodan istifadə edənlərin sayı azalıb

27 Oktyabr 2020, 14:25 (GMT +4)
Lavrov: ABŞ və AB ölkələri Rusiyanın inkişafını dayandırmaq üçün səyləri ikiqat artırıb

27 Oktyabr 2020, 14:16 (GMT +4)
Londonda Consonun ofisi qarşısında Gəncə terroruna etiraz edilib

27 Oktyabr 2020, 13:44 (GMT +4)
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27 Oktyabr 2020, 13:37 (GMT +4)
ARDNF-in aktivləri bu ilin əvvəlindən cüzi azalıb

27 Oktyabr 2020, 13:15 (GMT +4)
Neftin qiyməti artıb

27 Oktyabr 2020, 13:00 (GMT +4)
MN: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

27 Oktyabr 2020, 12:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66