Səudiyyə Ərəbistanında bir günə 3,927 nəfərin koronavirusa yoluxması qeydə alınıb27 İyun 2020, 16:48 (GMT +4) Bakı, 27 iyun, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanında son sutkada 3,927 nəfərin Covid-19 virusuna yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 178,471-ə çatıb.
SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyanat verib.
Nazirlik bildirib ki, ölkədə son sutkada 3,927 nəfərin Covid-19 virusuna yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 178,471-ə çatıb.
Əlavə edilib ki, son gündə Covid-19 virusundan 37 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 1,511-ə çatıb.
Ölkədə yoluxmuşlardan 122,128 nəfər sağalıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın Həcc Nazirliyi bu ilin həcc mərasiminin yalnız daxildən olan min zəvvarın iştirakı ilə keçiriləcəyini bəyan edib.
|