Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Mətbuat Şurasının İdarə Heyətinin üzvü ATƏT-in tədbirində iştirak edib

25 İyun 2020, 17:21 (GMT +4)

Bakı, 25 iyun, SalamNews.Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri Azər Həsrət ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun “İfadə, media və informasiya azadlığı” mövzusunda Əlavə İnsan Ölçüsü Görüşünə qatılıb.

SalamNews Azərbaycan Mətbuat Şurasına istinadən xəbər verir ki, onlayn rejimdə keçirilmiş tədbirdə ATƏT üzvü olan 57 dövlətin rəsmi təmsilçilərilə yanaşı bir sıra beynəlxalq və milli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri də iştirak ediblər. Ümumi hesabla 220-yə qədər nümayəndənin qatıldığı tədbir 22-23 iyun tarixlərində olmaqla 5 sessiyadan ibarət olub. Bunlardan 3 ayrı işçi sessiyada “İfadə azadlığı və onun digər təməl azadlıqlarla əlaqəsi”, “İnformasiyaya giriş”, “Media azadlığı” mövzuları müzakirə edilib. Çıxışçılar daha çox koronavirus pandemiyası dövründə medianın fəaliyyəti, jurnalistlərin və sosial media fəallarının bəzən məqsədli şəkildə ictimai rəyi yanıltmağa yönəlik yalan xəbərlər yayması məsələləri üzərində dayanıblar. Qeyd edilib ki, koronavirusla bağlı insanlarda şübhə yaratmaq, ictimai rəyi çaşdırmaq kimi hallar geniş yayılıb. Bu isə pandemiya ilə mübarizənin effektivliyini azaldan amillərdəndir.

Azər Həsrət də öz növbəsində çıxış edərək medianın fəaliyyəti üçün Azərbaycanda yaradılmış şəraitdən danışıb. O, qeyd edib ki, Azərbaycan dövləti jurnalistlərin sərbəst hərəkəti üçün şərait yaradıb. Ölkənin bəzi bölgələrində xüsusi karantin rejimi olduğu üçün media təmsilçiləri internet üzərindən rəsmi icazə almaqla sərbəst şəkildə öz fəaliyyətlərini həyata keçirirlər. Azər Həsrət informasiya əldə etmək və yaymaqla bağlı hər hansı əngəlin də olmadığını deyib.

Müzakirələrin ümumi nəticəsi olaraq bir daha vurğulanıb ki, informasiyalı cəmiyyətlərdə qəbul edilən qərarlar qapalı və ya informasiyanın yayılması əngəllənən cəmiyyətlərdəkindən daha effektli olur.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası həyata keçiriləcək

Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək

Mətbuat Şurası Şamil Şahməmmədovun vəfatı ilə bağlı nekroloq yayıb 

Ötən il Mətbuat Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb

Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət edib

Mətbuat Şurası və DİN jurnalistlər üçün xüsusi gödəkçələr hazırlayıb

Mətbuat Şurası 2 yeni mükafat təsis edir

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurasının sədri AVH təmsilçilərini qəbul edib

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət edib

Bu gün Mətbuat Şurasının Sədri Əflatun Amaşovun doğum günüdür

Mətbuat Şurası jurnalistlərin siyahısını Operativ Qərargaha təqdim edib

Mətbuat Şurası onlayn konfrans keçirib (FOTOLAR)

Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaradıb

Mətbuat Şurası KİV-ə tövsiyələr verib

Mətbuat Şurası KİV-ləri rəsmi mənbəyi olmayan bilgilərin təqdimatından uzaq durmağa çağırır

Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub

19 Sentyabr 2021, 16:10 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Neftçi" "Keşlə" ilə üz-üzə gəlir

19 Sentyabr 2021, 16:05 (GMT +4)
"Qarabağ" - "Sumqayıt" matçının hakimləri məlum olub

19 Sentyabr 2021, 15:30 (GMT +4)
“Araz”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

19 Sentyabr 2021, 14:55 (GMT +4)
Lionel Messi PSJ-də ilinə 30 milyon avro qazanacaq 

19 Sentyabr 2021, 13:38 (GMT +4)
İtaliya A seriyasında 4-cü turun oyunları davam edir

19 Sentyabr 2021, 13:15 (GMT +4)
Mahir Emrelinin komandası liqada növbəti oyununa çıxır

19 Sentyabr 2021, 12:00 (GMT +4)
İspaniya çempionatı: "Atletiko" öz meydanında "Atletik"lə bacarmayıb

19 Sentyabr 2021, 10:59 (GMT +4)
Türkiyə çempionatı: "Beşiktaş" səfərdə qalib gəlib

19 Sentyabr 2021, 10:43 (GMT +4)
İngiltərə Premyer Liqası: "Liverpul" böyükhesablı qələbə qazanıb, "Mançester Siti" heç-heçə edib

18 Sentyabr 2021, 21:14 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i 5 qolla məğlub edib, Zirədə bərabərlik qeydə alınıb

18 Sentyabr 2021, 17:01 (GMT +4)
Avstraliyada karantinlə bağlı etiraz aksiyalarında 260-dan çox insan həbs edilib

18 Sentyabr 2021, 16:52 (GMT +4)
Gəncədə 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib

18 Sentyabr 2021, 16:40 (GMT +4)
Pentaqon Rusiyanın ABŞ üçün Çindən daha böyük təhlükəyə çevrilə biləcəyi qənaətindədir

18 Sentyabr 2021, 16:36 (GMT +4)
“Bursaspor”un baş məşqçisi Namik Ələskərovla xüsusi görüş keçirib

18 Sentyabr 2021, 16:35 (GMT +4)
Suriyada enerji xəttinin partladılması nəticəsində əksər əyalətlər işıqsız qalıb

18 Sentyabr 2021, 16:28 (GMT +4)
Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

18 Sentyabr 2021, 16:16 (GMT +4)
Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

18 Sentyabr 2021, 16:06 (GMT +4)
İƏT OA faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edib 

18 Sentyabr 2021, 15:54 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

18 Sentyabr 2021, 15:42 (GMT +4)
Azərbaycanda son sutkada 2042 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

18 Sentyabr 2021, 15:35 (GMT +4)
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 7 terrorçunu məhv edib

18 Sentyabr 2021, 15:26 (GMT +4)
Suriya ordusu 10 ildən sonra Təfas qəsəbəsini nəzarətə götürüb

18 Sentyabr 2021, 15:21 (GMT +4)
MN: Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir (VİDEO)

18 Sentyabr 2021, 15:10 (GMT +4)
“Azneft”in bir qrup işçisi təltif edilib

18 Sentyabr 2021, 14:58 (GMT +4)
Çində yol qəzasında 6 nəfər ölüb, 13 nəfər yaralanıb

18 Sentyabr 2021, 14:52 (GMT +4)
Əfsanəvi futbolçu Pelenin səhhəti yenidən pisləşib

18 Sentyabr 2021, 14:51 (GMT +4)
Anar Kərimov: Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq

18 Sentyabr 2021, 14:41 (GMT +4)
Pakistanın baş naziri Talibanla danışıqlar apardığını bildirib

18 Sentyabr 2021, 14:30 (GMT +4)
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

18 Sentyabr 2021, 14:27 (GMT +4)
Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66