Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Yol polisi karantin postlarında nəzarəti gücləndirir

23 İyun 2020, 17:06 (GMT +4)

Bakı, 23 iyun, SalamNews. Azərbaycanın bir çox bölgələrində koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimində polisin işi daha da genişlənib.

SalamNews xəbər verir ki, Bakı şəhəri ərazisində qurulan karantin postlarında nəzarətin gücləndirilməsi və işin səmərəliliyinin yüksəldilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən yeni bir göstəriş verilib. Göstərişə əsasən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxsləri paytaxt ərazisində yol patrul xidmətinin təşkilinə nəzarətin həyata keçrilməsinə cəlb edilib. Bununla əlaqədar olaraq bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsində təlimat keçirilib.

Təlimata rəhbərlik edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Fərhad Eyyubov bildirib ki, nəzarət tədbirlərinin gücləndirilməsində məqsəd pandemiya dövründə vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Bununla əlaqədar olaraq karantin postlarında nəzarəti həyata keçirən patrul əməkdaşlarına tapşırıqlar və tövsiyyələr verən rəis müavini bildirib ki, vətəndaşlarla son dərəcə diqqətli davranmaq və hər bir sürücü və sərnişini ayrı- ayrılıqda yoxlamaq vacib məsələdir.

Rəis müavininin sözlərinə görə koronavirus pandemiyası dünyaya elan edilməmiş müharibədir və burada hər bir vətəndaşın ciddi mübarizə aparması tələb olunur. Fərhad Eyyubov yol polisi əməkdaşlarına ara məsafəsinə riayət edilməsinin önəmli olduğunu bildirib və eyni zamanda qeyd edib ki, xidmət zamanı əlcək və tibbi maskalardan istifadə edilməsi vacibdir. "Atılan bu addımlar yoluxmanın qarşısının alınması məqsədi daşıyır və hər bir əməkdaşın buna riayət etməsinə nəzarət ediləcək."4

Daha sonra çıxış edən Yol Patrul Xidməti alayının komandiri, polis polkovnik-leytinatı Raif Süleymanov şəxsi heyətə bir sıra göstəriş və tapşırıqlar verib, postlar üzrə bölgünü həyata keçirib. Eyni zamanda Raif Süleymanov onu da bildirib ki, bundan sonra rəhbər şəxslərin nəzarəti altında karantin postlarına ciddi nəzarət olunacaq və hər bir vətəndaşın yoxlanılması, eləcə də sıxlığın qarşısının alınması üçün müəyyən addımların atılması da nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Zərdabda yol polisi reyd keçirib

Gəncədə yol polisi avtoxuliqanlara qarşı reyd keçirib

Şəmkirdə yol polisi reyd keçirib

Cəlilabadda yol polisi növbəti reyd keçirib, sürücülər cərimələnib

Yol polisi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

Yol polisi "Zəfər paradı" ilə əlaqədar sürücülərə müraciət edib

Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib

Şəkidə yol polisi koronavirusla əlaqədar tədbirləri davam etdirir

Yol polisi komendant saatı ilə bağlı vətəndaşlara müraciət edib

Dövlət Yol Polisi piyadalara müraciət edib

Yol Polisi yeni dərs ilinin başlaması ilə bağlı müraciət edib

Yol polisi dərman qutuları ilə bağlı sürücülərə müraciət edib (VİDEO)

Yol Polisi: Karantini pozan 930 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Yol polisi avtomobil sahiblərinə və sürücülərinə müraciət edib

Yol Polisi tibb işçilərini təbrik edib

Yol Polisi: Karantin qaydalarını pozan daha 694 sürücü saxlanılıb

Bakıda Yol Polisi tərəfindən ciddi yoxlamalar davam etdirilir (FOTOLAR)

Yol polisi məktəbliləri maarifləndirir

Yol Polisi daha bir maarifləndirici video çarx hazırlayıb (VİDEO)

06 May 2021, 18:03 (GMT +4)
Azərbaycanda 4 məktəb direktoru işdən çıxarılıb, daha 3-nə şiddətli töhmət verilib

06 May 2021, 18:00 (GMT +4)
Qazaxıstan və Azərbaycan “ağıllı şəhər” layihəsi üzrə saziş imzalayıb

06 May 2021, 17:55 (GMT +4)
Caspian Energy Club Mustafa Abbasbəylinin iştirakı ilə Onlayn B2G Forum təşkil edib

06 May 2021, 17:48 (GMT +4)
Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olunub

06 May 2021, 17:45 (GMT +4)
TƏBİB: Azərbaycanda koronavirusun Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb

06 May 2021, 17:30 (GMT +4)
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb

06 May 2021, 17:22 (GMT +4)
Səbinə Əliyeva Ermənistan ombudsmanı barədə BMT və Avropa Şurasının komissarlarına məktub göndərib

06 May 2021, 17:12 (GMT +4)
İraq Səudiyyə Ərəbistanı ilə İran arasında danışıqlara ev sahibliyi etdiyini bildirib

06 May 2021, 17:10 (GMT +4)
Vergi və gömrük güzəştləri ilə bağlı Elektron Reyestr Sistemi yaradılıb

06 May 2021, 17:02 (GMT +4)
Son 12 ildə 162 308 nəfər Azərbaycan vətəndaşlığı alıb

06 May 2021, 17:00 (GMT +4)
Regional rəqəmsal hökumətin formalaşdırılmasına başlanılıb

06 May 2021, 16:50 (GMT +4)
Tacikistanla sərhəddə yaralananlara kompensasiya ödəniləcək - Japarov

06 May 2021, 16:48 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

06 May 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub

06 May 2021, 16:35 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxma ilə bağlı son məlumatlar açıqlanıb

06 May 2021, 16:26 (GMT +4)
Tovuz rayon sakininin həyətyani sahəsindən çətənə kolları aşkarlanaraq götürülüb

06 May 2021, 16:15 (GMT +4)
Ukrayna XİN rəhbəri Kiyevdə ABŞ Dövlət Katibi ilə görüşüb

06 May 2021, 16:12 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 16 obyektdə epidemiya əleyhinə rejim pozulub

06 May 2021, 16:00 (GMT +4)
100 nəfər gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib

06 May 2021, 15:50 (GMT +4)
Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib 

06 May 2021, 15:39 (GMT +4)
Türkiyənin Ermənistanla sərhədində antiterror əməliyyatı keçirilir

06 May 2021, 15:34 (GMT +4)
Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

06 May 2021, 15:23 (GMT +4)
Bu günədək 121 milyon manatdan çox əkin subsidiyası ödənilib

06 May 2021, 15:12 (GMT +4)
Zinəddin Zidan: “Çelsi” qələbəyə layiq idi

06 May 2021, 15:09 (GMT +4)
Türkiyə Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyib

06 May 2021, 15:05 (GMT +4)
ABŞ sanksiyaların dayandırılması üçün İranın yeni nəsil sentrifuqa cihazlarının məhv edilməsini istəyib

06 May 2021, 15:01 (GMT +4)
Ruhani Hacı İlham Əliyevə 16 il iş verilib

06 May 2021, 14:53 (GMT +4)
Tomas Tuxel Çempionlar Liqasının tarixinə düşüb

06 May 2021, 14:52 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,82 milyon manat ayrılıb (SƏRƏNCAM)

06 May 2021, 14:40 (GMT +4)
Kolumbiya paytaxtında etiraz aksiyalarına görə peyvəndləmə məntəqələrinin işi dayandırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66