Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

TƏBİB: Kliniki Tibbi Mərkəzlə bağlı araşdırma aparılır

22 İyun 2020, 14:06 (GMT +4)

Bakı, 22 iyun, SalamNews. Kliniki Tibbi Mərkəzlə bağlı sosial şəbəkələrdə yayılan fikirlər və videomateriallarla bağlı bildirik ki, xəstəxanada mövcud vəziyyət və çatışmazlıqlar barədə TƏBİB məlumatlıdır və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində fasiləsiz işlər görülür.

Bu barədə SalamNews-a TƏBİB-dən verilən məlumatda deyilir.

Məlumatda sosial şəbəkələrdə yayılan videomaterialla bağlı qeyd edilir ki, pasiyetin “Çin dərmanı” adlandırdığı dərman preparatı Favipiravirdir:

"Favipiravir – müxtəlif növ RNT-virusları, o cümlədən koronovirus SARS-CoV-2, əleyhinə dərman vasitəsi kimi istifadə olunan kimyəvi tərkibdir. Dərman vasitəsi ilk dəfə qrip əleyhinə müalicə vasitəsi kimi Yaponiyada istehsal olunub və qripdən əlavə, ağır viruslu infeksiyaların müalicəsi üçün təsdiqlənmişdir. Yaponiyada Favipiravir tərkibli dərman vasitəsinin ticarət adı “Aviqan”dır.

Favipiravirin koronavirus aleyhinə effektivliyi 2020-ci ilin mart ayında Çinin Uhan və Şençjen şəhərlərində aparılmış kliniki tədqiqatlar nəticəsində sübut olunmuşdur. Müayinənin nəticələri göstərmişdir ki, Favipirivarin təsiri altında koronovirusun insan orqanizmində mövcudluğu 11 gündən 4 günə qədər azalır və 91% xəstələrin virusla zədələnmiş ağciyərlərində vəziyyətin yaxşılaşması müşahidə olunur, halbuki Favipiraviri qəbul etməyən kontrol qrupda vəziyyəti yaxşılaşan xəstələrin sayı 62% təşkil etmişdir. Favipiravir preparatının özəlliyi ondan ibarətdir ki, onun təsirinə dözən virus hələ ki, aşkarlanmayıb. Həmin dərman vasitəsi pandemiya boyunca öz effektivliyini saxlamaqdadır. Hal-hazırda bütün dünya üzrə həmin dərman vasitəsi ilə bağlı geniş kliniki tədqiqatlar aparılır. O cümlədən, qeyd edək ki, ölkəmizdə mövcud olan xüsusi rejimli xəstəxanalar dünyada COVID-19 infeksiyasının müalicəsində istifadə edilən bütün dərman preparatları ilə təmin edilib.

Digər dərman preparatı olan Paracetamol – qızdırmasalıcı və ağrıkəsici effektə malik olan dərman vasitəsidir. Dərman vasitəsini müxtəlif növ ağrıların ( baş ağrısı, diş ağrısı, nevralgiya, əzələ ağrıları, revmatik ağrılar, menstrual ağrılar, yanıq zamanı olan ağrılar, travmalarda müşahidə olan ağrılar və s.) aradan qaldırılması üçün və iltihablı proseslərdə müşahidə olunan qızdırma və hərarəti salmaq üçün istifadə edilir.

Digər iddiaya görə, həkim-infeksionistlərlərin çatışmazlığı müşahidə edilir və digər ixtisasdan olan həkimlərin pasiyentlərə qulluq göstərməsindən narazılıq edilir. Qeyd edək ki, bütün dünyada Koronavirus pandemiyasına qarşı mübarizəyə tək həkim-infeksionistlər deyil, müxtəlif ixtisaslı həkimlər cəlb edilib. Eləcə də, Azərbaycanda bütün ixtisasdan olan həkimlər ayrı-ayrı pandemiya xəstəxanalarında pasiyentlərə xidmət göstərir. Lakin bu o demək deyil ki, xüsusi rejimli xəstəxanalarda müalicələr özbaşına və heç bir əsası olmadan aparılır. Bütün tibb müəssisələrində müalicə TƏBİB tərəfindən tərtib olunmuş “COVID-19 - Tibb işçiləri üçün müvəqqəti rəhbərlik” əsasında müvafiq protokollarla aparılır. Eyni zamanda, hər bir xəstəxana həkim-infeksionist tərəfindən koordinasiya olunur.

Bir daha bildiririk ki, Kliniki Tibbi Mərkəzlə bağlı araşdırma davam etdirilir və pasiyentlərin müraciətləri və şikayətləri nəzərə alınaraq, tez bir zamanda mövcud çatışmazlıqlar aradan qaldırılacaq".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

TƏBİB: Yaxın 1-2 ay ərzində ölkəyə mövsümi qriplərlə bağlı vaksinlər gətiriləcək

TƏBİB: Təhsil müəssisələri açılanda əks-epidemik tədbirlər görülsə, yoluxma artmayacaq

TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitənin növbəti iclası keçirilib

“Nar” və TƏBİB tərəfindən təşkil olunmuş “Günün Qəhrəmanları” müsabiqəsinin qalibləri açıqlanıb

TƏBİB: Yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir

TƏBİB: Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək

TƏBİB: Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir

TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

TƏBİB: Koronavirusa yoluxan jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağırdır

TƏBİB: Maskanı burundan aşağı saxlamağın heç bir xeyri yoxdur

“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır

Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB

"ASAN xidmət" TƏBİB-ə Covid-19-la bağlı tibbi ləvazimatlar hədiyyə edib

TƏBİB AzTV-nin koronavirusdan ölən əməkdaşı ilə bağlı açıqlama verib

TƏBİB: Gənclər infeksiyanı yaşlılara ötürə biləcəklərini başa düşməlidirlər

TƏBİB: Son zamanlar yoluxmalar əsasən ailə içində olur

TƏBİB: Maskasız həyat tərzimiz olmayacaq

TƏBİB: Qanda anticismin yoxlanılması üçün ölkəyə 10 minə yaxın test gətirilib

TƏBİB-in İdarə Heyətinin sədri ATU Tədris Terapevtik Klinikasında olub

18 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatlarının məbləği açıqlanıb

18 Sentyabr 2020, 17:58 (GMT +4)
Elman Paşayevin vəkillik statusu ləğv edilib 

18 Sentyabr 2020, 17:51 (GMT +4)
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib

18 Sentyabr 2020, 17:46 (GMT +4)
Ankara Yunanıstanla istənilən səviyyədə danışıqlara hazırdır - Ərdoğan

18 Sentyabr 2020, 17:45 (GMT +4)
YAP İcra Katibliyində videokonfrans keçirilib

18 Sentyabr 2020, 17:41 (GMT +4)
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb

18 Sentyabr 2020, 17:23 (GMT +4)
“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

18 Sentyabr 2020, 17:14 (GMT +4)
Əvvəl-axır Haftar məğlub olacaq - Ərdoğan

18 Sentyabr 2020, 17:13 (GMT +4)
İsveçrədə Yəmən münaqişəsi tərəfləri arasında danışıqlar başlayıb

18 Sentyabr 2020, 17:07 (GMT +4)
ASA peşə fəaliyyəti ilə məşğul olanlara müraciət edib

18 Sentyabr 2020, 17:00 (GMT +4)
Nazirlikdə fındıq istehsalçıları ilə görüş keçirilib

18 Sentyabr 2020, 16:42 (GMT +4)
AMB bu il üçün inflyasiya proqnozunu yeniləyib

18 Sentyabr 2020, 16:30 (GMT +4)
Türkiyədə rusiyalıların olduğu avtobus aşıb

18 Sentyabr 2020, 16:25 (GMT +4)
Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

18 Sentyabr 2020, 16:23 (GMT +4)
Dövlət satınalmaları üzrə gözlənilən yeniliklər açıqlanıb

18 Sentyabr 2020, 16:20 (GMT +4)
Baş İdarə Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edib (VİDEO)

18 Sentyabr 2020, 16:18 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

18 Sentyabr 2020, 16:17 (GMT +4)
İsrail BƏƏ-dən Hayfa dəniz limanına gəmi nəqliyyatını bərpa edir

18 Sentyabr 2020, 16:15 (GMT +4)
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

18 Sentyabr 2020, 16:02 (GMT +4)
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib (FOTO)

18 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanda daha 117 yeni yoluxma qeydə alınıb

18 Sentyabr 2020, 15:40 (GMT +4)
Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb

18 Sentyabr 2020, 15:27 (GMT +4)
Lavrov: Rusiya-Gürcüstan münasibətləri bərpa olunacaq

18 Sentyabr 2020, 15:22 (GMT +4)
İsraildə bir günə koronavirusa 5,238 nəfər yoluxub

18 Sentyabr 2020, 15:02 (GMT +4)
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

18 Sentyabr 2020, 14:58 (GMT +4)
Rusiyada təxminən 6 min yeni COVID-19-a yoluxma aşkar edilib

18 Sentyabr 2020, 14:46 (GMT +4)
Mərkəzi Bank uçot dərəcəsini endirib

18 Sentyabr 2020, 14:39 (GMT +4)
İranda koronavirusa gündəlik yoluxmanın sayı yenidən üç mini keçib

18 Sentyabr 2020, 14:25 (GMT +4)
KİV: Çinli hakerlər İspaniyanın COVID-19 peyvəndi ilə bağlı məlumatları oğurlayıb

18 Sentyabr 2020, 14:20 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman preparatı aşkarlanıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66