ETSN: Qanunsuz qum daşıyanlar cəzalandırılıb19 İyun 2020, 11:20 (GMT +4) Bakı, 19 iyun, SalamNews.Goradil qəsəbəsinin Xəzər sahili ərazisində qum daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.
Nazirlikdən SalamNews-a verilən məlumata görə, araşdırma zamanı Goradil bağlar massivinin Xəzər dənizi sahilində gecə saatlarında KAMAZ markalı 01-CC-277 dövlət nömrə nişanlı yük maşınına qum yükləndiyi aşkar edilib.
Faktla bağlı qanun pozucuları Abşeron rayon sakinləri Səbuhi Qocayev və Əhməd Məmmədov barəsində protokol tərtib edilib və onlar 3 764 manat məbləğində cərimə olunub.
Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qum daşınması hallarına yol verilməməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə məktub göndərilib.
|