Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BDU-da onlayn imtahan sessiyasının ikinci həftəsi start götürür

16 İyun 2020, 17:50 (GMT +4)

Bakı, 16 iyun, SalamNews. Dövrümüzün qlobal sağlamlıq böhranına çevrilən koronavirus (COVİD-19) pandemiyası ölkəmizdə bir çox sahələr kimi təhsil sisteminə də təsirsiz ötüşmədi. Bu təsirin nəticəsində cari ilin mart ayından başlayan karantin rejimi ölkənin ali məktəblərində distant təhsilə keçid prosesini aktuallaşdırdı. Pandemiya səbəbilə yaranmış ekstremal vəziyyət zamanı digər ali məktəblər kimi Bakı Dövlət Universitetinin (BDU) bütün fakültələrində onlayn dərs prosesi başlandı və bu, öz səmərəli nəticəsini göstərdi. Azərbaycan RespublikasıTəhsil Nazirliyinin tövsiyə etdiyi “Microsoft Teams” platforması üzərindən 20 mindən artıq istifadəçi hesabı yaradıldı, texniki çətinliklərin aradan qaldırılması məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupu formalaşdırıldı. Platforma BDU tələbələrinin 80%-ni əhatə etdi, ali məktəbin professor-müəllim heyəti tərəfindən 8000-dən çox mühazirə oxundu.

Müəllim-tələbə-tədris əlaqələrinin onlayn formatı Azərbaycan təhsili tarixində ilk dəfə 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının məsafədən təşkil olunmasına da əsas verdi. Universitetin Elmi Şurası COVİD-19 pandemiyası dönəmində imtahan sessiyasının keçirilmə prosesi ilə bağlı tələbəyönümlü qərarlar qəbul edərək, onlara böyük güzəştlər etdi. Tələbələrin sevincinə səbəb olan bu qərarların verilməsi, onların imtahanlara daha həvəslə hazırlaşaraq, yüksək nəticələr əldə etmələrinə stimul yaratdı.

Bütün tələbələrin hər bir fənn üzrə cari qiymətləndirilməsinin 50 bal olaraq müəyyən edilməsi qərarı onların ruh yüksəkliyinə səbəb oldu. Eyni zamanda hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək azaldılaraq sadələşdirildi. Müvafiq ixtisas üzrə tədris planlarında buraxılış kurs tələbələri və magistrantları üçün nəzərdə tutulmuş bütün təcrübələr 100 balla qiymətləndirildi.

Sessiya müddətində imtahanların öncədən təyin olunmuş qaydalara uyğun təşkil olunması məqsədilə lazımı texniki tədbirlər yüksək səviyyədə təşkil edilib. Bununla yanaşı, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə BDU Tələbə Nəzarət Qrupu yaradılıb. BDU-nun rəsmi veb saytında (bsu.edu.az) tələbələrə 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası ilə bağlı tövsiyələr verilib, onların onlayn imtahanlar zamanı nələrə diqqət yetirməli olduqları xatırladılıb. İmtahanlar tərtib olunmuş cədvəllərə uyğun olaraq istirahət və bayram günləri istisna olmaqla iki növbədə - saat 10:00-13:00 və saat 14:00-17:00 aralıqlarında təşkil olunur. Elektron yaddaşa yazılan imtahanlar kafedra müdiri, fənn müəllimi və kafedranın əlavə bir əməkdaşının iştirakı ilə onlayn olaraq keçirilir. İmtahan nəticələri imtahanın gedişində tələbələrə elan edilir və təsdiq üçün aidiyyatı üzrə Tədrisin təşkili və idarə olunması Mərkəzinə və Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinə təhvil verilir.

İmtahanların gedişini rektor, prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilir. Həmçinin tələbə müraciətlərinin operativ araşdırılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərir. Komissiyaya müraciətlər onlayn formada həyata keçirilir.

İyun ayının 8-dən başlayan onlayn imtahan sessiyasının ilk həftəsinə uğurla yekun vurulub. Bu müddət ərzində bakalavriat pilləsində təhsil alan 860 qrup üzrə 19045 tələbə, magistratura pilləsində isə 327 ixtisaslaşmada 246 fənn üzrə 1081 magistrant imtahanlarda iştirak edib. İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

16 fakültə üzrə təhsil alan tələbələr bütövlükdə 4000-ə yaxın fənn üzrə imtahan verəcəklər. Beş həftə ərzində onlayn qaydada şifahi formada davam edəcək yaz semestrinin imtahan sessiyası iyul ayının 10-da yekunlaşacaq.

Bu gündən etibarən isə BDU-nun 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn imtahan sessiyasının ikinci həftəsi start götürür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nədim Abdullah ABŞ qüvvələrinin çıxmasından sonra Talibana verilə biləcək statusdan danışıb

Abdulla Gül: Ümid edirəm Ermənistan 29 ildir davam etdirdiyi bu haqsız işğala son verər

Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq

BDU Fransa Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək

BDU-da Müqayisəli hüquq araşdırmaları Mərkəzi yaradılacaq

Rövşən Abdullaoğlunun kitabı ABŞ-da qızıl medala layiq görülüb

Netanyahu Misir prezidenti Əbdül-Fəttah Sisi ilə BƏƏ-İsrail əlaqələrini müzakirə edib

BDU-nin yeni yüzilliyinin ilk ili tamam olur

Milli Qəhrəman Şövqiyar Abdullayevin şəhidlik zirvəsinə ucalmasından 28 il ötür

Mehriban Əliyeva Azərbaycan qadının "Mehriban" simasıdir - BDU tələbəsi

BDU-nun Rus Mərkəzi “Abay Kunanbayev-175” adlı onlayn görüş keçirib

BDU 2020/2021-ci tədris ilində əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir

BDU-da Apellyasiya Komissiyası fəaliyyətini başa vurub

BDU-nun tələbəsi: Azərbaycanda ölkə rəhbərliyinə xalqın etimadı yüksəkdir

Leyla Abdullayeva: Beynəlxalq təşkilatlar Azərbaycanı birmənalı şəkildə dəstəklədilər

BDU-da yaz semestrinin imtahan sessiyası yekunlaşıb

BDU-nun jurnalistika fakültəsinin müəllimi koronavirusdan sağalıb

BDU-nun müəllimi əməliyyatdan sonra vəfat edib

BDU-nun Apellyasiya Komissiyası fəaliyyətini onlayn davam etdirir

BDU-nun tələbələrinə “Smart tələbə kartı” təqdim edilib

20 Oktyabr 2020, 15:12 (GMT +4)
Prezident İlham Əliyev: Zəngilan şəhəri işğaldan azad edilib

20 Oktyabr 2020, 15:11 (GMT +4)
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır

20 Oktyabr 2020, 15:07 (GMT +4)
İlham Əliyev: Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram

20 Oktyabr 2020, 14:55 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edir (CANLI)

20 Oktyabr 2020, 14:49 (GMT +4)
Suriya Ordusu ölkənin şimalında “Cabhatan-Nusra” qruplaşmasına aviazərbələr endirib

20 Oktyabr 2020, 14:40 (GMT +4)
TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir

20 Oktyabr 2020, 14:30 (GMT +4)
Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb

20 Oktyabr 2020, 14:28 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edəcək

20 Oktyabr 2020, 14:16 (GMT +4)
Türkiyənin baş konsulu Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib

20 Oktyabr 2020, 14:06 (GMT +4)
Konqo həbsxanasında 900 məhbus silahlılar tərəfindən qaçırılıb

20 Oktyabr 2020, 14:05 (GMT +4)
Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”

20 Oktyabr 2020, 13:51 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

20 Oktyabr 2020, 13:43 (GMT +4)
Əfqanıstanda Talibanın quraşdırdığı minalar can almaqda davam edir

20 Oktyabr 2020, 13:20 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

20 Oktyabr 2020, 13:13 (GMT +4)
MN: Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur

20 Oktyabr 2020, 13:10 (GMT +4)
MN: Döyüş əməliyyatları uğurla davam edir (FOTO)

20 Oktyabr 2020, 13:04 (GMT +4)
İran prezidenti: Bundan sonra daha iki il koronavirus problemilə üz-üzə qalacağıq

20 Oktyabr 2020, 12:58 (GMT +4)
Dünya bazarlarında təbii qazın qiyməti artıb

20 Oktyabr 2020, 12:45 (GMT +4)
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir

20 Oktyabr 2020, 12:44 (GMT +4)
TBMM sədri: Minsk grupu beyin ölümü keçirib

20 Oktyabr 2020, 12:35 (GMT +4)
Nazirlikdən xəbərdarlıq: Ermənistanın “fişinq” hücumları davam edir

20 Oktyabr 2020, 12:33 (GMT +4)
İlk dəfə olaraq BƏƏ rəsmi nümayəndə heyəti İsrailə yola düşüb

20 Oktyabr 2020, 12:22 (GMT +4)
Müntəzəm və ekspress xətt avtobuslarının intervalında ciddi gecikmələr olub

20 Oktyabr 2020, 12:15 (GMT +4)
Sinqapurda nəfəslə COVID-19-u təyin edən test hazırlanıb

20 Oktyabr 2020, 11:57 (GMT +4)
Baş Prokurorluq düşmənin Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

20 Oktyabr 2020, 11:54 (GMT +4)
Mustafa Şentop Gəncəyə yola düşüb

20 Oktyabr 2020, 11:50 (GMT +4)
DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib

20 Oktyabr 2020, 11:40 (GMT +4)
MN: Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya bölmələrimiz zərbələr endirir (VİDEO)

20 Oktyabr 2020, 11:35 (GMT +4)
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

20 Oktyabr 2020, 11:34 (GMT +4)
Mustafa Şentop: Ermənistan terror və işğalı dövlət siyasətinə çevirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66