Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Mətbuat Şurası jurnalistlərə müraciət edib

05 İyun 2020, 11:02 (GMT +4)

Bakı, 5 iyun, SalamNews.Azərbaycan Mətbuat Şurası həftəsonu qadağalarla bağlı media nümayəndlərinə müraciət edib.

Şuradan SalamNews-a daxil olan müraciət mətnində deyilir:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 iyun 2020-ci il tarixli qərarına görə, iyunun 6-ı saat 00.00-dan 8 iyun saat 06.00-dək Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti sitisna olmaqla). Qeyd olunan tarixdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Cəmiyyətin informasiya ilə təminatı son dərəcə mühüm məsələdir. Mövcud istiqamətdə hər hansı ləngimələrin, geriləmələrin olması yolverilməzdir. KİV-lərin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması eyni zamanda ictimaiyyətdə ruh yüksəkliyinin sabit saxlanılması baxımından mühüm əhəmiyyət daşımaqdadır.

2020-ci il 6 iyun saat 00.00-dan 8 iyun saat 06.00-dək fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri kimi yalnız televiziya və radio kanalları, kabel televiziyaları yer alır.

Nəzərə alınmalıdır ki, Operativ Qərargahın xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərarı COVID-19 virusunun yayılma sürətinin azaldılmasından, onun törədə biləcəyi fəsadların minimuma endirilməsindən irəli gəlib. Buna görə də göstərilən tarixlərdə digər media qurumlarında çalışan jurnalistlərin, habelə blogerlərin və frilanserlərin fəaliyyətlərini onlayn şəkildə - yaşayış yerlərindən və olduqları yerlərdən uzaqlaşmamaq şərtilə həyata keçirmələri, müəyyənləşdirilmiş qaydaya əməl etmələri zəruridir.

Operativ Qərargahın qərarındakı məhdudlaşdırıcı mahiyyət ümumi xarakterli olmaqla, təhlükəli virusdan müdafiədə effektivliyi artırmaq, əhalini qorumaq, mümkün qədər çox insanın evdə qalmasını təmin etmək məqsədi daşıyır. Nəzərə alınmalıdır ki, bir qayda olaraq KİV-lərin əksəriyyəti həftənin şənbə və bazar günləri öz işlərini məhdudlaşdırırlar, bəziləri ümumiyyətlə işləmirlər.

Onu da qeyd etmək lazımdır ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın bir çox ölkələrində müxtəlif sahələr kimi, mediaya münasibətdə də məhdudiyyətlər tətbiq edilib və edilməkdədir. Ancaq Azərbaycanda fərqli yanaşmanın şahidi olduq. Belə ki, xüsusi karantin rejiminin əvvəlki mərhələlərində bütün növ media orqanlarının, o cümlədən müstəqil jurnalistlərin sərbəst fəaliyyətləri təmin edildi, bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargahla Azərbaycan Mətbuat Şurasının müştərək əməkdaşlığı faydalı oldu, müəyyən anlaşılmazlıqların aradan qaldırılması təmin edildi. Bu istiqamətdəki əməkdaşlıq bundan sonra da davamlı olacaqdır.

Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl etməyə, məhdudiyyətləri nəzərə alaraq fəaliyyət göstərməyə çağırır. Əsas olan koronavirus pandemiyası ilə mübarizənin aparılması, vətəndaş mövqeyinin və məsuliyyətinin ortaya qoyulmasıdır. Şura əmindir ki, jurnalistlər bu mərhələdə də nümunəvi davranışları ilə yadda qalacaqlar".





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ötən il Mətbuat Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb

Mətbuat Şurası Semyon Peqovla bağlı Rusiya jurnalistlərinə müraciət edib

Mətbuat Şurası və DİN jurnalistlər üçün xüsusi gödəkçələr hazırlayıb

Mətbuat Şurası 2 yeni mükafat təsis edir

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurasının İdarə Heyətinin üzvü ATƏT-in tədbirində iştirak edib

Mətbuat Şurasının sədri AVH təmsilçilərini qəbul edib

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət edib

Bu gün Mətbuat Şurasının Sədri Əflatun Amaşovun doğum günüdür

Mətbuat Şurası jurnalistlərin siyahısını Operativ Qərargaha təqdim edib

Mətbuat Şurası onlayn konfrans keçirib (FOTOLAR)

Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaradıb

Mətbuat Şurası KİV-ə tövsiyələr verib

Mətbuat Şurası KİV-ləri rəsmi mənbəyi olmayan bilgilərin təqdimatından uzaq durmağa çağırır

Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub

Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Mətbuat Şurasında olub

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Mətbuat Şurasının sədri Fuad Abbasovla görüşüb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

26 İyul 2021, 18:02 (GMT +4)
“Azərmarka”nın “Azərpoçt”a birləşdirilməsinin səbəbi açıqlanıb

26 İyul 2021, 17:58 (GMT +4)
İspaniyada "Janssen" peyvəndindən sonra baş verən ölüm hadisəsi araşdırılır

26 İyul 2021, 17:50 (GMT +4)
ADA-nın “Yay düşərgəsi” Azercell-də!

26 İyul 2021, 17:50 (GMT +4)
İranda son sutkada 322 koronavirus xəstəsinin ölümü qeydə alınıb

26 İyul 2021, 17:40 (GMT +4)
FHN hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib

26 İyul 2021, 17:27 (GMT +4)
"Brent" markalı neft ucuzlaşıb

26 İyul 2021, 17:18 (GMT +4)
MN: Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində döyüşlərin getməsi barədə məlumatların heç bir əsası yoxdur

26 İyul 2021, 17:05 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

26 İyul 2021, 16:56 (GMT +4)
Tunis parlamentinin sədri “çevrilişin” arxasında bir ərəb dövlətinin durduğunu bildirib

26 İyul 2021, 16:47 (GMT +4)
Azərbaycanda son sutkada 80 nəfər COVID-19-dan sağalıb, 272 nəfər yoluxub

26 İyul 2021, 16:37 (GMT +4)
Vətən müharibəsi iştirakçıları KOBİA-da işlə təmin edilib

26 İyul 2021, 16:24 (GMT +4)
Gürcüstanda son sutkada 26 nəfər koronavirusdan ölüb

26 İyul 2021, 16:20 (GMT +4)
Şahmar Mövsümov: Epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq

26 İyul 2021, 16:12 (GMT +4)
AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıb

26 İyul 2021, 16:01 (GMT +4)
“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklər

26 İyul 2021, 15:52 (GMT +4)
Rusiya XİN Yaponiyaya etirazını bildirib

26 İyul 2021, 15:46 (GMT +4)
İraq Ordusu ölkənin şimalında İŞİD üzvlərinə qarşı yeni əməliyyata start verib

26 İyul 2021, 15:45 (GMT +4)
Prezidentin köməkçisi: Azərbaycanda quru sərhədlərinin açılması müzakirə olunmur

26 İyul 2021, 15:35 (GMT +4)
Yaqut Qarayeva: Yeni ailə quranlara vaksinasiya tövsiyə olunmur

26 İyul 2021, 15:30 (GMT +4)
ABŞ-da daha bir Respublikaçı Konqresə basqını araşdıracaq komitəyə üzv seçilib

26 İyul 2021, 15:25 (GMT +4)
Restoranlar, iri ticarət mərkəzləri və mehmanxalara giriş üçün COVID-19 pasportu tələb ediləcək

26 İyul 2021, 15:20 (GMT +4)
Tələbələrin COVID-19 pasportunun olması tələb olunacaq

26 İyul 2021, 15:10 (GMT +4)
Elin Süleymanov Azərbaycanın Böyük Britaniyadakı səfiri təyin edilib

26 İyul 2021, 15:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edilib

26 İyul 2021, 14:50 (GMT +4)
Nazir: Ermənistanın qeyri-konstruktiv mövqeyi üçtərəfli bəyanatların tam icrasına mane olur

26 İyul 2021, 14:37 (GMT +4)
ABŞ Talibana qarşı hava zərbələrini davam etdirəcəyini bildirib

26 İyul 2021, 14:30 (GMT +4)
Astarada karantin qaydalarını pozan obyekt sahibləri cərimələnib

26 İyul 2021, 14:17 (GMT +4)
Tokio olimpiadasında koronavirusa yoluxanların sayı artıb

26 İyul 2021, 14:12 (GMT +4)
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında keçirilən turnirə yekun vurulub (FOTO)

26 İyul 2021, 14:03 (GMT +4)
Şeyx Moskvanın qarşısında söz deyəndə sizin hələ aş-qara yeməyə də yaşınız çatmırdı

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66