Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda Cənubi Qafqazda ilk biosfer rezervat yaradılır

05 İyun 2020, 14:14 (GMT +4)

Bakı, 5 iyun, SalamNews.Azərbaycanda “Zaqatala–Balakən biosfer rezervatının yaradılması” layihəsinə start verilir.

SalamNews-un xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

ETSN rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusiyada da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.

O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq.

“Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkələrə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin, layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçik həcmli qrantların verilməsi də planlaşdırılır”.

A. Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN: Qanunsuz qum daşıyanlar cəzalandırılıb

ETSN-ə daxil olan şikayət araşdırılıb

ETSN 6 tikinti layihəsinin onlayn müzakirəsini aparacaq

ETSN-də yeni təyinat olub

ETSN: Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib (FOTOLAR)

ETSN: Yazın gəlişi təbiətdə müsbət dəyişikliklərlə müşayiət olunur

ETSN: Ağac kəsən şəxs cəzalanıb

ETSN-in işçilərinin say həddi müəyyənləşib

Prezident ETSN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb

ETSN əməkdaşları “Evdə qal” kampaniyasına maraqlı videoçarxla qoşulublar (VİDEO)

ETSN-nin facebook səhifəsində yeni rubrika başlayır

ETSN: Havanın çirklənməsi ötən günlərlə müqayisədə yetərincə azalıb

ETSN: Yaz ağac əkini davam edir

ETSN:Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə monitorinq keçirilib

ETSN-də Latviya səfiri ilə görüş keçirilib

ETSN: Bakıda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı işlər aparılır

ETSN nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub

ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

Brüssel seminarının ETSN-də canlı yayımı təşkil edilib

ETSN qanunsuz yolla kəsilən meşə materialı aşkarlayıb

03 İyul 2020, 19:21 (GMT +4)
Saatlının su təminatında yaranan çətinliklərə rəsmi ayınlıq gətirilib 

03 İyul 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

03 İyul 2020, 17:47 (GMT +4)
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını alıb

03 İyul 2020, 17:46 (GMT +4)
Ərdoğan Putin və Ruhani ilə danışıqların nəticələrini şərh edib

03 İyul 2020, 17:43 (GMT +4)
Yəmənlilər aviazərbələrə cavab olaraq Səudiyyə ərazisini 4 PUA ilə hədəfə alıblar

03 İyul 2020, 17:28 (GMT +4)
Putin Konstitusiyaya dəyişikliyə dair fərmanı imzalayıb

03 İyul 2020, 17:20 (GMT +4)
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

03 İyul 2020, 17:16 (GMT +4)
Müəllimlər üçün onlayn müsahibələrə start verilir

03 İyul 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

03 İyul 2020, 16:54 (GMT +4)
Türkiyədə fişəng zavodunda baş verən partlayışlarda ölənlərin sayı 4-ə yüksəlib 

03 İyul 2020, 16:50 (GMT +4)
Prezident Kitabxanasının “Nəriman Nərimanov” elektron layihəsi istifadəyə verilib

03 İyul 2020, 16:37 (GMT +4)
Avropanın səhv siyasəti davam etsə nüvə sazişi tam şəkildə aradan gedəcək - İran

03 İyul 2020, 16:30 (GMT +4)
Türkiyədə fişəng zavodunda silsilə partlayışlar baş verib, ölən və yaralananlar var

03 İyul 2020, 16:11 (GMT +4)
İran səfirliyi AzTV-nin baş redaktoru Etibar Babayevin vəfatı ilə əlaqədar başsağlığı verib

03 İyul 2020, 16:10 (GMT +4)
ÜST və tərəfdaşları Azərbaycanda REACT-C19 layihəsini yekunlaşdırıblar

03 İyul 2020, 15:58 (GMT +4)
Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat edib

03 İyul 2020, 15:52 (GMT +4)
Balaxanı yeni turizm məkanına çevrilir

03 İyul 2020, 15:44 (GMT +4)
The Hill: ABŞ-ın keçmiş prezidenti Qərb sahilinin ilhaqını “qanunsuz işğal” adlandırıb

03 İyul 2020, 15:36 (GMT +4)
Daha bir Avropa dövləti İsraillə Fələstin arasında vasitəçiliyə başlayıb

03 İyul 2020, 15:20 (GMT +4)
Jan Kasteks Fransanın yeni baş naziri təyin olunub

03 İyul 2020, 15:17 (GMT +4)
Azərbaycan və İndoneziya enerji əməkdaşlığına dair memorandum imzalayacaq

03 İyul 2020, 15:11 (GMT +4)
“Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırılıb

03 İyul 2020, 15:00 (GMT +4)
Rəsədxana: Sabah planetlərin paradı başlayır

03 İyul 2020, 14:46 (GMT +4)
Maduro Avropa İttifaqının Venesueladakı nümayəndəsini geri göndərməməsinə aydınlıq gətirib

03 İyul 2020, 14:34 (GMT +4)
Gömrük Akademiyasının məzunu: İndi ən düzgün seçimi etmiş olduğumu bilirəm

03 İyul 2020, 14:24 (GMT +4)
Masallıda karantin qaydalarını pozan kafe və çayxana sahibləri cərimələnib

03 İyul 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 11 mini ötüb

03 İyul 2020, 14:05 (GMT +4)
Rusiya koronavirusun müalicəsi üçün dərman satmağa başlayıb

03 İyul 2020, 14:00 (GMT +4)
AZTV: 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başındadır

03 İyul 2020, 13:50 (GMT +4)
Azərbaycanda tələbələrin köçürülməsi müvəqqəti təxirə salınır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66