Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev: "Ölkəmizin idman infrastrukturu istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradır"

04 İyun 2020, 10:30 (GMT +4)

Bakı, 4 iyun, SalamNews.“Bildiyiniz kimi, Azərbaycanın bölgələrində idman qurğularının tikintisi geniş vüsət alıb. Hesab edirəm ki, Azərbaycan bu parametr üzrə dünya miqyasında qabaqcıl yerlərdədir. Bölgələrdə tikilmiş Olimpiya komplekslərinin sayı artıq 46-ya çatıbdır. Onu da bildirməliyəm ki, 5 rayonda Olimpiya İdman komplekslərinin tikintisi davam edir. O layihələr də başa çatandan sonra, ümumiyyətlə, rayonlarda 51 idman kompleksimiz olacaqdır”.

SalamNews xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edərkən səsləndirib.

Dövlət başçısı bildirib ki, bu, imkan verəcək ki, rayon idmançıları öz peşəkarlığını artırsınlar: “Burada bütün şərait yaradılıb – böyük oyun zalı, güləş, boks, trenajor zalları, üzgüçülük hovuzu. Hətta mehmanxana da var. Tərtərdə heç vaxt üzgüçülük hovuzu olmayıb. Böyük stadion inşa edilib. Stadion da heç vaxt olmayıb. Mini futbol, voleybol, yəni, idmanın əksər növləri ilə burada məşğul olmaq olar. Əminəm ki, Tərtər idmançıları bu imkanlardan istifadə edərək həm ölkə daxilində, həm beynəlxalq arenada yaxşı nəticələr göstərəcəklər. Tərtərdə idman həmişə inkişaf edib. İndiki şəraiti nəzərə alsaq, əlbəttə ki, daha da böyük ümidlərimiz vardır”.

Prezident İlham Əliyev deyib ki, bütövlükdə ölkəmizin idman infrastrukturu istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradır. Bakı şəhərində artıq iki çox böyük beynəlxalq idman yarışı keçirilib: “Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarından sonra öz miqyasına görə Avropa Oyunları ikinci yeri tutur. Bildiyiniz kimi, Avropa Oyunları heç vaxt tarixdə keçirilməyib və birinci Avropa Oyunları məhz Azərbaycanda keçirilib. Çünki bir çox ölkələr bundan imtina edib, çünki bu, bir yenilik idi. Bir çox ölkələr tərəddüd edirdilər ki, bunu bacaracaqlar, yoxsa yox. Biz isə bunu bacardıq, özü də yüksək səviyyədə. Onu da bildirməliyəm ki, həm Avropa Oyunları, həm IV İsam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi idman potensialımızı gücləndirdi, eyni zamanda, Azərbaycanı dünyada müasir ölkə kimi təqdim etdi. Avropa və İslam Həmrəyliyi oyunlarında 100-dən çox ölkədən 10 mindən artıq idmançı, minlərlə qonaq iştirak edib. Əminəm ki, onların hər biri Azərbaycandan ən xoş təəssüratlarla ayrılıb. Ölkəmizin tarixi, inkişafı, xalqımızın qonaqpərvərliyi, müasir həyatı ilə bağlı onlarda dolğun təsəvvür var. Çünki sirr deyil ki, hətta bu günə qədər bəzi dairələr Azərbaycan haqqında müxtəlif uydurmalar, həqiqəti əks etdirməyən saxta informasiyalar yayırlar. Ona görə Azərbaycana gələn hər bir qonaq, - əgər o, qərəzsizdirsə, - öz gözü ilə ölkəmizin inkişafını, xalqımızın rahat yaşamasını, ölkəmizdə hökm sürən sabitliyi görür. Onu görür ki, bu gün müasir və müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır”.

Dövlət başçısı onu da qeyd edib ki, bizim idmanla bağlı tədbirlərimizin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir: “Çünki idmançılar yaxşı bilirlər ki, idman insan sağlamlığı üçün ən əsas amillərdən biridir. Ona görə mən həm idmançılarla görüşlərdə, həm də digər auditoriyada çıxışlarımda həmişə vurğulayıram ki, hər bir insan idmanla məşğul olsun. Söhbət ondan getmir ki, hər kəs idmançı olsun. Amma idmanla məşğul olan insan sağlam olur. İdman insanı fiziki cəhətdən gücləndirir, eyni zamanda, bizim idmançılarımız bu gün məişətdə də bir çoxları üçün nümunədir. Beləliklə, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan. Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev səhifəsində Polis Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev nazirliklə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev və ÜTT-nin Baş katibi arasında videokonfrans keçirilib

Prezident İlham Əliyev Türkmənistan Prezidentinə zəng edib

Prezident İlham Əliyev iki dənizçini təltif edib 

Prezident İlham Əliyev İçərişəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olub

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev: Sosial sahədə heç bir ixtisar olmayacaq

Prezident İlham Əliyev: Qapalı şəraitdə hər kəs maska taxmalıdır

Prezident İlham Əliyev "N" saylı hərbi hissənin açılışında iştirak edib

Prezident İlham Əliyev Mingəçevirdə səfərdədir

Prezident İlham Əliyev: İctimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır

Prezident İlham Əliyev Samuxda “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olub (FOTO)

Prezident İlham Əliyev Gəncədə yeni zavodun açılışında iştirak edib

Prezident İlham Əliyev Gəncəyə səfər edib

Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib (SİYAHI)

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Prezident İlham Əliyev Bakıda yeni piyada keçidinin açılışında iştirak edib 

Prezident İlham Əliyev Göygöldə yol tikintisinə pul ayırıb

İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin sammitində iştirak edib

02 İyul 2020, 13:08 (GMT +4)
Azərbaycan Polisi Günü münasibətilə aksiya keçirilib (FOTOLAR)

02 İyul 2020, 12:50 (GMT +4)
Rusiyada sutka ərzində koronavirusa yoluxanların sayı 6 760 nəfər təşkil edib

02 İyul 2020, 12:42 (GMT +4)
Bakıda mənzildə qadın meyiti tapılıb

02 İyul 2020, 12:42 (GMT +4)
İran Venesueladan sonra Livana da yanacaq tankerləri göndərir

02 İyul 2020, 12:25 (GMT +4)
ABŞ-da Talibanla "anlaşmaya" görə Putinə qarşı sanksiyaların tətbiqi təklif edilib

02 İyul 2020, 12:11 (GMT +4)
Vilayət Eyvazov: Sosial şəbəkələrdə vahimə yaradan yalan məlumatlarla hər gün rastlaşırıq

02 İyul 2020, 11:56 (GMT +4)
Azərbaycanda zəlzələ baş verib

02 İyul 2020, 11:53 (GMT +4)
Brent markalı neftin qiyməti artıb

02 İyul 2020, 11:46 (GMT +4)
ABŞ hökuməti Sietl şəhərində etirazçıların nəzarətindəki bölgəni bir aydan sonra «azad etdiyini» bildirib (VİDEO)

02 İyul 2020, 11:30 (GMT +4)
Azərbaycan Türkiyə ilə hərbi maliyyə əməkdaşlıq haqqında Sazişi təsdiqlənib

02 İyul 2020, 11:17 (GMT +4)
ABŞ-dakı atışmada 4 nəfər xəsarət alıb

02 İyul 2020, 11:16 (GMT +4)
Prezident İlham Əliyev səhifəsində Polis Günü ilə bağlı paylaşım edib

02 İyul 2020, 11:13 (GMT +4)
İranın Nətənz nüvə obyekti ərazisində yanğın baş verib

02 İyul 2020, 11:00 (GMT +4)
AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

02 İyul 2020, 10:54 (GMT +4)
Meksikada reabilitasiya mərkəzində baş verən atışmada 20-dən çox insan ölüb

02 İyul 2020, 10:36 (GMT +4)
Azərbaycanda növbəti buraxılış imtahanı keçirilir

02 İyul 2020, 10:29 (GMT +4)
ABŞ Suriyanın şimal-şərqində hərbi hava limanı inşa edib

02 İyul 2020, 10:23 (GMT +4)
Bakı məktəbliləri buraxılış imtahanlarında yüksək nəticə göstəriblər

02 İyul 2020, 10:16 (GMT +4)
Çin səfiri Honkonq qanunu ilə bağlı İngiltərə XİN-ə çağırılıb

02 İyul 2020, 10:16 (GMT +4)
“ABAD” antiseptik vasitələri vətəndaşlara ödənişsiz təqdim olunub

02 İyul 2020, 10:14 (GMT +4)
“Günay Sığorta” polisləri təbrik edib (FOTOLAR)

02 İyul 2020, 10:06 (GMT +4)
"Qaydalara əməl et, cəmiyyəti qoru" adlı yeni kampaniya başlayır

02 İyul 2020, 09:53 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 53 dəfə pozub

02 İyul 2020, 09:48 (GMT +4)
Səudiyyə Ərəbistanı Yəmən paytaxtına azı 20 aviazərbə endirib, ölənlər var (FOTO)

02 İyul 2020, 09:47 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 10,5 milyonu keçib

02 İyul 2020, 09:31 (GMT +4)
Birinci vitse-prezident bütün polis əməkdaşlarını təbrik edib

02 İyul 2020, 09:23 (GMT +4)
Ərdoğan və Merkel Liviya və Suriyadakı vəziyyəti müzakirə edib

02 İyul 2020, 09:17 (GMT +4)
Üç Avropa dövləti ABŞ-ın İrana qarşı silah enbarqosunun uzadılması tələbini dəstəkləyiblər

02 İyul 2020, 09:10 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

02 İyul 2020, 08:45 (GMT +4)
Azərbaycanda bu gün Polis Günü qeyd olunur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66