Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bu ilin iyunun 1-dək 512 fermerə 5.2 milyon manat güzəştli mikrokredit verilib

03 İyun 2020, 17:15 (GMT +4)

Bakı, 3 iyun, SalamNews.Cari ilin iyunun 1-dək 512 fermerə 5.2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verilib.

Kənd Təsərrüfatı Nazirliyindən SalamNews-a verilən məlumata görə, bu vəsaitin 4.5 milyon manatı heyvandarlıq, 335 min manatı əkinçilik, 208 min manatı bağçılıq, 102 min manatı isə arıçılıq və digər ailə kəndli-fermer təsərrüfatlarının qurulmasına və inkişafına ayrılıb.

Mikrokreditlərin verilməsinə bu il may ayının 23-dən başlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 aprel 2020-ci il tarixli fərmanları ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Əsasnaməsində və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişikliklərin edilməsi, daha sonra isə ölkə başçısının “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” imzaladığı Sərəncamla AKİA-ya 30 milyon manat vəsaitin ayrılması aqrar mikrokreditlərin verilməsi üçün hüquqi baza yaradıb və portfel formalaşdırıb. Bu portfelə ölkənin ən böyük holdinqlərindən olan “Paşa Holding” MMC 5 milyon manat vəsait əlavə edib.

“Ötən yarım ay ərzində 512 fermerə 5.2 milyon manat mikrokreditin verilməsi, orta çekin 10 min manat ətrafında olması bizə bir ildən də az zaman ərzində mövcud portfelimizdən 3500-dən çox fermerin faydalanacağını söyləməyə əsas verir. Mikrokreditləri çıxmaq şərtilə 2018-ci ildən bu il iyunun 1-dək cəmi 885 kənd təsərrüfatı məhsulu istehsalçısına güzəştli nağd pul krediti verilib. Bu göstərici mikrokredit mexanizminin daha geniş istehsalçı kütləsini əhatə etməklə kənd təsərrüfatının inkişafında xidmət edəcəyini və daha çox kəndli fermer ailəsinin bu dövlət dəstəyindən faydalanacağını təsdiqləyir”, - deyə AKİA-nın sədri Mirzə Əliyev vurğulayıb.

Qeyd edək ki, aqrar mikrokreditlər 15 min manatadək məbləğdə, illik 12 faiz olmaq şərtilə, təminatsız və 3 ilədək müddətdə verilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

Ötən gün 29 cinayət faktnın üstü “isti izlər”lə açılıb - DİN

Azərbaycan KTN-nin nümayəndə heyəti Astanada beynəlxalq konfransda iştirak edəcək

KTN-də “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

07 İyul 2020, 16:25 (GMT +4)
Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

07 İyul 2020, 16:19 (GMT +4)
Xüsusi qabiliyyət imtahanları ilə bağlı norma­tivlər məlum olub

07 İyul 2020, 16:08 (GMT +4)
ABŞ-da son sutkada təxminən 45 min nəfər COVID-19-a yoluxub

07 İyul 2020, 15:44 (GMT +4)
Pompeo Pekinin Honkonqla bağlı tədbirlərini Orveilin antiutopiyası ilə müqayisə edib

07 İyul 2020, 15:44 (GMT +4)
“Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi elan edilib

07 İyul 2020, 15:31 (GMT +4)
İranın Yəzd nüvə kompleksində partlayışın baş verməsi iddiası təkzib edilib

07 İyul 2020, 15:20 (GMT +4)
Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı yeni platforma yaradılır

07 İyul 2020, 15:16 (GMT +4)
Boliviya prokurorluğu eks-prezident Evo Moralesi terrorçuluqda ittiham edib

07 İyul 2020, 15:06 (GMT +4)
ETSN Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsini açıqlayıb

07 İyul 2020, 14:52 (GMT +4)
Yaponiyada güclü yağışlar səbəbiylə 1,3 milyon insan təxliyə edilib

07 İyul 2020, 14:49 (GMT +4)
Masallıda karantin qaydalarını pozan çay evi aşkarlanıb

07 İyul 2020, 14:48 (GMT +4)
İranda son sutkada koronavirusdan 200 nəfər vəfat edib

07 İyul 2020, 14:26 (GMT +4)
ADIF Nazirlər Kabinetinə məktub ünvanlayıb

07 İyul 2020, 14:12 (GMT +4)
"Roskosmos"un baş direktorunun müşaviri dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb (VİDEO)

07 İyul 2020, 14:04 (GMT +4)
Sabah Bakıda 40 dərəcəyə yaxın isti gözlənilir

07 İyul 2020, 13:54 (GMT +4)
Yelisey Sarayı Fransa hökumətinin yeni tərkibini açıqlayıb

07 İyul 2020, 13:49 (GMT +4)
Yəməndə Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında yenidən qarşıdurma başlayıb

07 İyul 2020, 13:33 (GMT +4)
AQTA 145 obyektdə reyd keçirib, 68-də qanunsuzluq aşkarlanıb

07 İyul 2020, 13:24 (GMT +4)
Rusiyada son sutkada 198 nəfər koronavirusdan ölüb

07 İyul 2020, 13:18 (GMT +4)
AzTU-nun komandası "Aquahack" hakaton yarışında qalib gəlib

07 İyul 2020, 12:56 (GMT +4)
BSU-nun müəllimi koronavirusdan vəfat edib

07 İyul 2020, 12:53 (GMT +4)
Alimlər xəbərdarlıq edir: yaxın 10 ildə yeni koronavirus peyda olacaq

07 İyul 2020, 12:53 (GMT +4)
İldırımın stadionda qapıçını vurması kameralara düşüb (VİDEO)

07 İyul 2020, 12:40 (GMT +4)
DYP: Son sutka ərzində 1482 hərəkət iştirakçısı cərimələnib

07 İyul 2020, 12:23 (GMT +4)
Ermənistanda son sutkada 12 nəfər koronavirusdan ölüb 

07 İyul 2020, 12:20 (GMT +4)
“SABAH” qrupları təcrübəsi əsasında yeni pilot layihə həyata keçiriləcək

07 İyul 2020, 12:08 (GMT +4)
AZAL bu həftə İstanbula daha bir xüsusi reys yerinə yetirəcək

07 İyul 2020, 11:57 (GMT +4)
Fəratın şərqində ABŞ-ın nəzarətində olan bölgədə işğala qarşı etiraz aksiyaları keçirilib (VİDEO)

07 İyul 2020, 11:48 (GMT +4)
Bloomberg: Dünya ən böyük iqtisadi böhranı yaşayır

07 İyul 2020, 11:40 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkələrdə yeni hesablar yaradıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66