Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb

03 İyun 2020, 14:50 (GMT +4)

Bakı, 3 iyun, SalamNews.Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Elmi şurasında 2019-2020-ci tədris ilinin yaz semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi və yay imtahan sessiyasının təşkili barədə bir sıra qərarlar qəbul edilib.

Aİİ-dən SalamNews-a bildirilib ki, Elmi şuranın qərarına əsasən cari ilin yaz semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi zamanı onlayn dərslərdə iştirak edən tələbə və magistrantlar tədris əsnasında əldə etdikləri nəticələr əsasında qiymətləndiriləcək və onların dərslərdəki aktivliyi nəzərə alınacaq. Onlayn dərslərdə iştirak etməyən tələbələrin yaz semestri üzrə qiymətləndirilməsi onların yay imtahan sessiyasında toplayacaqları balların 2-yə vurulması ilə həyata keçiriləcək.

Bakalavr səviyyəsi üzrə II tədris ilində təhsil alan tələbələr kurs işi yazmaq tələbindən azad edilirlər. Buraxılış kurslarının tələbələri də təcrübə və buraxılış işi yazmaq tələbindən azad ediləcək, onların təcrübə işlərinin qiymətləndirilməsi və yekun attestasiya nəticələri təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) əsasən aparılacaq. Akademik borcu ikidən çox olmayan buraxılış kurslarının tələbələrinə fənni dinləmədən imtahan vermək üçün şərait yaradılacaq.

Magistr dissertasiyalarını müdafiə etməyə hazırlaşan magistrantlar məqalə nəşr etdirmək tələbindən azad ediləcəklər. Magistr dissertasiyalarının müdafiəsi İxtisaslaşdırılmış Şurada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ənənəvi formada təşkil ediləcək.

Mürəkkəb, eləcə də geniş şərhlər tələb edən mövzuların imtahan materiallarına daxil edilməməsi və imtahan suallarının ümumi sayının azaldılması tövsiyə olunaraq 2019-2020-ci tədris ilinin yay imtahan sessiyasının onlayn formada, əsasən şifahi şəkildə keçirilməsi qərara alınıb.

Xatırladaq ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 3 mart 2020-ci ildən dayandırılıb. 2019-2020-ci tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən ali təhsil müəssisələrinə tapşırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aİİ rektoru tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb

Aİİ tələbələrinin iştirak etdikləri Bursa “Yay məktəbi” başa çatıb

Aİİ tələbələrinin Türkiyədə təşkil olunan “Yay məktəbi” davam edir (FOTO)

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başlayıb

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Aİİ tələbələrinin Bursada “Yay məktəbi” davam edir (FOTO)

Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

Aİİ-nin “Din araşdırmaları” jurnalı dərc olunub

Aİİ-də “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib

Aİİ-nin 30 tələbəsinə Mənəvi Dəyərlərin Təbliği Fondunun təqaüdü verilib

Aİİ-də “Nəsimi İli” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır

Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib 

Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib

Aİİ-də Fələstinin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub Aİİ-də mühazirə oxuyub

Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Aİİ-nin kafedra müdiri beynəlxalq simpoziumda iştirak edib

Aİİ Rusiya universitetləri ilə əlaqələr qurmağı planlaşdırır

Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

07 İyul 2020, 15:44 (GMT +4)
Pompeo Pekinin Honkonqla bağlı tədbirlərini Orveilin antiutopiyası ilə müqayisə edib

07 İyul 2020, 15:44 (GMT +4)
“Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi elan edilib

07 İyul 2020, 15:31 (GMT +4)
İranın Yəzd nüvə kompleksində partlayışın baş verməsi iddiası təkzib edilib

07 İyul 2020, 15:20 (GMT +4)
Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı yeni platforma yaradılır

07 İyul 2020, 15:16 (GMT +4)
Boliviya prokurorluğu eks-prezident Evo Moralesi terrorçuluqda ittiham edib

07 İyul 2020, 15:06 (GMT +4)
ETSN Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsini açıqlayıb

07 İyul 2020, 14:52 (GMT +4)
Yaponiyada güclü yağışlar səbəbiylə 1,3 milyon insan təxliyə edilib

07 İyul 2020, 14:49 (GMT +4)
Masallıda karantin qaydalarını pozan çay evi aşkarlanıb

07 İyul 2020, 14:48 (GMT +4)
İranda son sutkada koronavirusdan 200 nəfər vəfat edib

07 İyul 2020, 14:26 (GMT +4)
ADIF Nazirlər Kabinetinə məktub ünvanlayıb

07 İyul 2020, 14:12 (GMT +4)
"Roskosmos"un baş direktorunun müşaviri dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb (VİDEO)

07 İyul 2020, 14:04 (GMT +4)
Sabah Bakıda 40 dərəcəyə yaxın isti gözlənilir

07 İyul 2020, 13:54 (GMT +4)
Yelisey Sarayı Fransa hökumətinin yeni tərkibini açıqlayıb

07 İyul 2020, 13:49 (GMT +4)
Yəməndə Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında yenidən qarşıdurma başlayıb

07 İyul 2020, 13:33 (GMT +4)
AQTA 145 obyektdə reyd keçirib, 68-də qanunsuzluq aşkarlanıb

07 İyul 2020, 13:24 (GMT +4)
Rusiyada son sutkada 198 nəfər koronavirusdan ölüb

07 İyul 2020, 13:18 (GMT +4)
AzTU-nun komandası "Aquahack" hakaton yarışında qalib gəlib

07 İyul 2020, 12:56 (GMT +4)
BSU-nun müəllimi koronavirusdan vəfat edib

07 İyul 2020, 12:53 (GMT +4)
Alimlər xəbərdarlıq edir: yaxın 10 ildə yeni koronavirus peyda olacaq

07 İyul 2020, 12:53 (GMT +4)
İldırımın stadionda qapıçını vurması kameralara düşüb (VİDEO)

07 İyul 2020, 12:40 (GMT +4)
DYP: Son sutka ərzində 1482 hərəkət iştirakçısı cərimələnib

07 İyul 2020, 12:23 (GMT +4)
Ermənistanda son sutkada 12 nəfər koronavirusdan ölüb 

07 İyul 2020, 12:20 (GMT +4)
“SABAH” qrupları təcrübəsi əsasında yeni pilot layihə həyata keçiriləcək

07 İyul 2020, 12:08 (GMT +4)
AZAL bu həftə İstanbula daha bir xüsusi reys yerinə yetirəcək

07 İyul 2020, 11:57 (GMT +4)
Fəratın şərqində ABŞ-ın nəzarətində olan bölgədə işğala qarşı etiraz aksiyaları keçirilib (VİDEO)

07 İyul 2020, 11:48 (GMT +4)
Bloomberg: Dünya ən böyük iqtisadi böhranı yaşayır

07 İyul 2020, 11:40 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkələrdə yeni hesablar yaradıb

07 İyul 2020, 11:23 (GMT +4)
Yaponiyada leysan yağışları 52 nəfərin ölümünə səbəb olub

07 İyul 2020, 11:20 (GMT +4)
Azərbaycanda 57 həkim koronavirusa yoluxub

07 İyul 2020, 11:06 (GMT +4)
Azərbaycanlı alimlər günəş enerjisindən istifadə sahəsində yeni ixtira kəşf edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66