Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan Qazaxıstana alüminium profil ixracına başlayıb

02 İyun 2020, 11:46 (GMT +4)

Bakı, 2 iyun, SalamNews. Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstanın Almatı şəhərinə ilkin olaraq 20 ton məhsul göndərib.

STP-dən SalamNews-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində imzalanan müqavilə mütəmadi satışı nəzərdə tutur. STP fəaliyyəti ərzində Qazaxıstana bir sıra ixrac əməliyyatlarını reallaşdırsa da, bu alüminium profillərin həmin ölkəyə ilk ixracıdır. Azərbaycan istehsalı alüminium profillərin Qazaxıstan bazarında satışlarının zamanla artacağı gözlənilir.

Texnopark ötən ay Qazaxıstanla yanaşı Misir, Türkiyə və Ukraynaya da alüminium profil və pəstah məhsulları ixrac edib. Sadalanan ölkələr ilə yanaşı, STP bu günə kimi Danimarka, Polşa, Estoniya və Yunanıstan kimi ölkələrə alüminium profil və pəstahların ixracını həyata keçirdib.

Sumqayıt Texnologiyalar Parkı alüminium profillərin ixracını genişləndirmək məqsədilə xarici bazarları araşdırmağa davam edir. Hazırda Ukrayna, Rusiya və İspaniyada potensial müştərilərlə danışıqlar aparılır. Yaxın gələcəkdə bu ölkələrə də ixrac etmək ehtimalı və potensialı böyükdür.

Alüminium profil və pəstah məhsulları Texnoparkın Alüminium və Mis Profilləri zavodunda istehsal olunur. 2014-cü ildə istismara verilən zavodda alüminium profillərin istehsalı, toz boya, alüminium əritmə və pəstahalma, mis əritmə sahələri fəaliyyət göstərir. Toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. Alüminium əritmə və pəstahlama sahəsinin illik istehsal gücü isə 30000 ton təşkil edir.

Qeyd edək ki, regionda texnoparkların yaradılmasında pioner olan Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK: Alüminium və ondan hazırlanan məmulatların ixracı azalıb

"ADY Express" "Qazaxıstan elektroliz zavodu”na məxsus alüminium yükünü nəql etməyə başlayıb

Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

Azərbaycan ilk dəfə Polşaya alüminium profil ixrac edib (FOTO)

Azərbaycan Danimarkaya növbəti dəfə alüminium profil ixrac edir

Sumqayıt Texnologiyalar Parkı Danimarkaya alüminium profillər ixrac edib

Gəncədə Alüminium Kompleksinin fəaliyyətində baş vermiş nasazlıq aradan qaldırılıb

Donald Tramp Aİ ölkələrindən polad və alüminium idxalına rüsum tətbiqini təxirə salıb

Gəncədə “Azəralüminium” ASC yenidən qurulacaq

Bakıda 7 min manat dəyərində alüminium oğurlanıb

Alimlər alüminium tozundan elektrik enerjisi hasil etməyə nail olublar

03 Dekabr 2020, 17:56 (GMT +4)
BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar

03 Dekabr 2020, 17:50 (GMT +4)
Mövlud Çavuşoğlu və Ceyhun Bayramov arasında telefon danışığı olub

03 Dekabr 2020, 17:44 (GMT +4)
Azərbaycanın XİN başçısı Rusiya və Türkiyəyə təşəkkür edib

03 Dekabr 2020, 17:35 (GMT +4)
BANM-də Cenevrə Biznes Məktəbi ikili diplomlu MBA proqramı davam edir

03 Dekabr 2020, 17:20 (GMT +4)
Rusiya Qarabağda ikinci hərbi hospital yaradır

03 Dekabr 2020, 17:08 (GMT +4)
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib

03 Dekabr 2020, 16:55 (GMT +4)
Şabranda karantin qaydalarını pozan şəxs aşkarlanıb

03 Dekabr 2020, 16:40 (GMT +4)
Çavuşoğlu: Qarabağ razılaşması regional sabitliyə müsbət təsir edəcək

03 Dekabr 2020, 16:26 (GMT +4)
Kəlbəcər və Laçına komendantlar təyin edilib

03 Dekabr 2020, 16:16 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı bir milyonu keçib, 700 min sağalıb

03 Dekabr 2020, 16:10 (GMT +4)
Əlilliyi olan şəxslərin biznesə başlamasına və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərilir

03 Dekabr 2020, 15:57 (GMT +4)
Azərbaycanda daha 4 189 nəfər COVID-19-a yoluxub

03 Dekabr 2020, 15:45 (GMT +4)
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

03 Dekabr 2020, 15:33 (GMT +4)
Sabah saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut olacaq

03 Dekabr 2020, 15:32 (GMT +4)
MN: Şəhidlərin adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu açıqlanacaq

03 Dekabr 2020, 15:24 (GMT +4)
MN: 1 245 hərbi qulluqçumuzun müalicəsi davam etdirilir

03 Dekabr 2020, 15:17 (GMT +4)
MN: Vətən müharibəsində həlak olmuş 103 hərbçinin DNT yolu ilə şəxsiyyəti müəyyənləşdirilir

03 Dekabr 2020, 15:02 (GMT +4)
MN Vətən müharibəsində itkin düşmüş Azərbaycan hərbçilərinin sayını açıqlayıb

03 Dekabr 2020, 14:59 (GMT +4)
Prezident Zəfər Günü ilə bağlı yeni sərəncam imzalayıb

03 Dekabr 2020, 14:52 (GMT +4)
MN: Vətən müharibəsində Azərbaycanın 2 783 hərbi qulluqçusu şəhid olub

03 Dekabr 2020, 14:46 (GMT +4)
İsrailin Bəhreyndə səfirlik açması islam dünyası üçün matəm günü deməkdir – Ayətullah Nuri Həmədani

03 Dekabr 2020, 14:36 (GMT +4)
BNA: Paytaxtda 160-dan çox küçə və prospektdə 2 200-dən artıq pandus var

03 Dekabr 2020, 14:25 (GMT +4)
Suqovuşan və Talış kəndlərində sahə inspektorları təyin edilib, xidməti post qurulub

03 Dekabr 2020, 14:13 (GMT +4)
Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

03 Dekabr 2020, 13:54 (GMT +4)
Caspian Energy Club Yusif Abdullayevin iştirakı ilə onlayn B2G FORUM təşkil edib

03 Dekabr 2020, 13:46 (GMT +4)
Azərbaycanda Zəfər Günü noyabrın 8-də qeyd ediləcək

03 Dekabr 2020, 13:28 (GMT +4)
Zəngilanda yol qəzası olub, ölən var

03 Dekabr 2020, 13:10 (GMT +4)
Rusiyada son sutkada 28 mindən çox COVID-19-a yoluxma qeydə alınıb

03 Dekabr 2020, 13:01 (GMT +4)
Trampın müşaviri ərəbləri barışdırmaq üçün regionda səfərdədir

03 Dekabr 2020, 13:00 (GMT +4)
Müdafiə Nazirliyi Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntülərini yayıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66