Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:54 (GMT +4)

Bakı, 2 iyun, SalamNews.Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 1 iyunla bağlı “Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib.

SalamNews Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbir Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakçılara videomüraciəti ilə başlayıb. Firudin Qurbanov videomüraciətində müasir dövrdə hadisələrin tez-tez dəyişdiyini və həyatın bütün sferaları üçün yeni tələblər diktə etdiyini bildirərək, uşaqların buna hazırlıqlı olmağının vacibliyini qeyd edib. Nazir müavini çıxışında Azərbaycanda uşaq və gənclərin gələcək hərtərəfli inkişafı, uşaqların müdafiəsi, onların potensialının stimullaşdırılmasına xüsusi diqqət yetirildiyini, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra dövlət proqramlarının təsdiq edildiyini və hazırda onların uğurla yerinə yetirildiyini vurğulayıb.

Qeyd edilib ki, uşaq və gənclərin hərtərəfli inkişafına yönələn tədbirlərin gücləndirilməsi və istedadlı uşaqların potensialının dəstəklənməsinin dövlət siyasəti səviyyəsində qəbul edilməsi dövlət qayğısının bariz nümunəsidir. Firudin Qurbanov buna müvafiq olaraq istedadlı uşaqların üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq və fiziki imkanlarının inkişaf etdirilməsi məqsədilə ənənəvi olaraq hər il Təhsil Nazirliyi tərəfindən bir sıra ölkə və beynəlxalq səviyyəli müsabiqə, yarış, festival, dəyirmi masa və digər tədbirlərin həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin 1 iyun 2020-ci il tarixində Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Biz Birlikdə Güclüyük!” məktəblilərarası beynəlxalq onlayn "dəyirmi masa"nın keçirilməsinin qərara alındığını bildirən nazir müavini sözügedən tədbirin keçirilməsində əsas məqsədin pandemiya dövründə müxtəlif ölkələrdə uşaqların asudə vaxtlarının və məsafədən təhsilin səmərəli formada təşkil edilməsinin təmin olunması, eyni zamanda uşaqlar arasında dostluq münasibətlərinin qurulmasından ibarət olduğunu qeyd edib.

Mövcud pandemiya ilə əlaqədar onlayn platformada – ZOOM tətbiqi vasitəsilə təşkil edilən dəyirmi masada Azərbaycan məktəbliləri ilə yanaşı 15-ə yaxın ölkənin məktəblilərinin iştirak etdiyini vurğulayan nazir müavini tədbirdə aparılacaq müzakirə və fikir mübadiləsinin müasir dövrdə uşaqların hərtərəfli inkişafında, faydalı təcrübənin öyrənilməsində mühüm töhfəsini verəcəyini qeyd edərək, iştirakçıları bu müzakirədə aktiv iştirak etməyə dəvət edib, onlara uğurlar arzulayıb.

Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin dünya uşaqlarına təbrik videoroliki nümayiş olunub.

ABŞ, Belarus, BƏƏ, Qətər, Koreya, Qazaxıstan, Türkiyə, Moldova, Gürcüstan, İspaniya, Qırğızıstan, Rusiya Federasiyası, Fransa, İsveç, Finlandiya, Tailand və Myanmadan 30-dan artıq məktəblinin iştirak etdiyi onlayn dəyirmi masada pandemiya dövründə onlayn təhsil və asudə vaxtın təşkili məsələləri müzakirə edilib, sonda isə iştirakçılar tərəfindən dünya uşaqlarına təbrik və arzular ünvanlanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil Nazirliyi 34 gənci xaricdə doktorantura təhsilinə göndərir

Təhsil Nazirliyi işçi axtarır

Təhsil Nazirliyi: Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib

Təhsil Nazirliyi yay imtahan sessiyasının ləğvi ilə bağlı rəsmi açıqlama yayıb

Təhsil Nazirliyinin tabeliyində 5 yeni lisey yaradılıb

Təhsil Nazirliyi məktəblilərlə bağlı daha bir dəyişiklik edib

Təhsil Nazirliyi: Valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçə bilər

Təhsil Nazirliyinin tabeliyindəki liseylərə müsabiqələrin vaxtı açıqlanıb

Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” platforması vasitəsilə aparılacaq

Ötən ay Təhsil Nazirliyinə 863 zəng daxil olub

Təhsil Nazirliyi ehtiyacı olan 210 ailəyə ərzaq yardımı edib

Təhsil Nazirliyi: Əcnəbi tələbələrin çoxu ölkəsinə qayıdıb

Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb

Təhsil Nazirliyi: Yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq

Təhsil Nazirliyi: Orta ixtisas üzrə yeni təsnifata 141 ixtisas salınıb

Təhsil Nazirliyi qanvermə aksiyasına qoşulub

Təhsil Nazirliyinin layihəsi YUNESKO-nun onlayn platformaları arasındadır

Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

Təhsil Nazirliyinin saytı ən çox ziyarət olunan sayt olub

09 İyul 2020, 18:01 (GMT +4)
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

09 İyul 2020, 17:56 (GMT +4)
Böyük Şor gölünün təmizlənməsinə başlanılıb

09 İyul 2020, 17:50 (GMT +4)
“Günay Sığorta”nın yeni filialları açılacaq

09 İyul 2020, 17:40 (GMT +4)
İran Suriyada öz istehsalı olan havadan müdafiə sistemlərini yerləşdirir - KİV

09 İyul 2020, 17:40 (GMT +4)
Lukaşenko Belarusdakı söz azadlığından bəhs edib

09 İyul 2020, 17:24 (GMT +4)
Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib

09 İyul 2020, 17:19 (GMT +4)
Azercell yeni kampaniyaya start verib

09 İyul 2020, 17:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 16:51 (GMT +4)
Misir Məhkəməsi İxvanəl-Müslimin hərəkatı liderinin ömürlük həbsini təsdiqləyib

09 İyul 2020, 16:45 (GMT +4)
Forbes: Jeff Bezosun sərvəti 180 milyard dolları keçib

09 İyul 2020, 16:35 (GMT +4)
Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:27 (GMT +4)
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

09 İyul 2020, 16:15 (GMT +4)
Dövlət Agentliyinin vəzifələri azaldılıb

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:53 (GMT +4)
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

09 İyul 2020, 13:25 (GMT +4)
ABŞ Jurnalistləri Müdafiə Komitəsi Safronovun dərhal azadlığa buraxılmasını tələb edir

09 İyul 2020, 13:00 (GMT +4)
ATU: Koronavirusa yoluxmuş şöbə müdiri EKMO cihazına qoşulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66