Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İlham Əliyev: "ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik"

02 İyun 2020, 09:45 (GMT +4)

Bakı, 2 iyun, SalamNews."Əvvəla qeyd etmək istərdim ki, koronavirusla mübarizədə və dünya miqyasında göstərdiyimiz təşəbbüslərlə bağlı yaxşı məlumatlı olmağınız məni çox sevindirir. Belə təsadüf edib ki, Azərbaycan hazırda sizin də qeyd etdiyiniz kimi, iki təşkilata - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Ötən il bizim çox uğurlu Zirvə görüşümüz olmuşdur və Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bu təşkilata sədr seçilmişdir. Buna görə düşündük ki, bütün dünya üçün bu önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq bizim öhdəliyimizdir".

SalamNews xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda deyib.

Dövlət başçısı bildirib: "Hər iki Zirvə görüşü uğurla keçdi. Sizə deyə bilərəm ki, biz nəinki təkcə koronavirusla mübarizə sahəsində fikir mübadiləsi apardıq, eyni zamanda, qarşılıqlı dəstək göstərdik. Zirvə görüşündən sonra üzv ölkələrin müvafiq nazirlərinin iştirakı ilə koronavirusla mübarizə sahəsində birgə səylərlə bağlı çox mühüm məsələlərə həsr olunan bir sıra konfranslar keçirilmişdir.

Həmçinin bizim Ümumdünya Səhiyyə Təşkilatına ianəmiz haqqında da sizin yaxşı məlumatınız var. Düşünürəm ki, biz ilk dəfə beş milyon dollar ayıran ölkələr arasında birinci ölkələrdən idik, sonra isə Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dollar ayırdıq. Biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik.

Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər.

Əməkdaşlığımızla bağlı yeni ideyalara gəlincə, biz bunda çox maraqlıyıq. Çünki mən xatırlayıram ki, 5-6 il bundan əvvəl bizim maliyyə dəstəyinə ehtiyacımız olanda Asiya İnkişaf Bankı çox tez reaksiya göstərdi. Həqiqətən də bu, mənə çox xoş təsir bağışladı və mən bir daha çox vaxtında göstərilmiş dostcasına yanaşmaya görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz bunun əməkdaşlığın çox yaxşı əlaməti olduğunu nəzərə aldıq. Əvvəl qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi layihəsini ilk dəstəkləyən siz oldunuz. Yeri gəlmişkən, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantılarını təşkil edirik.

Mən xatırlayıram, bəzi başqa banklar layihəyə maliyyə öhdəliyini nəzərdən keçirdiyi vaxtda qeyd etdim ki, “Şahdəniz”dən hasil olunan qaz Avropaya nəql ediləcək. Lakin Avropa banklarında hələ proses getdiyi halda, Asiya İnkişaf Bankı artıq maliyyələşməni təmin etdi. Düşünürəm ki, sizin çox dostcasına verdiyiniz dəstək böyük bir qrupun birləşməsində mühüm rol oynadı".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

Prezident İlham Əliyev: Əlavə xəstəxanalara ehtiyac olacaq

Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev modul tipli hospitalın açılışında iştirak edib

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Prezident İlham Əliyev səhifəsində Polis Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev nazirliklə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev və ÜTT-nin Baş katibi arasında videokonfrans keçirilib

Prezident İlham Əliyev Türkmənistan Prezidentinə zəng edib

Prezident İlham Əliyev iki dənizçini təltif edib 

Prezident İlham Əliyev İçərişəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olub

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev: Sosial sahədə heç bir ixtisar olmayacaq

Prezident İlham Əliyev: Qapalı şəraitdə hər kəs maska taxmalıdır

Prezident İlham Əliyev "N" saylı hərbi hissənin açılışında iştirak edib

08 İyul 2020, 11:55 (GMT +4)
Gürcüstanda COVID-19-a yoluxanların sayı 960 nəfəri keçib

08 İyul 2020, 11:48 (GMT +4)
“İnnovasiyalar mərkəzi”nin dəstəyi ilə yeni innovativ cihaz hazırlanıb

08 İyul 2020, 11:40 (GMT +4)
Azərbaycanda keçmiş rektor vəfat edib

08 İyul 2020, 11:34 (GMT +4)
Rusiya və Çin BMT TŞ-nin Suriya ilə bağlı qətnaməsinə veto qoyub

08 İyul 2020, 11:27 (GMT +4)
İsrail işğal edilən Qüds şəhərinin mərkəzində yeni kvartal salır

08 İyul 2020, 11:16 (GMT +4)
Kür çayında batan 15 yaşlı yeniyetmənin cəsədi tapılıb

08 İyul 2020, 11:03 (GMT +4)
ETSN: Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır

08 İyul 2020, 10:55 (GMT +4)
Bayden seçkidə qalib gələrsə ABŞ-ı ÜST-ün tərkibinə qaytaracağını vəd edib

08 İyul 2020, 10:45 (GMT +4)
Ehtimal ki, bu il xarici zəvvarlar Ərbəin mərasiminə gedə bilməyəcəklər - Səfir

08 İyul 2020, 10:43 (GMT +4)
AZAL Bakı-London-Bakı üzrə xüsusi reyslərə aviabilet satışına başlayır

08 İyul 2020, 10:23 (GMT +4)
Rusiyada Safronovu dəstəkləyən 20-dən çox jurnalist saxlanılıb

08 İyul 2020, 10:14 (GMT +4)
Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

08 İyul 2020, 09:56 (GMT +4)
Bloomberg: Maduro seçkilərdən əvvəl Quaydonun partiyasını ələ keçirməyə çalışır

08 İyul 2020, 09:54 (GMT +4)
Kabil və Qəndəharda polisə hücum edilib, ölən və yaralananlar var

08 İyul 2020, 09:37 (GMT +4)
AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq

08 İyul 2020, 09:15 (GMT +4)
Tramp Konqresə ABŞ-ın ÜST-dən çıxdığına dair rəsmi bildiriş göndərib

08 İyul 2020, 09:13 (GMT +4)
Husilər ABŞ humanitar təşkilatının Yəmənə göndərdiyi silah yükünü aşkarladığını bildirib (VİDEO)

08 İyul 2020, 09:10 (GMT +4)
FHN-in yanğınsöndürən maşını qəza törədib, yaralananlar var 

08 İyul 2020, 09:00 (GMT +4)
Azay Quliyev: Azərbaycan ATƏT-in bütün icra strukturları ilə konstruktiv dialoq aparmağa hazırdır

07 İyul 2020, 18:00 (GMT +4)
Azərbaycanın bölgələrində yayılan koronavirusla bağlı statistika açıqlanıb

07 İyul 2020, 17:52 (GMT +4)
Husilər Səudiyyə vətəndaşlarını hakim ailənin saraylarından uzaq durmağa çağırıb

07 İyul 2020, 17:51 (GMT +4)
Çində məktəb avtobusunun su anbarına düşməsi nəticəsində 21 nəfər ölüb

07 İyul 2020, 17:48 (GMT +4)
İctimai-siyasi xadimlər AzTV-nin fəaliyyətini qiymətləndiriblər

07 İyul 2020, 17:40 (GMT +4)
Kürdəmirdə bir nəfər Kür çayında batıb

07 İyul 2020, 17:30 (GMT +4)
“Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

07 İyul 2020, 17:18 (GMT +4)
ÜST Çindəki qara vəba xəstəliyini təhlükəli hesab etmir

07 İyul 2020, 17:15 (GMT +4)
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edib

07 İyul 2020, 17:00 (GMT +4)
YAP tərəfindən yeni kitab nəşr olunub

07 İyul 2020, 16:57 (GMT +4)
İsrailin sabiq müdafiə naziri İranın nüvə obyektindəki «partlayış»dan söz açıb

07 İyul 2020, 16:52 (GMT +4)
“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66