Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azercell” xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olub

01 İyun 2020, 16:56 (GMT +4)

Bakı, 1 iyun, SalamNews. “Azercell” 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr təqdim edir

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Azercell Telekom” MMC tam fərqli bir layihə gerçəkləşdirir. Uşaqların inkişafına daim xüsusi diqqətlə yanaşan “Azercell” bu dəfə 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağın dil öyrənməsinə kömək edəcək “Busuu” tətbiqinə çıxışını təmin edir.

Bütün dünyada məşhur olan “Busuu” - xarici dil öyrənmə mobil tətbiqinin 90 milyondan çox istifadəçisi var. “Busuu” xarici dil öyrənmək üçün ən yaxşı 10 mobil tətbiqlərdən biridir. Tətbiq vasitəsilə eyni anda 12 dil öyrənmək, qrammatika, yazı, dinləmə və danışıq məşqlərini keçirmək mümkündür. Bu tətbiq beynəlxalq “McGraw-Hill” dil sertifikatını qazanmaq imkanı da verir.

“Öyrənmək hər bir uşağın haqqıdır” mesajını daşıyan kampaniya çərçivəsində “Azercell” fiziki məhdudiyyətli və sağlamlıq problemləri olan, həmçinin aztəminatlı ailələrin uşaqlarına, autizm sindromlu uşaqlara, eləcə də aprel şəhidlərinin və qazilərinin övladlarına “Busuu” tətbiqi üçün 6 aylıq pulsuz kodlar hədiyyə edir. Şirkət tərəfindən təqdim olunan imkanlar bununla bitmir. Zəruri hallarda “Azercell Mobil Müştəri” xidmətinin əməkdaşları regionlara səfər edərək bu tətbiqə qoşulmaq üçün ailələrə dəstək olur və pulsuz nömrələr də paylayırlar.

Hər bir uşağın özünü inkişaf etdirməsi və xarici dil öyrənməsinə dəstək olacaq bu xeyriyyə kampaniyası ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edir. Ailələrin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti və Uşaq Paralimpiya Komitəsi, həmçinin “Birgə və sağlam”, “Zəfər” İctimai Birlikləri tərəfindən təqdim olunub. Bu layihənin gerçəkləşməsinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də dəstək verib.

“Azercell Telekom” MMC yarandığı ilk gündən uşaqların təhsili və uşaq hüquqlarının müdafiəsi sahəsində müxtəlif layihələr həyata keçirir. “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti artıq 10 ildir uşaqlara ilkin psixoloji, emosional yardımın, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi üzrə çalışır. Uşaq Paralimpiya Komitəsi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial həyata inteqrasiya imkanları yaradılır. “Azercell”in digər unikal layihəsi kimsəsiz və yardıma ehtiyacı olan, aztəminatlı ailələrin uşaqları üçün “Mobil Diş” və “Mobil Göz” Klinikalarının yaradılmasıdır. Hər il səyyar klinikalar tərəfindən minlərlə uşağa pulsuz tibbi xidmət göstərilir, onların müayinəsi həyata keçirilir. Ölkənin aparıcı mobil operatoru uşaqları arzuolunmaz internet məzmunundan qorumaq üçün “Azercell Kids” adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib. Bundan əlavə, “Azercell” şirkəti paytaxt və regionlarda “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda şagird, müəllim və valideynlər üçün təlim proqramları təşkil edib.

“Azercell Telekom” MMC ildə yalnız bir gün deyil, daim uşaq hüquqları və uşaqların sağlam inkişafı məsələlərini cəmiyyətin diqqətində saxlamaq, uşaqların rifahının yüksəlməsinə dəstək olmaq məqsədilə müxtəlif layihələr həyata keçirir və buna davam edəcək.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azercell yeni kampaniyaya start verib

Azercell yeni 4G MiFi kampaniyasına başlayıb

“Azercell”lilər bir ay ərzində “#rəqəmsalgünləri” birlikdə qeyd edəcək

Azercell “Telegram Bot” xidmətini təqdim edib

Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verib

"Azercell" korporativ müştərilərə üç yeni tarif paketini təqdim edib

28 May-Respublika Günü münasibətilə “Azercell”dən şəhid və əlil ailələrinə sovqat paylanılıb

Yeni smartfon alan Azercell abunəçiləri 6 aylıq hədiyyə internet qazanacaq

“Azercell” “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edir

“Azercell” xeyirxah çağırışa qoşulub

Azercell “Yeni Hər Yerə” tarifini təqdim edir

“Azercell” veteranları təbrik edib

Bu həftə bölgələrdə daha 1000 ailə “Azercell”dən Ramazan sovqatı alıb

Azercell Ramazan ayı boyu bölgə sakinlərinə ərzaq yardımı paylayacaq

“Azercell” onlayn tədris verən müəllimlərə internet paketi təqdim edib

Azercell BluTV xidmətini təqdim edib

Azercell Paycell xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqını dayandırır

Azercell vətəndaşların sorğularının operativ cavablandırmasına dəstək olub

“Azercell” COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına qoşulub

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

12 İyul 2020, 09:44 (GMT +4)
Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür

11 İyul 2020, 18:45 (GMT +4)
Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirilib

11 İyul 2020, 18:20 (GMT +4)
Ağstafanın icra başçısı Seymur Orucovun rəhbərliyi ilə reydlər keçirilib

11 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

11 İyul 2020, 17:04 (GMT +4)
Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyil

11 İyul 2020, 16:56 (GMT +4)
Xızıda hərbi hissənin yaxınlığında top mərmisi tapılıb

11 İyul 2020, 16:51 (GMT +4)
Əlcəzair Ərəb Dövlətləri Liqasını Liviya və Suriya ilə bağlı mövqeyinə görə tənqid edib

11 İyul 2020, 16:48 (GMT +4)
DİM qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib

11 İyul 2020, 16:48 (GMT +4)
BMT-nin xüsusi məruzəçisi Məhəmməd bin Salmanı “Kaşıqçı işinin əsas şübhəlisi” adlandırılıb

11 İyul 2020, 16:38 (GMT +4)
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

11 İyul 2020, 16:35 (GMT +4)
Kür çayında batan şəxslərdən daha birinin meyiti tapılıb

11 İyul 2020, 16:21 (GMT +4)
BDU-nun jurnalistika fakültəsinin müəllimi koronavirusdan sağalıb

11 İyul 2020, 16:11 (GMT +4)
Bill Geyts ilk növbədə ehtiyacı olanları koronavirus peyvəndi ilə təmin etməyə çağırıb

11 İyul 2020, 16:00 (GMT +4)
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib

11 İyul 2020, 15:45 (GMT +4)
Bu gün Srebrenitsa qətliamının 25-ci ildönümüdür

11 İyul 2020, 15:35 (GMT +4)
Talibanın son həftədə hücumu nəticəsində 23 mülki şəxs həlak olub – Rəsmi Kabil

11 İyul 2020, 15:32 (GMT +4)
Yaponiyada leysan yağışları nəticəsində 12 mindən çox binaya ziyan dəyib

11 İyul 2020, 15:30 (GMT +4)
“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır

11 İyul 2020, 15:13 (GMT +4)
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

11 İyul 2020, 15:11 (GMT +4)
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub

11 İyul 2020, 14:57 (GMT +4)
"Facebook" siyasi reklamları qadağan edə bilər

11 İyul 2020, 14:40 (GMT +4)
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub

11 İyul 2020, 14:30 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

11 İyul 2020, 14:27 (GMT +4)
BMT Yəməndəki münaqişə tərəflərinə yeni saziş layihəsi təklif edib

11 İyul 2020, 14:11 (GMT +4)
Təhsil Nazirliyi və Aİ-nın birgə təşkilatçılığı konfrans keçirilib

11 İyul 2020, 13:41 (GMT +4)
Türkiyənin şimal-şərqində təhlükəli terrorçu zərərsizləşdirilib

11 İyul 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 İyul 2020, 13:32 (GMT +4)
Hizbullah ABŞ-ın təzyiqlərinə baxmayaraq Livanda siyasi boşluğa şərait yaratmayacağını bildirib

11 İyul 2020, 13:13 (GMT +4)
Rusiyada son sutkada 188 koronavirus xəstəsi ölüb

11 İyul 2020, 13:11 (GMT +4)
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66