Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Millət vəkili Könül Nurullayeva qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərib

01 İyun 2020, 13:58 (GMT +4)

Bakı, 1 iyun, SalamNews. 1 iyun Uşaqların beynəlxalq Müdafiəsi günüdür. Cəmiyyətin ən həssas, ən məsum üzvü olan uşaqların hər zaman müdafiəyə, daim qayğıya ehtiyacı var.

SalamNews xəbər verir ki, bunu nəzərə alaraq, Milli Məclisin deputatı, Parlamentin Ailə, qadın, uşaq məsələləri komitəsinin, eyni zamanda AŞPA-da Uşaqlar üzrə alt komitənin üzvü Könül Nurullayeva 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə Nizami rayonunda yerləşən 1 saylı uşaq evində olub. Görüş pandemiya səbəbindən ölkəmizdə tətbiq olunan karantin qaydaları çərçivəsində baş tutub. Millət vəkili burada məskunlaşan azyaşlıların sosial durumu, onların sağlamlığı, təlim-tərbiyəsi və təhsili ilə maraqlanıb. Körpələr evinin direktoru Nərminə Zöhrabova uşaqlara göstərdiyi diqqətə görə millət vəkilinə təşəkkürünü bildirib. Belə bir nümunəvi şəhərciyi onlara birinci vitse-prezident Mehriban xanım Əliyevanın bəxş etdiyini vurğulayan N.Zöhrabova burada uşaqların təlim-tərbiyəsi, təhsili və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində olur, onların gündəlik qayğıları, təlim-tərbiyələri, təhsilləri, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar.

K.Nurullayeva isə öz növbəsində qeyd edib ki, dövlətin, eləcə də Heydər Əliyev Fondu və şəxsən birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda uşaq hüquqları tam şəkildə qorunur. Ölkəmiz uşaqların müdafiəsini nəzərdə tutan əsas beynəlxalq konvensiyalara qoşulmaqla, eyni zamanda qanunvericilik bazasını təkmilləşdirərək milli fəaliyyət planı tətbiq etməklə nümunəvi ailə, qadın, uşaq siyasəti həyata keçirir. Bu siyasətin əsas prioritetlərindən biri uşaqların təhlükəsiz, sağlam və etibarlı gələcəyini təmin etməkdir. Azərbaycanın hazırda dünyanı narahat edən təhlükələrdən biri - uşaqlara qarşı zorakılıqla bağlı uzun illərdir Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran millət vəkili qeyd edib ki, deputat həmkarları ilə birlikdə AŞPA-da Uşaqlar üzrə alt komitənin üzvü kimi mütəmadi olaraq ölkəmizin uğurlu təcrübəsini dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Daha sonra azyaşlılarla səmimi söhbət edən millət vəkili uşaqların bizim gələcəyimiz olduğunu, onların layiqli vətəndaş kimi formalaşmaları üçün ilk növbədə yaxşı təhsil almalarının vacibliyini qeyd edib. Vurğulayıb ki, dövlət ən yüksək səviyyədə uşaqların müdafiəsini təmin edir, onların istər fiziki, istərsə də mənəvi baxımdan sağlam yetişmələri üçün ardıcıl tədbirlər həyata keçirir. Uşaqlar isə yaradılan bu imkandan səmərəli istifadə etməli, vətənimizə layiqli övlad olmağa çalışmalıdırlar. Daha sonra azyaşlılara hədiyyələr paylanılıb.

K.Nurullayeva həmçinin Nizami rayonunda yerləşən Sağlamlıq İmkanları məhdud olan uşaqlar üçün 3 nomrəli Respublika İnternat məktəbi, 3 nomrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, eləcə də 3 nömrəli orta məktəbin rəhbərliyi ilə telefon əlaqəsi saxlayıb. Qeyd edək ki, adıçəkilən müəssisələrdə pandemiya səbəbindən uşaqlarla canlı görüş təşkil etmək mümkün olmayıb. Bununla belə, millət vəkili hər üç müəssisədə yaşayan və təhsil alan uşaqların da daim dövlətin diqqətində olduğunu bildirib, onlara dəstəyini ifadə edib.

Qeyd edək ki, Azərbaycan istər beynəlxalq, istərsə də milli səviyyədə uşaq hüquqlarının müdafiəsinə töhfə verir. 2019-cu ildə Avropa Şurasının təşəbbüsü ilə reallaşan “Uşaqlara qarşı onlayn cinsi istismara və seksual zorakılığa son qoyulması”na dair layihəyə dəstək verən 10 pilot ölkədən biri də Azərbaycandır. Eyni zamanda Azərbaycan “Lanzarote Konvensiyası” kimi tanınan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını ratifikasiya edən 46-cı dövlətdir. Ölkəmiz Lanzarote Konvensiyasının milli formatda həyata keçirilməsini gücləndirmək məqsədilə müəyyən edilmiş tövsiyələri dəstəkləyir, səmərəli əməkdaşlığa töhfə verir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Könül Nurullayeva deputatlığa namizədliyini irəli sürüb

09 İyul 2020, 18:01 (GMT +4)
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

09 İyul 2020, 17:56 (GMT +4)
Böyük Şor gölünün təmizlənməsinə başlanılıb

09 İyul 2020, 17:50 (GMT +4)
“Günay Sığorta”nın yeni filialları açılacaq

09 İyul 2020, 17:40 (GMT +4)
İran Suriyada öz istehsalı olan havadan müdafiə sistemlərini yerləşdirir - KİV

09 İyul 2020, 17:40 (GMT +4)
Lukaşenko Belarusdakı söz azadlığından bəhs edib

09 İyul 2020, 17:24 (GMT +4)
Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib

09 İyul 2020, 17:19 (GMT +4)
Azercell yeni kampaniyaya start verib

09 İyul 2020, 17:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 16:51 (GMT +4)
Misir Məhkəməsi İxvanəl-Müslimin hərəkatı liderinin ömürlük həbsini təsdiqləyib

09 İyul 2020, 16:45 (GMT +4)
Forbes: Jeff Bezosun sərvəti 180 milyard dolları keçib

09 İyul 2020, 16:35 (GMT +4)
Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:27 (GMT +4)
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

09 İyul 2020, 16:15 (GMT +4)
Dövlət Agentliyinin vəzifələri azaldılıb

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:53 (GMT +4)
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

09 İyul 2020, 13:25 (GMT +4)
ABŞ Jurnalistləri Müdafiə Komitəsi Safronovun dərhal azadlığa buraxılmasını tələb edir

09 İyul 2020, 13:00 (GMT +4)
ATU: Koronavirusa yoluxmuş şöbə müdiri EKMO cihazına qoşulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66