Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:20 (GMT +4)

Bakı, 30 may, SalamNews. Dahi Azərbaycan satirik şairi M.Ə.Sabirin doğum tarixidir.

SalamNews-un məlumtına görə, Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani 1862-ci ildə Şamaxı şəhərində anadan olub. Ələkbər kiçik yaşlarından İmam Əli (ə) haqqında əzbər şeirlər deyir, namaz qılır, oruc tuturdu. Onu səkkiz yaşında ikən fallaqanın dəbdə olduğu molla məktəbinə qoyurlar.

Bir müddət sonra Ələkbər zəmanəsinin böyük şairi və mütəfəkkiri Seyyid Əzim Şirvaninin məşhur "Üsuli-cədid" məktəbinə qəbul olunur.

Böyük maarifçi sənətkar və müəllim Seyyid Əzimin 1867-ci ildə təsis etdiyi bu məktəb tədrisin üsulu, proqramı və uşaqlara aşıladığı ovqatı etibarilə mollaxanalardan əsaslı surətdə fərqlənirdi. Ələkbər 12 yaşında təhsilini davam etdirmək üçün Şamaxı Ruhani Məclisi nəzdindəki məktəbdə oxumağa başlayır. Seyyid Əzimin xeyir-duası ilə ilk şeirlərini yazır, fars dilindən bəzi tərcümələr edir.

Baqqal atası Ələkbəri dükanda ona kömək edən oğul kimi görmək istəyir, onu məktəbdən ayırmağa çalışır.

1884-cü ildə Sabir atasının razılığı və xeyir-duası ilə Xorasana, İman Rza ziyarətinə gedir. Maraqlıdır ki, Sabir Şamaxıdan çıxıb birbaşa Məşhədə ziyarətə gedib-qayıtmamış, müəyyən fasilələrlə Səbzəvar, Nişabur, Xorasan, Buxara, Səmərqənd və digər Yaxın Şərq, Orta Asiya şəhər və vilayətlərində olmuş, bir qədər fasilə ilə İraqa gedib Kərbəlanı da ziyarət etmişdi. Atasının vəfatı barədə məlumat alan Sabir səyahətini yarımçıq qoyub doğma yurda qayıdır.

1886-cı ildə şair Billurnisə xanımla evlənir. Onların səkkiz qızı, bir oğlu dünyaya gəlir. Maddi ehtiyac, yüksək ixtisaslı tibbi müalicənin yoxluğu üzündən ailənin altı övladı ölür. 1902-ci il fevralın 12-də Şamaxıda baş verən və ağır dağıntılara, böyük insan tələfatına səbəb olan zəlzələ Sabirin də mənzilini xaraba qoyur.

Sabir qabaqcıl dünyagörüşlü şair-həkim Abbas Səhhətlə yaxın dostluq edir və yaradıcılıq əlaqələri saxlayır. Bu ünsiyyət onun ömrünün sonlarına qədər davam edib.

Sabir 1900-1910-cu illərdə sevimli qızı, yaxın sirdaşı və əsərlərinin oxucusu Səriyyə Sultanın köməyi ilə öz şeirlərindən seçib kitab tərtib etmişdi.

1906-cı ilin naprel ayında Tiflisdə "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması bir şair kimi Sabirin yaradıcılıq həyatında yenidən doğulmasına təkan vermişdi. O,1908-ci ildə Bakıda, Quberniya ruhani idarəsindəki xüsusi komissiya qarşısında imtahan verib şəriət, Azərbaycan dili, fars dili və hüsni-xətdən dərs demək üçün müəllimlik hüququ qazanır. Bu hüquq Tiflisdə Qafqaz Müsəlmanlarının Ruhani idarəsindən aldığı attestatla təsdiq olunur.

1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir Balaxanı məktəbində Azərbaycan dili və şəriət müəllimi olur, axşamlar şəhərdə çıxan qəzetlərin mətbəəsində mürəttib, korrektor kimi çalışır, şeirlərini Bakı mətbuatında nəşr etdirir.

Lakin səhhəti ağırlaşan şairi müalicə olunmaq üçün Tiflisə aparırlar. C.Məmmədquluzadə və arvadı Həmidə xanım şairi xəstəxanaya getməyə qoymur, həkim gətirib öz evlərində müalicə etdirirlər. Amma cərrahiyyə əməliyyaına razılıq verməyən M.Ə.Sabir Şamaxıya qayıdır və 1911-ci il iyul ayının 12-də dünyasını dəyişir. Sənətinin pərəstişkarları onu Şamaxının Yeddigünbəz qəbiristanlığında dəfn edirlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 İyul 2020, 18:00 (GMT +4)
Nazir: Son 4 ayda fermerlərə 9,5 milyon manat mikrokredit verilib

16 İyul 2020, 17:51 (GMT +4)
Cənubi Koreya prezidenti ayaqqabı hücumuna məruz qalıb

16 İyul 2020, 17:47 (GMT +4)
Azərbaycan Ordusu daha bir şəhid verib

16 İyul 2020, 17:45 (GMT +4)
Koronavirusa yoluxan Gömrük Komitəsinin 170 əməkdaşı sağalıb

16 İyul 2020, 17:35 (GMT +4)
Azərbaycanda daha 493 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

16 İyul 2020, 17:20 (GMT +4)
İran XİN: İran Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır

16 İyul 2020, 17:20 (GMT +4)
Prezident İlham Əliyev “Böyükşor” yarımstansiyasının açılışında iştirak edib

16 İyul 2020, 17:17 (GMT +4)
Fransanın Baş naziri ölkənin 2020-ci ildə iqtisadi tənəzzül yaşayacağını açıqlayıb

16 İyul 2020, 17:02 (GMT +4)
Azərbaycanda ilk dəfə eko SİM kartlar təqdim edilib

16 İyul 2020, 17:02 (GMT +4)
İranda son sutkada 198 nəfərin koronavirusdan ölümü qeydə alınıb

16 İyul 2020, 16:57 (GMT +4)
Türkiyədə Ayasofyanı qorumaq və idarə etmək istiqamətində tədbirlər görüləcək

16 İyul 2020, 16:50 (GMT +4)
Facebookda Vaqif Dərgahlının adına saxta hesab açılıb

16 İyul 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib

16 İyul 2020, 16:20 (GMT +4)
Hindistanda son sutkada 32 mindən çox yeni COVID-19-a yoluxma qeydə alınıb

16 İyul 2020, 16:05 (GMT +4)
Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

16 İyul 2020, 15:50 (GMT +4)
AzTU tələbələri Tvitterdə erməni yalanlarını ifşa edib

16 İyul 2020, 15:38 (GMT +4)
ABŞ "Huawei" əməkdaşlarına qarşı sanksiya tətbiq edəcək

16 İyul 2020, 15:28 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi Ermənistanın təxribatını kəskin pisləyib

16 İyul 2020, 15:26 (GMT +4)
Ceyhun Bayramov Xarici işlər naziri təyin edilib

16 İyul 2020, 15:23 (GMT +4)
Tayland Baş nazirinin müavini və üç nazir istefa edib

16 İyul 2020, 15:23 (GMT +4)
Elmar Məmmədyarov vəzifəsindən azad edilib

16 İyul 2020, 15:15 (GMT +4)
Büdcənin altı ayda gəlir və xərcləri açıqlanıb

16 İyul 2020, 15:06 (GMT +4)
Ruhani və Putin telefonla danışıqlar aparıblar

16 İyul 2020, 14:50 (GMT +4)
Rusiya XİN Türkiyənin S-400-ü ABŞ-a satması ehtimalını istisna edib

16 İyul 2020, 14:45 (GMT +4)
Müdafiə Nazirliyi: Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur

16 İyul 2020, 14:35 (GMT +4)
MN: Düşmən ərazisində Azərbaycan Ordusunun ölən və yaralanan hərbçisi qalmayıb

16 İyul 2020, 14:29 (GMT +4)
Səfər Mehdiyev: Gömrükdən 942 kq narkotik keçirilməsinin qarşısı alınıb

16 İyul 2020, 14:18 (GMT +4)
Rusiya XİN: Ermənistanla Azərbaycan arasındakı gərginliyin azaldılması üçün mümkün olan hər şeyi edəcəyik

16 İyul 2020, 14:00 (GMT +4)
İxvanəl-Müslimin hərəkatının fəaliyyəti İordaniyada da qadağan edilir

16 İyul 2020, 14:00 (GMT +4)
MN: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66