Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:01 (GMT +4)

Bakı, 29 may, SalamNews. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərargahdan SalamNews-a daxil olan məlumatda bildirilir ki, ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzarət altına alınıb. Bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Bununla yanaşı sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.

Eyni zamanda 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:

● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;

● ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);

● açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir

● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır. 

Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 İyul 2020, 18:01 (GMT +4)
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

09 İyul 2020, 17:56 (GMT +4)
Böyük Şor gölünün təmizlənməsinə başlanılıb

09 İyul 2020, 17:50 (GMT +4)
“Günay Sığorta”nın yeni filialları açılacaq

09 İyul 2020, 17:40 (GMT +4)
İran Suriyada öz istehsalı olan havadan müdafiə sistemlərini yerləşdirir - KİV

09 İyul 2020, 17:40 (GMT +4)
Lukaşenko Belarusdakı söz azadlığından bəhs edib

09 İyul 2020, 17:24 (GMT +4)
Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib

09 İyul 2020, 17:19 (GMT +4)
Azercell yeni kampaniyaya start verib

09 İyul 2020, 17:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 16:51 (GMT +4)
Misir Məhkəməsi İxvanəl-Müslimin hərəkatı liderinin ömürlük həbsini təsdiqləyib

09 İyul 2020, 16:45 (GMT +4)
Forbes: Jeff Bezosun sərvəti 180 milyard dolları keçib

09 İyul 2020, 16:35 (GMT +4)
Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:27 (GMT +4)
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

09 İyul 2020, 16:15 (GMT +4)
Dövlət Agentliyinin vəzifələri azaldılıb

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:53 (GMT +4)
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

09 İyul 2020, 13:25 (GMT +4)
ABŞ Jurnalistləri Müdafiə Komitəsi Safronovun dərhal azadlığa buraxılmasını tələb edir

09 İyul 2020, 13:00 (GMT +4)
ATU: Koronavirusa yoluxmuş şöbə müdiri EKMO cihazına qoşulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66