Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:36 (GMT +4)

Bakı, 29 may, SalamNews, K.Orxan. Bakı şəhərinin "Baksol" adlanan ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

SalamNews xəbər verir ki, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə bildirib ki, Ələsgər Qayıbov küçəsində, "Baksol" adlanan ərazidə Bakı Biskvit Fabrikinə məxsus ərazidə drenaj kanalı çəkilərkən bir neçə sərv ağacının dibinin kök sisteminə zərər vurulduğu və nəticədə ağacların aşdığı məlum olub. Araşdırma zamanı təbiətə 3900 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"Aşan ağaclar isə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən doğranaraq ərazidən kənarlaşdırılıb”.

Nazirliyin sözçüsü qeyd edib ki,  faktla bağlı Bakı Biskvit Fabrikinin məsul şəxsi barəsində akt tərtib olunub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər prokurorluğa göndərilib”.

İ.İbrahimova yaşıllıqlara belə laqeyd münasibət göstərənlərin məsuliyyətə cəlb olunacağını və barələrində ciddi tədbirlər görüləcəyini bildirib. “Lakin cərimə və cəza ilə iş bitmir, bu cür insanlar ictimaiyyət tərəfindən ən ciddi formada qınanmalıdır ki, cəmiyyət qarşısında utansınlar".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İradə İbrahimova: Cəmiyyətimizdə ətraf mühitə dəyişən münasibət bizə ruh verir

İradə İbrahimova: Gecə saatlarında xəlvəti şəkildə ağac kəsintisinə yol verilir

İradə İbrahimova: Havanın dəyişəcəyi ilə bağlı əhalini ehtiyatlı olmağa çağırırıq

İradə İbrahimova: Azərbaycanda yeni bir rekorda imza atılacaq

İradə İbrahimova: Aksiyalara başladıq ki, balıqları məhv edənlər bilsin və qorxsun

İradə İbrahimova: Hər kəsi təbiətdə olarkən yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırırıq

İradə İbrahimova: "Yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edir"

İradə İbrahimova: Qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində tədbirlər görülür

İradə İbrahimova: Xəzər dənizini çirklənmədən qorumalıyıq

İradə İbrahimova: ETSN qınanılsa da bu məlumatın verilməsi vacibdir

İradə İbrahimova: “ETSN-nin internet saytının yeni versiyası hazırlanır”

Mağazalarda təklif olunan məhsulların 99 faizi "pinqvin" torbalarda qablaşdırılır - İradə İbrahimova

İradə İbrahimova: Xəzərdə nəsli kəsilməkdə olan balıqların azalmasının qarşısını almalıyıq

İradə İbrahimova: Əsas işimiz qayda-qanun yaratmaqdan ibarətdir

09 İyul 2020, 18:01 (GMT +4)
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

09 İyul 2020, 17:56 (GMT +4)
Böyük Şor gölünün təmizlənməsinə başlanılıb

09 İyul 2020, 17:50 (GMT +4)
“Günay Sığorta”nın yeni filialları açılacaq

09 İyul 2020, 17:40 (GMT +4)
İran Suriyada öz istehsalı olan havadan müdafiə sistemlərini yerləşdirir - KİV

09 İyul 2020, 17:40 (GMT +4)
Lukaşenko Belarusdakı söz azadlığından bəhs edib

09 İyul 2020, 17:24 (GMT +4)
Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib

09 İyul 2020, 17:19 (GMT +4)
Azercell yeni kampaniyaya start verib

09 İyul 2020, 17:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 16:51 (GMT +4)
Misir Məhkəməsi İxvanəl-Müslimin hərəkatı liderinin ömürlük həbsini təsdiqləyib

09 İyul 2020, 16:45 (GMT +4)
Forbes: Jeff Bezosun sərvəti 180 milyard dolları keçib

09 İyul 2020, 16:35 (GMT +4)
Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:27 (GMT +4)
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

09 İyul 2020, 16:15 (GMT +4)
Dövlət Agentliyinin vəzifələri azaldılıb

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:53 (GMT +4)
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

09 İyul 2020, 13:25 (GMT +4)
ABŞ Jurnalistləri Müdafiə Komitəsi Safronovun dərhal azadlığa buraxılmasını tələb edir

09 İyul 2020, 13:00 (GMT +4)
ATU: Koronavirusa yoluxmuş şöbə müdiri EKMO cihazına qoşulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66