Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:40 (GMT +4)

Bakı, 29 may, SalamNews.Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə 28 may tarixində “TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib. Forum 100-ə yaxın gəncin iştirakı ilə sosial platforma üzərindən baş tutub.

SalamNews Sabunçu Gənclər Evinə istinadən xəbər verir ki, “TariximİZ-Şərqin günəşi” onlayn forumunun keçirilməsində əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyəti dövrünün araşdırmacı tarixçiləri ilə gənclərin virtual görüşünü təşkil etmək, gənclərimizə tarixi həqiqətlərin aşılanması və onlar arasında Azərbaycançılıq məfkurəsinin təbliği olub.

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra forumun açılış nitqini söyləyən Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev müasir Azərbaycan gənclərini cümhuriyyətin layiqli varisləri adlandırıb:

"İndi Azərbaycan gəncliyi müasir çağırışlara cavab verməklə yanaşı, həmçinin kökünə, tarixinə, millətinə və dövlətçilik ənənələrinə olduqca bağlıdır. Digər bir tərəfdən Azərbaycan Gənclərinin vətənpərvər ruhda tərbiyəsinin ən böyük təminatçısı kimi Dövlət Gənclər Siyasəti önəmli rola malikdir. Bu da təsadüfi deyildir. Belə ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Müasir Azərbaycanın quruculuğu yolunda atdığı ən böyük addımlardan biri məhz Dövlət Gənclər Siyasətinin formalaşdırılması, Gənclər və İdman Nazirliyinin yaradılması olmuşdur. Cənab Prezident tərəfindən aparılmış islahatların nəticəsində də bu siyasət özünün ən uğurlu inkişaf həddinə çatmaqla hazırda bəhrələrini verməkdədir. Bu siyasətin mərkəzində də, vətənpərvərlik tərbiyəsinin olması bizə onu deməyə əsas verir ki, Azərbaycan layiqli varislərin - vətənpərvər, xalqına, millətinə, dövlətçilik ənənələrinə, tarixinə bağlı gənclərin əmin əllərindədir."

Daha sonra proqram çərçivəsində forumun spikerləri olan tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova və Sübhan Talıblı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından süqutuna qədər olan dövr ərzində tarixi hadisələrin, bu müddət ərzində Azərbaycançılıq məfkurəsinin formalaşması və beynəlxalq siyasi proseslərin Azərbaycan dövlətçiliyinin müqəddəratına təsiri mövzuları müzakirə olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına səbəb olan daxili və xarici səbəblər, Cümhuriyyətin daxili siyasəti və dövlət quruculuğu, dövlətin süqutuna təsir edən amillər haqqında forum iştirakçılarına zəngin tarixi məlumatlar verən tanınmış tarixçi Firdovsiyə Əhmədova:

"Azərbaycan Cümhuriyyəti qurucularının uğurlarını vətənpərvərlik, peşəkarlıq və siyasi əzmkarlıq şərtləndirmişdir. Müsəlman şərqində ilk demokratik dövlətin qurucuları dövlətin və xalqın müqəddəratını şəxslərin və partiyaların fövqündə tutmağın parlaq nümunəsini yaratdılar.

Azərbaycan Cümhuriyyəti xalqımızın demokratik cəmiyyətlərə mükəmməl təqdimat nümunəsidir"- deyə öz nitqində qeyd edib.

Forumun digər qonağı tarixçi Sübhan Talıblı Cümhuriyyətin yaradılması prosesində ortaya çıxan ərazi mübahisələri, dövlətin xarici siyasəti və beynəlxalq münasibətləri, qonşu dövlətlərlə ikitərəfli münasibətləri mövzularına toxunub:

"Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman etibarilə böyük bir dövrü əhatə etməsə də, XX əsr Azərbaycan tarixində xüsusi rol oynayıb. Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar olan respublika milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə xalqımızın beynəlxalq aləmdə tanınması yolunda da mühüm addımlar atdı. XIX əsrin ilk illərindən çarizmin zülm yükünü öz üzərində daşımağa məcbur olmuş bir xalq, 1918-ci ilin 28 mayında milli istiqlaliyyətini elan etdi, müstəqil daxili və xarici siyasət yeritmək imkanı əldə etmiş oldu. Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşları qısa bir vaxtda yurdumuzun müstəqil bir ölkə kimi beynəlxalq aləmdə tanınmasına heç də asan yolla nail olmadılar, qarşıya son dərəcə ciddi maneələr çıxırdı."

"TariximİZ - Şərqin günəşi" forumu iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə öz işini sonlandırıb.

Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 İyul 2020, 18:01 (GMT +4)
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

09 İyul 2020, 17:56 (GMT +4)
Böyük Şor gölünün təmizlənməsinə başlanılıb

09 İyul 2020, 17:50 (GMT +4)
“Günay Sığorta”nın yeni filialları açılacaq

09 İyul 2020, 17:40 (GMT +4)
İran Suriyada öz istehsalı olan havadan müdafiə sistemlərini yerləşdirir - KİV

09 İyul 2020, 17:40 (GMT +4)
Lukaşenko Belarusdakı söz azadlığından bəhs edib

09 İyul 2020, 17:24 (GMT +4)
Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib

09 İyul 2020, 17:19 (GMT +4)
Azercell yeni kampaniyaya start verib

09 İyul 2020, 17:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 16:51 (GMT +4)
Misir Məhkəməsi İxvanəl-Müslimin hərəkatı liderinin ömürlük həbsini təsdiqləyib

09 İyul 2020, 16:45 (GMT +4)
Forbes: Jeff Bezosun sərvəti 180 milyard dolları keçib

09 İyul 2020, 16:35 (GMT +4)
Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:27 (GMT +4)
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

09 İyul 2020, 16:15 (GMT +4)
Dövlət Agentliyinin vəzifələri azaldılıb

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:53 (GMT +4)
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

09 İyul 2020, 13:25 (GMT +4)
ABŞ Jurnalistləri Müdafiə Komitəsi Safronovun dərhal azadlığa buraxılmasını tələb edir

09 İyul 2020, 13:00 (GMT +4)
ATU: Koronavirusa yoluxmuş şöbə müdiri EKMO cihazına qoşulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66