Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28 May 2020, 12:20 (GMT +4)

Bakı, 28 may, SalamNews.Xəzər Siyasət Mərkəzi, Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Özbəkistan səfirliklərinin dəstəyi ilə sözügedən ölkələrin ictimai səhiyyə nümayəndələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə Trans-Xəzər Forumu çərçivəsində “Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən SalamNews-a verilən məlumata görə, konfransın keçirilməsində məqsəd koronavirus pandemiyası ilə mübarizədə ölkələrin əldə etdikləri təcrübəni bölüşmək, qlobal iqtisadi fəaliyyətin və tələbin kəskin düşməsi nəticəsində yaranmış fəsadlardan planlı çıxışı və milli yanaşmaları müzakirə etmək olub.

Konfransda Azərbaycan tərəfdən Səhiyyə nazirinin müavini Viktor Qasımov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev iştirak edib.

Konfransı moderator qismində idarəedən ABŞ-ın keçmiş səfiri, Səhiyyə və İnsan Xidmətləri Departamentində qlobal işlər üzrə katib köməkçisi vəzifəsini icra edən Cimmi Kolker bildirib ki, konfransın əsas mövzusu koronavirus pandemiyasının əhalinin sağlamlığına və region ölkələrinin səhiyyə siyasətinə etdiyi təsirləri və pandemiya ilə mübarizədə əldə olunan təcrübələri bölüşmək, regional və daha geniş beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün imkanları müəyyənləşdirməkdir.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Xəzər regionunda COVID-19-u müzakirə etmək üçün onlayn konfransın təşkilinə görə Xəzər Siyasət Mərkəzinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Azərbaycan pandemiya ilə mübarizədə ilk gündən etibarən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görür: “Pandemiya zamanı bizim üçün prioritet məsələ insan sağlamlığı və sosial təminatın qorunmasıdır. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Ölkəmizdə 24 mart tarixindən xüsusi karantin rejimi tətbiq olunur”.

O qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq və görülən tədbirlərə maddi yardım göstərməkdir.

Z.Əliyev Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən çox xəstəxananın ayrıldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Bundan əlavə, hər birində 200 çarpayılıq 10 müasir modul tipli xəstəxananın tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin laboratoriya müayinələri, virusun diaqnozu və müalicəsi üçün lazım olan tibbi ləvazimatlar alınaraq xəstəxanaların təchizatı gücləndirilib”.

Çıxışının sonunda İdarə Heyətinin sədri koronavirusa qarşı cavab tədbirləri üzrə Azərbaycanın öz təcrübəsini Trans-Xəzər Forumunun digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə birlikdə işləməyə hazır olduğunu vurğulayıb.

Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaş qəbulunu dayandırıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi KİV-lərə müraciət edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3 filialı fəaliyyətə başlayıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni ünvana köçüb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib (FOTO)

Caspian European Club İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə biznes-forum keçirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni elektron xidmət istifadəyə verib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb işçiləri üçün yeni imkan yaradıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Almaniyada görüşlər keçirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssislərinin Rusiya səfəri başa çatıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi illik hesabatını açıqlayıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib

16 İyul 2020, 18:00 (GMT +4)
Nazir: Son 4 ayda fermerlərə 9,5 milyon manat mikrokredit verilib

16 İyul 2020, 17:51 (GMT +4)
Cənubi Koreya prezidenti ayaqqabı hücumuna məruz qalıb

16 İyul 2020, 17:47 (GMT +4)
Azərbaycan Ordusu daha bir şəhid verib

16 İyul 2020, 17:45 (GMT +4)
Koronavirusa yoluxan Gömrük Komitəsinin 170 əməkdaşı sağalıb

16 İyul 2020, 17:35 (GMT +4)
Azərbaycanda daha 493 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

16 İyul 2020, 17:20 (GMT +4)
İran XİN: İran Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır

16 İyul 2020, 17:20 (GMT +4)
Prezident İlham Əliyev “Böyükşor” yarımstansiyasının açılışında iştirak edib

16 İyul 2020, 17:17 (GMT +4)
Fransanın Baş naziri ölkənin 2020-ci ildə iqtisadi tənəzzül yaşayacağını açıqlayıb

16 İyul 2020, 17:02 (GMT +4)
Azərbaycanda ilk dəfə eko SİM kartlar təqdim edilib

16 İyul 2020, 17:02 (GMT +4)
İranda son sutkada 198 nəfərin koronavirusdan ölümü qeydə alınıb

16 İyul 2020, 16:57 (GMT +4)
Türkiyədə Ayasofyanı qorumaq və idarə etmək istiqamətində tədbirlər görüləcək

16 İyul 2020, 16:50 (GMT +4)
Facebookda Vaqif Dərgahlının adına saxta hesab açılıb

16 İyul 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib

16 İyul 2020, 16:20 (GMT +4)
Hindistanda son sutkada 32 mindən çox yeni COVID-19-a yoluxma qeydə alınıb

16 İyul 2020, 16:05 (GMT +4)
Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

16 İyul 2020, 15:50 (GMT +4)
AzTU tələbələri Tvitterdə erməni yalanlarını ifşa edib

16 İyul 2020, 15:38 (GMT +4)
ABŞ "Huawei" əməkdaşlarına qarşı sanksiya tətbiq edəcək

16 İyul 2020, 15:28 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi Ermənistanın təxribatını kəskin pisləyib

16 İyul 2020, 15:26 (GMT +4)
Ceyhun Bayramov Xarici işlər naziri təyin edilib

16 İyul 2020, 15:23 (GMT +4)
Tayland Baş nazirinin müavini və üç nazir istefa edib

16 İyul 2020, 15:23 (GMT +4)
Elmar Məmmədyarov vəzifəsindən azad edilib

16 İyul 2020, 15:15 (GMT +4)
Büdcənin altı ayda gəlir və xərcləri açıqlanıb

16 İyul 2020, 15:06 (GMT +4)
Ruhani və Putin telefonla danışıqlar aparıblar

16 İyul 2020, 14:50 (GMT +4)
Rusiya XİN Türkiyənin S-400-ü ABŞ-a satması ehtimalını istisna edib

16 İyul 2020, 14:45 (GMT +4)
Müdafiə Nazirliyi: Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur

16 İyul 2020, 14:35 (GMT +4)
MN: Düşmən ərazisində Azərbaycan Ordusunun ölən və yaralanan hərbçisi qalmayıb

16 İyul 2020, 14:29 (GMT +4)
Səfər Mehdiyev: Gömrükdən 942 kq narkotik keçirilməsinin qarşısı alınıb

16 İyul 2020, 14:18 (GMT +4)
Rusiya XİN: Ermənistanla Azərbaycan arasındakı gərginliyin azaldılması üçün mümkün olan hər şeyi edəcəyik

16 İyul 2020, 14:00 (GMT +4)
İxvanəl-Müslimin hərəkatının fəaliyyəti İordaniyada da qadağan edilir

16 İyul 2020, 14:00 (GMT +4)
MN: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66