Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edilib

28 May 2020, 12:00 (GMT +4)

Bakı, 28 may, SalamNews.ABŞ-ın Las Veqas, Honolulu, San Dieqo və Monterey şəhərləri 28 may tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı Las Veqas, Honolulu və Monterey şəhərlərinin merləri, San Dieqo Şəhər Şurası, eləcə də San Dieqo Vilayətinin Məşvərətçilər Şurası tərəfindən müvafiq bəyannamələr imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan SalamNews-a bildirilib ki, Konsulluğa göndərilmiş bəyannamələrdə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Sənədlərdə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Bəyannamələrdə, həmçinin, ABŞ daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Bayramı kimi qeyd edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı bildirilir.

Bəyannamələrin sonunda 28 may tarixi Las Veqas (Nevada ştatının ən böyük şəhəri), Honolulu (Havay ştatının paytaxtı), San Dieqo (Kaliforniya ştatının ikinci ən böyük şəhəri) və Monterey (Kaliforniya ştatı) şəhərlərində “Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ABŞ "Huawei" əməkdaşlarına qarşı sanksiya tətbiq edəcək

Rusiya XİN Türkiyənin S-400-ü ABŞ-a satması ehtimalını istisna edib

«Əshabi Kəhf» İraqda ABŞ hərbi karvanına hücum etdiyini bildirib

NY: ABŞ Çin Kommunist Partiyası üzvlərinin ölkəyə girişini qadağan edə bilər

Tramp Avropanı ABŞ-dan bəhrələnməyə çalışmaqda ittiham edib 

ABŞ xarici tələbələrin vizaları ilə bağlı qərarı ləğv edib

Reuters: ABŞ hüquq firması "Google"ı məhkəməyə verib

Qasim Süleymaninin xələfi ABŞ aviadaşıyıcısındakı yanğına münasibət bildirib

İsrail rəsmisi ABŞ aviadaşıyıcısındakı partlayışa görə İranı ittihamlandırıb 

ABŞ-da hərbi gəmidə yanğın nəticəsində 59 nəfər xəsarət alıb

İranda ABŞ-a cəsusluqda ittihamlandırılan sabiq Müdafiə Nazirliyi işçisi edam edilib

ABŞ qüvvələri Əfqanıstanda beş hərbi qərargahı tərk ediblər

ABŞ-da koronavirus peyvəndinin istehsalına başlanacaq

ABŞ-da koronavirusdan ölüm hallarının artacağı gözlənilir

ABŞ Şimali Koreyanın hərbi aktivliyini izləmək üçün Yaponiyaya kəşfiyyat təyyarəsi göndərib

Forbes "Amazon" rəhbərinin keçmiş həyat yoldaşını ABŞ-ın ən varlı qadını adlandırıb

ABŞ-da 17 ildən sonra ilk dəfə federal məhkum edam ediləcək

ABŞ-da böyük aviadaşıyıcıda güclü yanğın baş verib (VİDEO)

Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyil

Hizbullah ABŞ-ın təzyiqlərinə baxmayaraq Livanda siyasi boşluğa şərait yaratmayacağını bildirib

16 İyul 2020, 18:00 (GMT +4)
Nazir: Son 4 ayda fermerlərə 9,5 milyon manat mikrokredit verilib

16 İyul 2020, 17:51 (GMT +4)
Cənubi Koreya prezidenti ayaqqabı hücumuna məruz qalıb

16 İyul 2020, 17:47 (GMT +4)
Azərbaycan Ordusu daha bir şəhid verib

16 İyul 2020, 17:45 (GMT +4)
Koronavirusa yoluxan Gömrük Komitəsinin 170 əməkdaşı sağalıb

16 İyul 2020, 17:35 (GMT +4)
Azərbaycanda daha 493 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

16 İyul 2020, 17:20 (GMT +4)
İran XİN: İran Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır

16 İyul 2020, 17:20 (GMT +4)
Prezident İlham Əliyev “Böyükşor” yarımstansiyasının açılışında iştirak edib

16 İyul 2020, 17:17 (GMT +4)
Fransanın Baş naziri ölkənin 2020-ci ildə iqtisadi tənəzzül yaşayacağını açıqlayıb

16 İyul 2020, 17:02 (GMT +4)
Azərbaycanda ilk dəfə eko SİM kartlar təqdim edilib

16 İyul 2020, 17:02 (GMT +4)
İranda son sutkada 198 nəfərin koronavirusdan ölümü qeydə alınıb

16 İyul 2020, 16:57 (GMT +4)
Türkiyədə Ayasofyanı qorumaq və idarə etmək istiqamətində tədbirlər görüləcək

16 İyul 2020, 16:50 (GMT +4)
Facebookda Vaqif Dərgahlının adına saxta hesab açılıb

16 İyul 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib

16 İyul 2020, 16:20 (GMT +4)
Hindistanda son sutkada 32 mindən çox yeni COVID-19-a yoluxma qeydə alınıb

16 İyul 2020, 16:05 (GMT +4)
Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

16 İyul 2020, 15:50 (GMT +4)
AzTU tələbələri Tvitterdə erməni yalanlarını ifşa edib

16 İyul 2020, 15:38 (GMT +4)
ABŞ "Huawei" əməkdaşlarına qarşı sanksiya tətbiq edəcək

16 İyul 2020, 15:28 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi Ermənistanın təxribatını kəskin pisləyib

16 İyul 2020, 15:26 (GMT +4)
Ceyhun Bayramov Xarici işlər naziri təyin edilib

16 İyul 2020, 15:23 (GMT +4)
Tayland Baş nazirinin müavini və üç nazir istefa edib

16 İyul 2020, 15:23 (GMT +4)
Elmar Məmmədyarov vəzifəsindən azad edilib

16 İyul 2020, 15:15 (GMT +4)
Büdcənin altı ayda gəlir və xərcləri açıqlanıb

16 İyul 2020, 15:06 (GMT +4)
Ruhani və Putin telefonla danışıqlar aparıblar

16 İyul 2020, 14:50 (GMT +4)
Rusiya XİN Türkiyənin S-400-ü ABŞ-a satması ehtimalını istisna edib

16 İyul 2020, 14:45 (GMT +4)
Müdafiə Nazirliyi: Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur

16 İyul 2020, 14:35 (GMT +4)
MN: Düşmən ərazisində Azərbaycan Ordusunun ölən və yaralanan hərbçisi qalmayıb

16 İyul 2020, 14:29 (GMT +4)
Səfər Mehdiyev: Gömrükdən 942 kq narkotik keçirilməsinin qarşısı alınıb

16 İyul 2020, 14:18 (GMT +4)
Rusiya XİN: Ermənistanla Azərbaycan arasındakı gərginliyin azaldılması üçün mümkün olan hər şeyi edəcəyik

16 İyul 2020, 14:00 (GMT +4)
İxvanəl-Müslimin hərəkatının fəaliyyəti İordaniyada da qadağan edilir

16 İyul 2020, 14:00 (GMT +4)
MN: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66