Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Amil Cavadov:Rəhbər vəzifədə çalışmaq üçün tələb olunan əsas şərtlərdən biri dövlətə sədaqətdir

26 May 2020, 16:40 (GMT +4)

Bakı, 26 may, SalamNews. "Hər hansısa bir rayonda rəhbər vəzifədə çalışmaq üçün tələb olunan əsas şərtlər Vətənə, xalqa, dövlətə sədaqətdir, vəzifə məsuliyyətinə vicdanla yanaşmadır, sakinlərə layiqli xidmətdir". 

SalamNews xəbər verir ki, bunu YAP Gənclər Birliyinin Şura üzvü Amil Cavadov deyib.

A.Cavadov son günlər sosial şəbəkələrdə ana dili ilə bağlı müzakirə olunan fikirlərə münasibət bildirib:

"Mən dörd ilə yaxın Ağdam rayon İcra Hakimiyyətində çalışmışam və fəaliyyətim birbaşa ictimai ünsiyyət, sakinlərlə münasibətlərin səmərəli tənzimlənməsi olub. Bu müddət ərzində rayon əhalisindən bir nəfərin belə İcra başçısına ingilis dilində müraciət etməyinin və yaxud da icra başçısının rayon sakinləri ilə ingilis dilində danışmasının şahidi olmamışam. Buna ehtiyac da olmayıb. Düşünürəm ki, bu halı, prosesi bütünlüklə digər rayonlara da şamil edə bilərik. Ona görə də hər hansısa bir rayonda rəhbər vəzifədə çalışmaq üçün tələb olunan əsas şərtlər Vətənə, xalqa, dövlətə sədaqətdir, vəzifə məsuliyyətinə vicdanla yanaşmadır, sakinlərə layiqli xidmətdir. Görülməsi zəruri olan işlər isə məhz cənab Prezidentimizin müəyyənləşdirdiyi prioritetlərdir: rayonun daha da inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi, yaşayışının daha da yüksəldilməsi. Konstitusiyamızın 21-ci maddəsində yazılır ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Bəli, DİL bir xalqın varlığını təsdiq edən başlıca amildir. Dil xalqın milli sərvətidir,
dəyəridir. Müxtəlif dillərdə danışmaq bacarığının olması böyük üstünlükdür, avantajdır. Ancaq düşünürəm ki, Hüseyn Arif, İsa Muğanna, Nüsrət Kəsəmənli kimi xalqımızın dəyərli yazıçılarını, şairlərini, ziyalılarını yetişdirən bir rayonda icra başçısının Ana dilində, xalqın elə öz dilində danışmağı daha önəmli və vacibdir", deyə A.Cavadov vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66