Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:43 (GMT +4)

Bakı, 25 may, SalamNews. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

SalamNews xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını bütün İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Çox gözəl xatırladığım son dövlət səfəriniz bizim ölkələrimizi birləşdirən dərin dostluq münasibətlərini bir daha təsdiq edərək məhsuldar və çoxtərəfli əməkdaşlığımıza yeni nəfəs vermək üçün bir fürsət oldu. Əlbəttə, bu əməkdaşlıq Sizin dövlət səfəriniz ərzində müzakirə edilən bir çox sahələr üzrə daha da genişlənərək ölkələrimiz üçün yeni nəticələr əldə olunmasına şərait yaradacaq.

Ürəkdən arzulayıram ki, Azərbaycan və Avropa İttifaqı arasında tezliklə yeni tərəfdaşlıq sazişi imzalansın, bu da bizim əlaqələrimizin möhkəmlənməsi üçün vacib bir amildir.

Eyni zamanda, səhiyyə sahəsində yaranmış fövqəladə vəziyyət zamanı Azərbaycanın İtaliyaya nümayiş etdirdiyi yaxınlığa və göstərdiyi dəstəyə görə də dərin minnətdarlığımı bildirmək istərdim. Bu bizim xalqlarımız arasında mövcud olan əlaqələrin intensivliyini və dərinliyini sübut edir.

Səmimi dostluq hissi ilə Sizə, xanımınıza və bütün azərbaycanlılara xoşbəxtlik və firavanlıq arzulayıram".





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

31 İyul 2021, 11:49 (GMT +4)
Nazir: Şəhid ailələrinə sosial ödənişlərin təyinatı yekunlaşmaq üzrədir

31 İyul 2021, 11:37 (GMT +4)
Prezident Flora Kərimovanı “Şərəf” ordeni ilə təltif edib

31 İyul 2021, 11:27 (GMT +4)
Bezos dünyanın ən varlı adamı olmaq statusunu itirib

31 İyul 2021, 11:26 (GMT +4)
Baş Prokuror deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib

31 İyul 2021, 11:16 (GMT +4)
Suriya-Livan sərhədində meşə yanğınları tam şəkidə söndürülüb (FOTO)

31 İyul 2021, 11:13 (GMT +4)
Cəlilabadda karantin qaydalarını pozan şadlıq evi 4000 manat cərimələnib

31 İyul 2021, 11:02 (GMT +4)
Türkiyədə 85 meşə yanğınından 74-ü söndürülüb

31 İyul 2021, 10:55 (GMT +4)
DİN: Azərbaycanda partiya sədrinin sürücüsü azyaşlı qızı döyüb

31 İyul 2021, 10:47 (GMT +4)
Taliban Əfqanıstanın şərqində ən böyük şəhər olan Hərata hücuma keçib

31 İyul 2021, 10:40 (GMT +4)
Azərbaycanda “Aİ-95” markalı benzinin bahalaşmasının səbəbləri açıqlanıb

31 İyul 2021, 10:30 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 200 milyona yaxınlaşır

31 İyul 2021, 10:26 (GMT +4)
DİN: Ötən gün COVİD-19 pasportu olmayan 2 461 nəfər şənliklərə buraxılmayıb

31 İyul 2021, 10:17 (GMT +4)
Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

31 İyul 2021, 10:06 (GMT +4)
İsrail şirkətinə məxsus gəmiyə hücum nəticəsində iki nəfər ölüb

31 İyul 2021, 10:00 (GMT +4)
FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə çatıb

30 İyul 2021, 18:48 (GMT +4)
Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

30 İyul 2021, 18:01 (GMT +4)
Göyçayda şadlıq sarayının sahibi cərimələnib

30 İyul 2021, 17:56 (GMT +4)
“Nar Wi-Fi” ilə sən harada, internet orada!

30 İyul 2021, 17:48 (GMT +4)
Yaponiyada koronavirusa yoluxmaların sayı artıb

30 İyul 2021, 17:40 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib 

30 İyul 2021, 17:40 (GMT +4)
Husilər Yəməndə iki rayonu əl-Qaidə silahlılarından azad etdiklərini bildiriblər

30 İyul 2021, 17:30 (GMT +4)
KİV: AB məhkəməsi Puçdemonu deputat toxunulmazlığından məhrum edib

30 İyul 2021, 17:25 (GMT +4)
Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

30 İyul 2021, 17:18 (GMT +4)
Vətən müharibəsində yaralanmış 1053 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

30 İyul 2021, 17:08 (GMT +4)
MN Ağdam rayonunun Şuraabad kəndindən görüntülər yayıb (VİDEO)

30 İyul 2021, 16:58 (GMT +4)
Rusiya XİN NATO-nun Gürcüstandakı təlimlərinə münasibət bildirib

30 İyul 2021, 16:51 (GMT +4)
Tokio-2020: Avstraliya yığması ciddi itki ilə üzləşib

30 İyul 2021, 16:49 (GMT +4)
Fələstin Muxtariyyətinin lideri Rusiyaya rəsmi səfərə gedəcək

30 İyul 2021, 16:46 (GMT +4)
Şuşanın Baş planının detalları açıqlanıb

30 İyul 2021, 16:35 (GMT +4)
Azərbaycan Tokio-2020-nin medal sıralamasında 61-ci yerdədir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66