Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » RAMAZAN

Hacı İlqar İbrahimoğlu: Beynəlxalq Qüds günü İslam ümmətinin əhyasıdır (VİDEO)

23 May 2020, 00:45 (GMT +4)

Bakı, 23 may, SalamNews. “Qüds günü islam ümmətinin əhyasıdır. Bir ümmət ki ramazanın Qədr gecələrini geridə qoyur, bu nurani ayının sonuncu cümə günündə öz müqəddəratını həll edə biləcək, özünün daxili-ruhi həyatı ilə yanaşı həm də ictimai-siyasi oyanışını təmin edən Qüds gününü yaşayır. Qüds günü İslam günüdür.”

Bunu Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu SalamNews-a verdiyi müsahibəsində deyib.

Beynəlxalq Qüds gününün əhəmiyyətindən danışan İ.İbrahimoğlu bu günün müsəlman ümməti üçün Qədr gecələri qədər taleyüklü olduğunu deyib.

“İslamin ruhunda olan bütün həqiqətlər Qüds günündə var. Qüds günü bir coğrafi və tarixi anlamda olan gün deyil, Qüds günü bir simvol və rəmzdir. Qüds günü Qarabağ günüdür. Qüds Kəşmir günüdür. Qüds Yəmən və Qətif günüdür. Qüds günü bütün dünya məzlumlarının və zəiflərinin günüdür. Allah şəhid Qasim Süleymaniyə rəhmət eləsin! Onun kimliyini bəyan edərkən Fələstin rəsmilərindən biri belə deyir: Şəhid hacı Qasim Süleymani Qüds şəhididir."

Qüdslə Qarabağın işğalını bir-birinə bənzədən DEVAMM sədri deyib:

"Bu mənada əslində dünya yeni bir mərhələyə gəlib daxil olub. Yeni bir dünya düzəni formalaşan zamanda Qüds islam ümməti üçün əsas və mehvər mövzusudur. Biz əminik ki, xüsusilədə bu Covid-19 dönəmində formalaşan yeni dünya düzənində islam sivilizsiyası təhdidləri fürsətlərə çevirməyi bacaracaq. İslam ümməti Qüds gününü yaşadaraq, əslində bütün zülmə məruz qalanların, islam coğrafiyalarının azadlığı istiqamətində addımlar atacaq. Qüds gününün Azərbaycan müsəlmanları üçün önəmi həm də ona görə əhəmiyyət kəsb edir ki, bu günlərdə Paşinyanın Şuşada bayram keçirməsi əslində islam ümmətinin diqqətində saxlanılmalı mövzudur", deyə politoliq Qüds və Qabarağın eyni mətləb olduğunu diqqətə çatdırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qüds və Qarabağ fərqli coğrafiyalarda aparılan, mahiyyəti eyni olan işğallardır - Hacı İlqar İbrahimoğlu (MÜSAHİBƏ)

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi cinayətləri şərh edib

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Sankt-Peterburqda elmi görüşlər keçirib

İslam dünyasına qarşı “İslamafobiya” prosesi baş verir - Hacı İlqar İbrahimoğlu

18 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatlarının məbləği açıqlanıb

18 Sentyabr 2020, 17:58 (GMT +4)
Elman Paşayevin vəkillik statusu ləğv edilib 

18 Sentyabr 2020, 17:51 (GMT +4)
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib

18 Sentyabr 2020, 17:46 (GMT +4)
Ankara Yunanıstanla istənilən səviyyədə danışıqlara hazırdır - Ərdoğan

18 Sentyabr 2020, 17:45 (GMT +4)
YAP İcra Katibliyində videokonfrans keçirilib

18 Sentyabr 2020, 17:41 (GMT +4)
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb

18 Sentyabr 2020, 17:23 (GMT +4)
“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

18 Sentyabr 2020, 17:14 (GMT +4)
Əvvəl-axır Haftar məğlub olacaq - Ərdoğan

18 Sentyabr 2020, 17:13 (GMT +4)
İsveçrədə Yəmən münaqişəsi tərəfləri arasında danışıqlar başlayıb

18 Sentyabr 2020, 17:07 (GMT +4)
ASA peşə fəaliyyəti ilə məşğul olanlara müraciət edib

18 Sentyabr 2020, 17:00 (GMT +4)
Nazirlikdə fındıq istehsalçıları ilə görüş keçirilib

18 Sentyabr 2020, 16:42 (GMT +4)
AMB bu il üçün inflyasiya proqnozunu yeniləyib

18 Sentyabr 2020, 16:30 (GMT +4)
Türkiyədə rusiyalıların olduğu avtobus aşıb

18 Sentyabr 2020, 16:25 (GMT +4)
Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

18 Sentyabr 2020, 16:23 (GMT +4)
Dövlət satınalmaları üzrə gözlənilən yeniliklər açıqlanıb

18 Sentyabr 2020, 16:20 (GMT +4)
Baş İdarə Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edib (VİDEO)

18 Sentyabr 2020, 16:18 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

18 Sentyabr 2020, 16:17 (GMT +4)
İsrail BƏƏ-dən Hayfa dəniz limanına gəmi nəqliyyatını bərpa edir

18 Sentyabr 2020, 16:15 (GMT +4)
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

18 Sentyabr 2020, 16:02 (GMT +4)
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib (FOTO)

18 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanda daha 117 yeni yoluxma qeydə alınıb

18 Sentyabr 2020, 15:40 (GMT +4)
Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb

18 Sentyabr 2020, 15:27 (GMT +4)
Lavrov: Rusiya-Gürcüstan münasibətləri bərpa olunacaq

18 Sentyabr 2020, 15:22 (GMT +4)
İsraildə bir günə koronavirusa 5,238 nəfər yoluxub

18 Sentyabr 2020, 15:02 (GMT +4)
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

18 Sentyabr 2020, 14:58 (GMT +4)
Rusiyada təxminən 6 min yeni COVID-19-a yoluxma aşkar edilib

18 Sentyabr 2020, 14:46 (GMT +4)
Mərkəzi Bank uçot dərəcəsini endirib

18 Sentyabr 2020, 14:39 (GMT +4)
İranda koronavirusa gündəlik yoluxmanın sayı yenidən üç mini keçib

18 Sentyabr 2020, 14:25 (GMT +4)
KİV: Çinli hakerlər İspaniyanın COVID-19 peyvəndi ilə bağlı məlumatları oğurlayıb

18 Sentyabr 2020, 14:20 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman preparatı aşkarlanıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66