Yaponiya Olimpiya Oyunlarını 2021-ci ildə keçirməyi planlaşdırır22 May 2020, 17:24 (GMT +4) Bakı, 22 may, SalamNews. Yaponiya Olimpiya Oyunlarını 2021-ci ildə keçirməyi planlaşdırır. SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ölkənin Milli Olimpiya Komitəsi (MOK) açıqlayıb.
Xatırladaq ki, yarışlar 2020-ci ildə keçirilməli idi, lakin koronavirus pandemiyası səbəbiylə təxirə salındı.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib ki, oyunlar 2021-ci ildə keçirilə bilməsə ləğv olunacaq.
"Biz bununla bağlı heç nə eşitməmişik. Hər həftə məsləhətləşmələr aparmaqla BOK ilə yaxından əməkdaşlıq edirik", Yaponiya MOK-dan verilən məlumatda deyilir.
|