Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Tural Gəncəliyev beynəlxalq İƏT Modeli layihəsində çıxış edib

22 May 2020, 16:20 (GMT +4)

Bakı, 22 may, SalamNews. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev beynəlxalq İƏT Modeli layihəsində çıxış edib.

SalamNews-un məlumatına görə, Bakıda yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən beynəlxalq İƏT Modeli layihəsində Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin onlayn mühazirəsi təşkil olunub.

Dünən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri və millət vəkili Tural Gəncəliyev xüsusi qonaq mühazirəçi qismində beynəlxalq İƏT Modeli layihəsində onlayn qaydada mühazirə deyib. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən olan layihə iştirakçıları mühazirəni böyük maraqla qarşılayıblar. Mühazirəyə artıq 2000-ə yaxın baxış olub. Məruzəçi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqda məlumat verərək, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin mahiyyətini açıqlayıb.

T.Gəncəliyev Azərbaycanın bu münaqişənin sülh yolu ilə ədalətli şəkildə həll edilməsi üçün hər zaman təşəbbüs göstərdiyinə baxmayaraq, Ermənistan hökumətinin və rəhbərliyinin sülh danışıqlarını təhlükəyə atan və status-kvonu qoruyub saxlamağa çalışan addımlar atdığını təəssüflə qeyd edib. O həmçinin bildirib ki, işğalçı Ermənistan rəhbərliyinin birbaşa dəstəyi və iştirakı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı və qondarma rejim rəhbərinin dünənki “inaqurasiya mərasimi” qəbuledilməzdir və Ermənistan rəhbərliyinin destruktiv mövqeyini bariz şəkildə göstərir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələlərinin “qırmızı xətt” olduğunu xüsusi vurğulayan T. Gəncəliyev həmçinin bəzi erməni sosial media istifadəçilərinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini icmanın nəzərinə çatdırdıqlarını qeyd edib. T.Gəncəliyev eləcə də doğulduğu və on iki yaşına qədər yaşadığı, hal-hazırda işğal altında olan Şuşa şəhəri, onun dağıntılara məruz qalmış mədəni irsi haqda danışıb, bu şəhərdə keçirdiyi uşaqlıq xatirələrini beynəlxalq iştirakçılarla bölüşüb. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, bu il onlayn qaydada həyata keçirilən layihənin son 5 həftədəki mühazirələrini ümumilikdə 50 mindən artıq insan izləyib. Ötən həftələr ərzində bu prorqam çərçivəsində Böyük Britaniyanın Leeds Universitetinin professoru Salman Sayyid, Vaşinqtondakı Global Siyasət Mərkəzinin Direktoru Dr. Azeem İbrahim, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyatçı alim Aqil Şirinov, Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri, səfir Fərid Şəfiyev müxtəlif mövzularda mühazirə ilə çıxış ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xaricdə təhsil müsabiqəsinin qalibləri Tural Gəncəliyevlə görüşüb

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

02 İyun 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

02 İyun 2020, 17:26 (GMT +4)
Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqləyib

02 İyun 2020, 17:11 (GMT +4)
Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

02 İyun 2020, 17:05 (GMT +4)
DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

02 İyun 2020, 17:02 (GMT +4)
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

02 İyun 2020, 16:57 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

02 İyun 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırıb

02 İyun 2020, 16:52 (GMT +4)
AQTA: Alma, şaftalı və nektarində xəstəliklər aşkarlanıb

02 İyun 2020, 16:40 (GMT +4)
BNA vətəndaşlara tibbi maska paylayıb

02 İyun 2020, 16:32 (GMT +4)
Türkiyədə kütləvi həbslər başlayıb

02 İyun 2020, 16:22 (GMT +4)
Masallı rayon prokuroru tutduğu vəzifədən azad edilib

02 İyun 2020, 16:17 (GMT +4)
“Azərsu” modul tipli qurğuları təmir edəcək

02 İyun 2020, 16:06 (GMT +4)
KİV: Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilib

02 İyun 2020, 15:54 (GMT +4)
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

02 İyun 2020, 14:50 (GMT +4)
“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

02 İyun 2020, 14:48 (GMT +4)
ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb (VİDEO)

02 İyun 2020, 14:33 (GMT +4)
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

02 İyun 2020, 14:20 (GMT +4)
Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

02 İyun 2020, 14:15 (GMT +4)
ABŞ-da polislərə atəş açılır

02 İyun 2020, 14:00 (GMT +4)
Salyanda uzunluğu 11 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66