Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

22 May 2020, 15:44 (GMT +4)

Bakı, 22 may, SalamNews.Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Ramazan bayramı” münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb.

Müdafiə Nazirliyindən SalamNews-a verilən məlumata görə, təbrik mətnində deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!

Sizi Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Milli-mənəvi dəyərlərimiz, dövlətçilik ənənələrimiz tarixin ən sərt dönəmlərində də qorunub saxlanılmışdır. Xalqımız digər milli, dini bayramlar kimi müqəddəs Ramazan bayramını da həmişə böyük istək və sevgi ilə qeyd edir. Xeyirxah əməllər naminə birliyə, qardaşlıq və bərabərliyə çağıran, mənəvi saflığa, dostluğa, həmrəyliyə söykənən, ailələrə sevinc, məhəbbət və şadlıq gətirən Ramazan bayramı sülhün, əmin-amanlığın təzahürüdür.

Azərbaycan müstəqilliyə yenidən nail olduqdan sonra, bərpa edilən dövlətçiliyimiz xalqa öz bayramlarını təmtəraqla qeyd etməyə imkan yaratdı. Xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz ictimai-siyasi böhrandan, xaosdan xilas oldu və respublikamızın hərtərəfli inkişafı istiqamətində dönüş yarandı.

Böyük tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan beynəlxalq layihələr Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsində mühüm rol oynadı.

Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, sarsılmazlığını, dönməzliyini sübut edən ümummilli lider Heydər Əliyevin prinsipial və dönməz siyasəti ölkənin ordu quruculuğuna da əvəzsiz töhfələr verdi. Müstəqilliyimizin, dövlətçiliyimizin dayağı və qarantı olan müasir Azərbaycan Ordusunun banisi ulu öndər Heydər Əliyevin başladığı ordu quruculuğu siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, nizami ordumuzun hərbi qüdrəti gündən-günə artır.

Bu bayram günlərində şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları təbrik edirəm.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Zakir Həsənov: Ordumuz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub

Zakir Həsənov Moskvada keçiriləcək hərbi parada iştirak edəcək

Zakir Həsənov cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında iştirak edib (FOTOLAR)

Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

Zakir Həsənov Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib

Prezidentin köməkçisi və Zakir Həsənov ön xətdəki hərbi hissələrdə olub (FOTO)

Zakir Həsənov döyüş fəaliyyətlərinin aparılmasına hazır olmağı tapşırıb

Zakir Həsənov ön xətdə hərbi qulluqçularla görüşüb (FOTOLAR)

Zakir Həsənov təlimin komanda idarəetmə məntəqəsində olub (FOTOLAR)

Zakir Həsənov Türkiyənin müdafiə nazirinə başsağlığı verib

Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib

Zakir Həsənov: 2019-cu il Azərbaycan Ordusu üçün də uğurlu olub

Zakir Həsənov NATO-nun Hərbi Komitəsinin sədri ilə görüşüb

Zakir Həsənov Fransanın yeni səfiri ilə hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib

Zakir Həsənov genişmiqyaslı təlimlərlə bağlı müşavirə keçirib

Zakir Həsənov genişmiqyaslı təlimlərin gedişi barədə məruzələri dinləyib

Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib

03 Avqust 2020, 15:26 (GMT +4)
MN: Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açıb

03 Avqust 2020, 15:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 17 mini ötüb

03 Avqust 2020, 15:10 (GMT +4)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub

03 Avqust 2020, 14:58 (GMT +4)
Braziliyada koronavirusa yoluxanların sayı 2,7 milyonu keçib

03 Avqust 2020, 14:45 (GMT +4)
İraqda növbədənkənar parlament seçkilərinin zamanı açıqlanıb

03 Avqust 2020, 14:40 (GMT +4)
BDYPİ: 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

03 Avqust 2020, 14:18 (GMT +4)
Çin ABŞ-ı milli təhlükəsizlik bəhanəsilə xarici şirkətlərə təzyiq göstərməməyə çağırıb

03 Avqust 2020, 13:57 (GMT +4)
Lukaşenko xalqa və Parlamentə müraciət ünvanlayacaq

03 Avqust 2020, 13:51 (GMT +4)
Polis ictimai nəqliyyatda nəzarət tədbirlərini davam etdirir

03 Avqust 2020, 13:46 (GMT +4)
Suriya Hərbi Hava Qüvvələri İdlibdə «Ən-Nusra»nın böyük silah anbarını hədəfə alıb

03 Avqust 2020, 13:25 (GMT +4)
ABŞ Rusiya əleyhinə sanksiyaların ləğvi üçün şərtlərini açıqlayıb

03 Avqust 2020, 13:20 (GMT +4)
DİM abituriyentlərə müraciət edib

03 Avqust 2020, 12:58 (GMT +4)
Rusiyada son sutkada 5 394 nəfər COVID-19-a yoluxub 

03 Avqust 2020, 12:51 (GMT +4)
“Caspian European Club” rebrendinq keçirir

03 Avqust 2020, 12:51 (GMT +4)
Türkiyə Suriyadakı kürd bölmələrinin ABŞ neft şirkətilə müqavilə imzalamasını kəskin tənqid edib

03 Avqust 2020, 12:33 (GMT +4)
Bakıda baş verən yol qəzası qaz xəttini zədələyib

03 Avqust 2020, 12:26 (GMT +4)
Cənubi Koreyada güclü yağış nəticəsində 6 nəfər ölüb, 8 nəfər itkin düşüb

03 Avqust 2020, 12:17 (GMT +4)
Su ehtiyatlarından düzgün istifadə ilə bağlı məktəblilər üçün vebinarlar təşkil olunur

03 Avqust 2020, 11:58 (GMT +4)
Livanın xarici işlər naziri təyin edildikdən altı ay sonra istefa verib

03 Avqust 2020, 11:54 (GMT +4)
Berlində etiraz aksiyaları zamanı 45 polis əməkdaşı xəsarət alıb

03 Avqust 2020, 11:45 (GMT +4)
Oğuzda kriminal aləmə yaxın şəxslər polisə tapançadan atəş açıb

03 Avqust 2020, 11:30 (GMT +4)
Yaxın aylarda ABŞ və Rusiya terrorizmə qarşı mübarizə dialoqu apara bilərlər

03 Avqust 2020, 11:24 (GMT +4)
ƏƏSMN: Son 6 ayda 646 min vətəndaşın müraciəti cavablandırılıb

03 Avqust 2020, 11:01 (GMT +4)
“Günün Qəhrəmanları” müsabiqəsinə müraciətlərin qəbulu davam edir

03 Avqust 2020, 10:59 (GMT +4)
Əfqanıstanın şərqində həbsxanaya hücum edilib, azı 20 ölü var

03 Avqust 2020, 10:53 (GMT +4)
Ağ ev prezident seçkilərinin tarixinə aydınlıq gətirib

03 Avqust 2020, 10:40 (GMT +4)
Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

03 Avqust 2020, 10:23 (GMT +4)
Pompeo: Tramp Çinə məlumat ötürənlərə qarşı tədbir görəcək

03 Avqust 2020, 10:18 (GMT +4)
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb

03 Avqust 2020, 10:02 (GMT +4)
İsrail Qəzzaya aviazərbələr endirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66